Xəbəral.az – a İsmayıllı rayonundan verilən məlumata görə, İsmayıllı İcra Hakimiyyətinin işçilərinin çoxu bir-birindən küsülüdür. Belə ki, icra hakimiyyətinə daxil olub hər hansı bir işçini soruşan zaman, tanımırıq və yaxud bilmirəm cavabı verilir.
Mənbənin verdiyi məlumata görə, İsmayllı İcra Hakimiyyətində ən çox kin-küdrət Humanitar şöbədədir.
İsmayıllı İcra Hakimiyyəti aparatında bir-biri ilə aralarında inciklik xanım işçilər arasında hökm sürür.
Verilən məlumata görə, İsmayıllı İcra Hakimiyyətinin işçilərinin aralarında ki, soyuq münasibət, bir işçinin, digər işçi barəsində rayon icra hakimiyyətinin başçısı Nahid Bağırova söz xəbər verməyi olub.
Sözügedən məsələ ilə bağlı Xəbəral.az İsmayıllı rayon icra hakimiyyətindən münasibət öyrənməyə çalışsa da telefon zənglərinə cavab verən olmayıb.
Xatırladaq ki, 5 mart 2020 – ci ildə Prezident İlham Əliyev Nahid Bağırovu İsmayıllı rayon icra başçısı təyin edib.
Qarşı tərəfin mövqe haqqını tanıyırıq.
Xəbəral.az
Bölməyə aid digər xəbərlər