23:06 / 05-06-2026
Camal Rüstəmov: Enerji strategiyasının uğurları
23:04 / 05-06-2026
Rasim Kazımov: Enerji sahəsində innovativ həllər
22:32 / 05-06-2026
Şəmkirdə ağız və diş sağlamlığının etibarlı ünvanı – Elməddin Mirzəyevin peşəkarlıq və insanlıq yolu
23:23 / 04-05-2026
Ruslan müəllim: Millətin yaddaşında ucalan liderlik məktəbi – Heydər Əliyev və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
23:20 / 04-05-2026
Seymur Musayev: Heydər Əliyev – Dövlətçiliyin yenidən doğuluşunu təmin edən tarixi iradə və Azərbaycanın gələcəyə açılan yolu
23:16 / 04-05-2026
Dövlətçilik düşüncəsinin sabit dayağı və ictimai etimadın ünvanı – Eldar Quliyevin çoxşaxəli fəaliyyəti
23:11 / 04-05-2026
Təhsilin işığında formalaşan nümunəvi rəhbərlik yolu
23:08 / 04-05-2026
Tərtərdə dövlətçilik ruhunun yaşadıldığı, sosial həmrəyliyin gücləndiyi və abadlığın həyat tərzinə çevrildiyi bir idarəetmə modeli
22:54 / 04-05-2026
Yolların Etibarlı Qurucusu və Məsuliyyətli Mühəndis – Fazil Qasımovun Peşəkar Yolçuluğu
22:36 / 04-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
10:37 / 29-04-2026
Dəniz Sənayesinin Səssiz Qəhrəmanı – Rəfail Mikayılovun Fədakar Rəhbərliyi
22:57 / 28-04-2026
“Orbita” MTK rəhbəri Famil Bağıyev – Şəhərsalma və Tikinti Mədəniyyətinə Töhfə Verən Fədakar İdarəçi
22:51 / 28-04-2026
Tahir Məmmədov: Şamaxının İnkişaf Yolunda Səbir, Məsuliyyət və Davamlı Əmək Fəlsəfəsi
22:49 / 28-04-2026
Hüseyn Əfəndiyev – Yasamal rayonunun inkişafında məsuliyyətli idarəçilik və xidmət nümunəsi
22:47 / 28-04-2026
Cavid Muradov – Sabunçunun təhlükəsizliyinə sadiq rəhbər, qanunun keşiyində duran nümunəvi polis siması
22:41 / 28-04-2026
Nəsimi rayonunun abadlığına həsr olunmuş ömür: Nizami Mayılovun məsuliyyət və xidmət yolu
22:38 / 28-04-2026
Rəsul müəllim: İşığa Çevrilən Elm və İnsanlıq - Akademik Zərifə Əliyevanın 103 illik əbədiyyət yolçuluğu
23:01 / 27-04-2026
Rövşən Ramazanov: Heydər Əliyev – Dövlətçiliyin fəlsəfəsini yaradan Ulu Öndər və Azərbaycanın tarixi yüksəliş yolunun memarı
23:28 / 19-04-2026
Emin Hüseynov: Antalya Diplomatiya Forumu – Azərbaycanın yeni diplomatik baxışlarının və sülh yönümlü siyasətinin beynəlxalq səhnəsi
23:22 / 19-04-2026
Cavid Məmmədov: Antalya Diplomatiya Forumu – Azərbaycanın regional sülh və qlobal dialoq siyasətinin beynəlxalq təqdimatı
23:19 / 19-04-2026
Universitet mühitində sosial həmrəylik və humanitar dəyərlərin qorunmasına xidmət edən fəaliyyət
23:14 / 19-04-2026
Qol Güləşi İdmanının İnkişafında İdarəçilik Məktəbi və Beynəlxalq Nüfuz Yolu
23:09 / 19-04-2026
Şəhər Nəqliyyatında Nizam, Məsuliyyət və İctimai Etimadın Nümunəsi
23:03 / 19-04-2026
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir
22:57 / 19-04-2026
Müasir Neyrocərrahiyyədə Peşəkarlığın və İnsanlıq Dəyərlərinin Təcəssümü – Dr. Afər Allahverdiyev
22:50 / 29-03-2026
Güclü Yağıntıya Baxmayaraq Qaradağda Həyat Dayanmadı – Kommunal İşçilərin Fədakar Əməyi
22:45 / 29-03-2026
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
11:28 / 17-03-2026
Elnur Hüseynov: Azərbaycan sülh və sabitliyin tərəfdarıdır
23:04 / 16-03-2026
Rafiq Zülfiqarov: Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycan nümunəsi mütərəqqi model kimi
23:03 / 16-03-2026
Anar Vəliyev: Geosiyasi kataklizmlər fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf modeli
22:59 / 16-03-2026
Zəngilanın Təhlükəsizliyində Qətiyyətli və Dövlətinə Sadiq Rəhbər - Bəkir Cabbarov
22:56 / 16-03-2026
Xalqın Etimadını Qazanan İdarəçilik Nümunəsi – Binəqədidə Mürsəl Eminovun Fəaliyyəti
22:53 / 16-03-2026
Göygölün Yol Təhlükəsizliyində Liderlik və Bayram Sevinci – Yol İstismar İdarəsinin Rəhbəri Sənan Nəcəfovdan Novruz və Ramazan Təbriki
22:50 / 16-03-2026
Təhsilə və cəmiyyətə xidmət edən nümunəvi rəhbər – Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev
22:48 / 16-03-2026
Sabunçuda Qanunun Aliliyi və İctimai Etimadın Simvolu – Polis Rəisi Cavid Muradovun Fəaliyyəti
Fərhad Həsənov: Möhtəşəm Qələbənin ikinci baharı

