10:37 / 14-06-2024
Deputata ağır itki üz verdi
11:37 / 13-06-2024
Mövqelərimiz atəşə tutuldu
"Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq" - Kəmaləddin Heydərov FHN-dəki xınayaxdıdan DANIŞDI


"Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq" - Kəmaləddin Heydərov FHN-dəki xınayaxdıdan DANIŞDI

Xəbər verdiyimiz kimi, bu gün Fövqəladə Hallar Nazirliyinin binasında xınayaxdı mərasiminin keçirilməsinə dair görüntülər yayılıb.
Məsələ ilə bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "Unikal"a açıqlama verib:
"Bu, şəhid ailəsinin qızının məclisdir. Burada nə var ki? Məgər burada içki, söyüş var? Hansı kollektivdə ad günü keçirmirlər? Burada nə problem var axı? Tərbiyəsiz hal var ki?
Ölkədə hər yerdə ad günü, nişan, xına mərasimləri keçirilir. Gəlib öz kiçik kollektivləri ilə qeyd edirlər də. Pandemiya olduğu üçün hamını dəvət etməyə imkan yoxdur. Burada artıq heç bir şey yoxdur. Buna kimsə ayrı don geyindirmək istəyirsə, cavabını alacaq", - deyə nazir qeyd edib.

Tarix: 19-12-2022, 14:00 Oxunub: 90


Bölməyə aid digər xəbərlər