09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
MÜƏLLİM BÖYÜK MEMARDIR,HƏYATIN YARADICISIDR

 

Müəllimlik dünyada ən çətin, çətin olduğu qədər də şərəfli və ğözəl peşədir.                         

Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. 
 
Müəllimlər şagirdlərin dərin və hərtərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər. Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür. 
 
Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. 
 Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. 

 
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. 
 
Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Dahi Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".                                                                                                                 Bəli,müəllimlik ən müqəddəs sənətdir. Maddi-mənəvi aləmdə heç bir ehtişam, əzəmət, qüdrət müəllim üçün meyar ola bilməz. Sarayların naxışını, həyatın sinfoniyasını, dastanların nəğməsini, sözünü yaradan şairlərin, yazıçıların, möhtəşəmliyi ilə göz oxşayan binaları ucaldan, parkları salan memarların, insanlara həyat bəxş edən həkimlərin və yüzlərlə digər sənət sahiblərinin yaradıcısı kimdir?!- Əlbəttə ki, müəllim!  

Gözünün nurunu, qəlbinin hərarətini, könlünün istisini şagirdlərinə verən əsil müəllimlərdən müəllimlərdən biri də Bəxtiyar Cəfərov adına Abşeron rayon Xırdalan şəhər 3№li tam orta məktəb-liseyin direktoru Sevinc xanım Məmmədəliyevadır.
Müəllim sözünün arxasında böyük məna dayanır. Peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisidir müəllimlik. Mənim fikrimcə əsl müəllimlik anadangəlmə bir istedaddır, vergidir. 

Bəli, müəllim böyük memardır, həyatın yaradıcısıdır.     

Ömrünü sevə-sevə bu müqəddəs peşəyə həsr edən Sevinc xanım öz şagirdlərinə təkcə bilik öyrətmir, eyni zamanda onlara ana qayğısı ilə yanaşır, hər birinin yolgöstərəni, sirlərini bölüşə biləcəyi yaxın dostu olur. Elə bu səbəbdən də həmin məktəbdə təhsil alan hər bir uşaq Sevinc xanıma çox bağlıdır.

 Onu sevən, haqqında xoş sözlər söyləyən hər kəs Sevinc xanım Məmmədəliyevanın gözəl psixoloq olduğunu, şəhid və qazi ailələrinə, aztəminatlı ailələrə, övladlarına, xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşdığını da qeyd edirlər.   

Sevinc xanım sıravi müəllimlikdən direktor pilləsinə qədər şərəflə adddımlayıb.

 Getdiyi məclislərdə, qatıldığı tədbirlərdə hər kəs onu doğması kimi salamlayır. Şagirdləri, işlədiyi məktəbin bütün məzunları onu sevgi ilə, ehtiramla xatırlayırlar. Pedaqoji fəaliyyəti dövründə yüzlərlə gəncin yetişməsində, vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında bütün dəyərli, müəllimlər kimi Sevinc xanımın da rolu danılmazdır. Bu gün də şagirdlərinə, doğmalarına öz tövsiyələrini, dəyərli məsləhətlərini əsirgəmir .

Sevinc xanımın fikrincə harda olmalarından asılı olmayaraq onun haqqında söz düşərkən mənim dəyərli müəllimim,direktorum deyərək hər hansı bir şagirdimin üzündə təbəssüm yaratmaq kimi xoşbəxtliyə nail ola bilmişəmsə, deməli,bu dünyada ən böyük sərvəti mən qazanmışam. Bu mənim ən böyük uğurumdur, nailiyyətimdir.

  Bəli, məktəb-liseyin direktoru Sevinc xanım Məmmədəliyeva haqqında deyilənlərdən məlum olsur ki, o, olduqca peşəkar və nümunəvi idarəçilk qabiliyyətinə malikdir. Onun rəhbərliyi ilə məktəb-liseyin uğurları ildən-ilə artmaqda davam edir.

  Fotofakt.az saytının bütün yaradıcı heyəti adından bu şərəfli sənət sahibini, bu adın mənəvi yükünü təmiz, vicdanla daşıyan və bu ada sözün həqiqi mənasında layiq olan Bəxtiyar Cəfərov adına Abşeron rayon Xırdalan şəhər 3№li tam orta məktəb-liseyin direktoru Sevinc xanım Məmmədəliyeva başda olmaqla, məktəbin bütün müəllim və şagird kollektivini, bütün işçi heyətini, həyatımız boyu borclu olduğumuz bütün dəyərli müəllimlərimizi Qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayır, hər birinə həyatda və  pedaqoji fəaliyyətində səbir diləyirəm. 


Tarix: 16-12-2022, 08:30 Oxunub: 110


Bölməyə aid digər xəbərlər