09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
ÖZ İŞİ VƏ XEYİRXAH ƏMƏLLƏRİ İLƏ SAYILIB-SEÇİLƏN PEYKAM XANIM MEHRALIYEVA YÜKSƏK MƏNƏVİ KEYFİYYƏTLƏR SAHİBİDİR


Tərixə nəzər yetirsək qadınlarımızın qəhrəmanlıq salnamələrinin şahidi olarıq. Azərbaycan xalqının  milli-mənəvi dəyərlərinin formalaşmasında, dövlətçiliyimizin inkişaf etdirilməsində, qorunması və  qüdrətlənməsində qadınların müstəsna rolu olmuşdur. Böyük iradə sahibi olan qadınlarımız   unikal  zəkası, təkrarolunmaz qabiliyyəti və qətiyyəti ilə xalqımızın   taleyüklü  problemlərinin həllində xidmətlər göstərmişlər.Bir sözlə Azərbaycan qadını tarixin bütün dönəmlərində ona bəslənilən etimadı layiqincə   doğrultmuşdur.
    Dünya qadınları sırasında öz layiqli yerini tutmuş Azərbaycan qadınının cəmiyyətdə rolunun   artırılmasına ilk dəyərli töhfə Ümummilli  liderimiz   Heydər Əliyev cənabları tərəfindən verilmişdir.  Məhz onun böyük diqqət və qayğısı sayəsində qadınlarımız layiq olduqları qiyməti almışlar. Dahi Heydər  Əliyev qadınların cəmiyyətdə rolunu və fəaliyyətini çox yüksək qiymətləndirərək deyirdi:
   Qadın bəşərə yaraşıq,zinət,insanlığa  şərəf, şan-şöhrətdir. Qadın ucalıq,bakirəlik mənbəyidir, ismət,  qeyrət, “qüdrət  rəmzidir”.
   Bu gün Azərbaycan qadınlarının önündə onları hər zaman yeni nailiyyətlərə, parlaq qələbəyə   ruhlandıran, öz gərgin fəaliyyəti və fədakar həyatı ilə hər birimizə örnək olan lider vardır.Və bu lider   YUNESKO-nun xoşməramlı səfiri, “Heydər   Əliyev Fondu” nun Prezidenti Mehriban xanım Əliyevadır.
   Çoxşaxəli və məhsuldar fəaliyyəti nəticəsində Mehriban xanım Əliyeva Azərbaycan qadınını dünya  ictimaiyyətinə tamamilə yeni və son dərəcə uğurlu bir simada tanıtmış,Azərbaycan xanımının beynəlxalq aləmdə müasir işgüzar imicini yarada bilmişdir.
   Yer üzünün əşrəfi sayılan insan dünyaya gələn gündən ömür payına düşən acılı-şirinli anlar yaşayır. Bu yaşam qadınlarımızın qəlbinin hərarəti ilə sanki daha da gözəlləşir.
    Bu gözəllik içində ömür sürənlərdən biri də Azərbaycanın dəyərli xanımı, əsil həkim Peykam Mehralıyevadır.
Ömrünü hər bir insanın sağlam, xoşbəxt yaşaması üçün həsr edən, ailələrə övlad bəxş etmək kimi sevinc yaşadan Peykam Mehralıyeva Ağsu Mərkəzi Rayon Xəstəxanasının baş həkimidir.
   Öz işi və xeyirxah əməlləri ilə sayılıb-seçilən Peykam xanım Mehralıyeva yüksək mənəvi keyfiyyətlər  sahibidir. Peykam xanım öz fikrini aydın deməyi, hamını səbrlə, təmkinlə dinləməyi bacaran gözəl həkimdir. Onun  fikrincə insanı dinləmək və fikrini bilmək, dərdinə vaxtında əlac etmək özü böyük bir səadətdir.
    İşgüzarlığı, səmimiliyi və tələbkarlığı ilə bir çoxlarına örnək olan Peykam xanım öz xeyirxah işi ilə bir çox xeyriyyə tədbirlərinin iştirakçısı olub.  
Azərbaycan vətəndaşı olduğuna görə böyük qürur duyan Peykam xanım olduqca qayğıkeş və  humanistdir. Sadəliyi və üzügülərliyi, ünsiyyətdə nəzakətliliyi, təvazökarlığı ilə bütün kollektivin  sevimlisinə çevrilib.
  Bu gün varlığı, işi və xeyirxah əməlləri ilə qürur duyduğumuz Peykam xanım Mehralıyeva başda olmaqla bütün həkim və tibb persionalını qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayır, hər birinə həyatda və çətin və məsuliyyət tələb edən peşələrində səbr diləyirəm. 
İnanırıq  ki, həm kollektivi, həm də xəstələrlə  nümunəvi davranışı, yüksək  əxlaqi və insani keyfiyyətləri ilə daim sevilən və seçilən Peykam xanımı qarşıda daha böyük uğurlar, nailiyyətlər gözləyir.
 Sizə şərəfli və gərəkli  ömür yolunuzda daha da  möhkəm   dəyanət və əzmkarlıq arzulayır, bir daha qarşıdan gələn yeni 2023-cü iliniz mübarək olsun, deyirəm. 
 Şəfalı əlləriniz var olsun, dəyərli həkimlər.

 


Tarix: 20-12-2022, 09:30 Oxunub: 233


Bölməyə aid digər xəbərlər