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov - Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Novruz bayramı ulularımızdan bizə yadigar qalan, xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Novruz təkcə yazın, baharın gəlişinin bayram edilməsi deyil, eyni zamanda, yeni təqvim ilinin – yeni günün başlanğıcı hesab olunur. Təbiət bayramı – Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Bu keçmişimizi bu günümüzlə bağlamaq, onu qoruyaraq gələcəyə aparmaq deməkdir. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, folklorunu, milli varlığını bütün zənginliyi ilə özündə ifadə edən Novruz bayramı Azərbaycanda hər il möhtəşəm şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərliyinin hələ birinci dövründə milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşmış, hətta keçmiş imperiyanın sərt rejimi dövründə belə Novruz bayramının yüksək səviyyədə keçirilməsinə nail olmuşdu. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da xalqımız Novruzu daha böyük təntənə ilə qeyd etməyə başlayıb. Müstəqilliyini əldə etdikdən 30 ilə yaxın bir müddətdə xalqımızın ümdə bir arzusu var idi. İşğal olunmuş torpaqlarımızın azad edilməsi və həmin ərazilərdə digər bayramlarla bərabər Novruz bayramının da qeyd olunmasını xalqımız böyük həsrətlə gözləyirdi. 1998-ci il martın 20-də məcburi köçkünlər üçün keçirilən Novruz şənliyində Ulu Öndər Heydər Əliyev də bu haqda qeyd etmişdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həyata keçirdiyi düşünülmüş və qətiyyətli siyasəti ilə xalqımızın arzusunu və Ulu Öndərin vəsiyyətini reallaşdırdı. Artıq ikinci ildir ki, Novruz bayramı işğaldan azad olunmuş torpaqlarımızda, doğma Qarabağımızda qeyd olunur. “Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim!” deyən, möhtərəm Prezidentimiz İlham Əliyev həm də 30 illik bir həsrətə son qoydu, müdrik Azərbaycan xalqının arzularını, istəklərini reallaşdırdı, həyata keçirdi. Məhz, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərlə müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırıb. Bu il də Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günləri sırasına daxil olur. Ruhumuzun yenilməzliyinin təntənəsinə çevrilən və bizi dünyaya məğrur millət olaraq tanıdan şanlı Zəfərimiz Azərbaycana əbədi bahar gətirmişdir. İrəlidə bizi işğaldan azad olunmuş yurd yerlərimizdə nəhəng quruculuq işləri gözləyir. Əmin olmağa dəyər ki, böyük qayıdış planımızı sülh və əmin-amanlıq şəraitində uğurla gerçəkləşdirəcək, doğma Qarabağı qısa müddətdə dirçəldəcəyik. Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mədəniyyət, elm və təhsil, idman, yaradıcılıq istiqamətləri üzrə beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində böyük xidmətləri təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın 2004-cü il avqustun 13-dən başlayan UNESCO-nun xoşməramlı səfiri kimi fəaliyyəti müddətində görülən işlər, Ümumdünya İrs, Qeyri-maddi mədəni irsin reprezentativ siyahısına daxil edilən, qoruma altına alınan mədəni irs nümunələrimiz, onun bu işə həssas münasibətinin parlaq ifadəsidir. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan və başqa ölkələrin xalqlarının xüsusi təntənə ilə qeyd etdikləri Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir. Milli bayramımız olan Novruz bayramının həm də özünə xas xüsusiyyətləri, öz fəlsəfəsi var. Xalqımız Novruz bayramına qədər böyük ruh yüksəkliyi ilə dörd bayram çərşənbəsini qeyd edir. İlk çərşənbə Su çərşənbəsi, ikinci çərşənbə Od çərşənbəsi, üçüncü çərşənbə Yel çərşənbəsi, dördüncü çərşənbə isə ilaxır çərşənbəsi – Torpaq çərşənbəsi adlanır. Saflıq, təmizlik, həmrəylik, barışıq bayramı olan Novruz bayramında həm də təbiət oyanır, ağaclar çiçəkləyir, baharın müjdəsini xəbər verən bənövşə, nərgiz, novruz gülü açır, yazın ətri duyulur, küsülülər barışır. 21 mart 2000-ci il tarixində Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən Ulu Öndər Heydər Əliyev öz çıxışında demişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”. Novruz bayramı həm də Azərbaycanın zəngin tarixini, folklorunu, qədim adət - ənənələrini özündə əks etdirən bir milli bayramdır. Artıq biz Novruz bayramını qalib xalq olaraq qeyd edirik, bu isə misli görünməmiş xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi Şanlı Ordumuz tərəfindən qazanılmış Zəfərdə həyatını düşünmədən Vətənə qurban verən və bizə bu xoşbəxtliyi yaşadan igidlərimizə Allahdan bir daha rəhmət, qazilərimizə şəfa arzulayıram.
Bölməyə aid digər xəbərlər

Təsisçi və Baş direktor: Rüstəm Həsənov
Tarix: 17-03-2022, 14:23 Oxunub: 186
Bölməyə aid digər xəbərlər
14-02-2022, 10:24
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!
4-03-2021, 15:30
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar