Azərbaycanın ən yeni tarixi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizin tarixinin şərəfli bir dövrünü yaradan dahi liderimiz həyatı mənasını Vətənə və xalqa xidmətdə görürdü. Bu dahi şəxsiyyət bizə elə bir irs qoyub getmişdir ki, bu irs əsrdən-əsrə keçəcək və Azərbaycana uğur gətirəcəkdir.
Ölkəmizdə elə bir sahə yoxdur ki, onun inkişafı dahi Hydər Əliyevin adı ilə bağlı olmasın.Cəmiyyətin elə bir təbəqəsi yoxdur ki, ümummilli liderimizin diqqət və qayğısından kənarda qalmış olsun. Azərbaycanın səhiyyə işçiləri də bu mənada istisna deyillər.Tərəddüd etmədən demək olar ki, Azərbaycan tarixində səhiyyə üçün onun qədər böyük işlər görmüş, xidmətlər göstərmiş elə bir dövlət başçısı olmayıb.
Heydər Əliyev Səhiyyə işçilərini özünün bir nömrəli dostu adlandırırdı. Ən əvvəl ona görə ki,humanist peşə sahiblərinə nəcib münasibəti onun təbiətindən irəli gəlirdi.İkincisi, səhiyyə işçiləri səhiyyəyə ayrılan büdcə vəsaitinin az və ya çoxluğuna baxmadan səylə çalışmış, daxili imkanların və pullu tibbi xidmətlərin hesabına ölkəmizdəki səhiyyə müəssisələrinin qorunub saxlanması üçün əllərindən gələni etmişlər. Üçüncüsü, Heydər Əliyev Azərbaycanın tibb ictimaiyyətindən, səhiyyə işçilərindən güclü və stabil dəstək almışdı. Səhiyyə işçilərinin böyük əksəriyyəti dahi lider Heydər Əliyevin Yaratmış olduğu "Yeni Azərbaycan Partiyası"nın sıraları indi də səhiyyəçilər hesabına genişlənməkdədir. Dahi Heydər Əliyev ideyalarını dəstəkləyən sadə tibb işçiləri ürəkdolusu Heydər Əliyev şəxsiyyətindən, onun qüdrətli, əzəmətli adından danışaraq dahi liderin vəfatının bütün türk dünyasının, bəşəriyyətin itkisi olduğunu bildirdi.
Bu gün biz xalqın milli mənəvi dəyərlərininqorunub saxlanmasında ata məsləhəti verən, bütün əks təsirlərə baxmayaraq, Azərbaycanın müstəqilliyini qoruyub saxlaya bilən böyük dövlət xadimi dahi Heydər Əliyevin itkisini çox ağır qarşılayırıq.
Həkimlərə qayğı Ümummilli lider Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuşdur.
O vaxt Heydər Əliyev gənclərimizin tibbi təhsil alması üçün həkimlərin ixtisaslarının artırılması məqsədilə onları ittifaqın nüfuzlu ali təhsil ocaqlarında biliklərə yiyələnməsini təşkil edirdi. Ulu öndərimiz bilirdi ki, bilikli həkimləri olan cəmiyyət sağlam vətəndaşların sağlam cəmiyyəti deməkdir. Bu ənənə müstəqilliyin əldə olunmasından sonra cənab Heydər Əliyevin ikinci hakimiyyəti illərində davam etdi. Bu illər ərzində həkimlərin rifah halının yaxşılaşdırılması istiqamətində neçə-neçə fərman və sərəncamlar imzalanmış, yüzlərlə həkimə mükafat, fəxri ad və digər ünvanlar verilmişdir.Bütün bunlar dahi lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi yüksək dövlət qayğısına bir daha sübutdur.
Tək bir təskinliyimiz bu gün səhiyyəyə dövlət qayğısı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənabları tərəfindən davam etdirilməsidir. Biz dövlət başçısı İlham Əliyev cənablarının siyasətinə , bacarıq və qabiliyyətinə inanır, bütün Azərbaycan xalqını prezidentimizin ətrafında sıx birləşməyə çağırırıq.
Hörmətlə: Xalid Əliquliyev
Turan Klinikasının rəhbəri
Bölməyə aid digər xəbərlər