Elmdən gözəl, şərəfli yol yoxdur və ancaq o adam elmin parlaq zirvələrinə çata bilər ki, yorulmadan onun daşlı-kəsəklicığırları ilə dırmansın.
Təhsil millətin gələcəyi, inkişaf strategiyasıdır. Lakin təhsilimizin hərtərəfli inkişaf etdirilməsi,məktəblərdə şagird formalaşdırıb, vətəndaş yetişdirmək isə maarifpərvər insanların, o cümlədən müəllimlərin üzərinə düşür.
Şagirdlərini Heydər Əliyev nümunəsində tərbiyə edən müəllim, xalqımızın öz tarixi boyu yetirdiyi ömrü və fəaliyyəti bütöv nəsillərə örnək olan çoxlu şəxsiyyətlər olub.Onların hər birinin simasından neçə-neçə nəsillər tərbiyyə və bilik alıblar. Belə şəxsiyyətlərin simasında Ümummilli liderimiz Heydər Əliyevin adı öndə gedir. Məktəbdə tərbiyyə prosesindən geniş istifadə etmək, şagirdləri onun nümunəsində tərbiyə etmək pedoqoqlarımızın müqəddəs borcudur.
Müəllim ömrü yanar şama bənzəyir.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu barədə söhbət düşəndə həmişə deyirdi ki,
“Mən dünyada müəllimdən şərəfli ad tanımıram”.
Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, yaradıcı, Vətənə və cəmiyyətə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən hər bir müəllim bundan zövq alır, mənən gəncləşirlər.
Haqqında qürurla, fəxrlə danışmaq istədiyim sözün əsl mənasında pedaqoq, gözəl insan, qayğıkeş ana, çox səmimi insan, dürüst, mədəni, saf əqidə sahibi olan müəllimlərdən biri də Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsi, Ağdam 76 saylı Köçkün Orta məktəbin direktoru Aida xanım Allahverdiyevadır.
Müəllimlik müqəddəsdir, peşələrin alisidir. Bu müqəddəsliyin hər an mükənmməl daşıyıcısı olmaq, böyük hünər tələb edir. Aida xanım bu ağır yükü zərif çiyinlərində layiqiincə daşımağı bacarır. Çünki, təkcə şagirdlərini deyil, valideynləri, bütün pedoqoqları və eləcə də, ünsiyyətdə olan hər kəsi heyran edən səmimiyyətə, qibtə doğuracaq təmkinə sahibdir. Əsil Azərbaycan qadınlarına məxsus ağır davranışı, sakit danışığı ilə, yaddaqalandır.
Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağdam Rayon Təhsil Şöbəsi, Ağdam 76 saylı Köçkün Orta məktəbin direktoru Aida xanım Allahverdiyeva da bu qənaətdədir. Üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışan sadə, təvazökar pedoqoji kollektiv hər bir şagirdin dilini ayrı-ayrılıqda tuta bilir. Burada fəaliyyət göstərn hər bir müəllim yüksək biliyə, hərtərəfli təcrübəli istedada malikdir.
Şagirdlərini çox sevən, onların xoşbəxt gələcəyini hər şeydən üstün tutan Aida xanım Allahverdiyeva və məktəbin bütün pedoqoji kollektivini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyir, öz yetirmələrinin savadlı, dərin düşüncəli, geniş dünyagörüşlü, humanist insan kimi yetişməsinə bütün varlığı ilə çalışan, indi onların hər birinin qəlbində bir ülvilik mücəssəməsinə çevrilən Aida xanıma möhkəm cansağlığı və çətin və məsuliyyət tələb edən sevimli peşəsində daim yorulmazlıq, səbr arzulayırıq.İnanırıq ki, həm kollektivi, həm də şagirdlərlə nümunəvi davranışı, yüksək əxlaqi və insani keyfiyyətləri ilə daim sevilən və seçilən Aida xanımı qarşıda daha böyük uğurlar, nailiyyətlər gözləyir.
Sizə şərəfli və gərəkli ömür yolunuzda daha da möhkəm dəyanət və əzmkarlıq arzulayır, bir daha qarşıdan gələn yeni 2023-cü iliniz mübarək olsun, deyirəm.
Qoy ömrünüzdə sevinc qığılcımları çox olsun Aida xanım.
Bölməyə aid digər xəbərlər