21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Anar Tağıyev: Şuşa və Moskva Bəyannamələri Azərbaycana böyük etimadın təqdimatıdır

Bakı şəhər rayon Mənzil-Kommunal Təsərrüfatı Birlikləri Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Anar Tağıyev Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik Bəyannaməsinin perspektivlərindən geniş bəhs edərək bildirib ki, dostluq və mehriban qonşuluq prinsiplərinə söykənən bu əlaqələr illər keçdikcə yeni istiqamətlər üzrə inkişaf edib, hazırkı səviyyəyə gəlib çatıb: “Azərbaycan hər zaman xarici siyasətində qonşu dövlətlərlə əlaqələrinin inkişafına xüsusi önəm verir. Azərbaycan-Rusiya münasibətləri bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin mətbuata bəyanatlarında əksini tapan fikirlər, dünənə baxış əsasında açıqlanan perspektivlər iki ölkənin münasibətlərinin aydın mənzərəsini təqdim edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, görüşlərin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Bu əlaqələr hazırda keyfiyyətcə yeni səviyyəyə çatıb”.
Moskva Bəyannaməsi yeni dövrün yeni reallıqlarına əsaslanır, Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir: “43 bənddən ibarət olan bu sənəddə Qafqaz regionu və Xəzərdə sabitliyin, təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur. Azərbaycanın xarici siyasətində hazırda tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ olan Xəzərin hüquqi statusunun da həllini tapması Azərbaycan-Rusiya əlaqələrinin inkişafına öz müsbət təsirini göstərdi. Bəyannamədə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. Azərbaycan dövləti hər zaman Xəzər dənizinin sülh, əməkdaşlıq dənizi olmasına səy göstərib və hər bir məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olub”.
“Hazırkı dövrün əsas reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin yüksək səviyyədə başa çatdırılaraq soydaşlarımızın Böyük Qayıdışına nail olmaqdır”, dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Rusiya şirkətlərinin bu prosesdə iştirakının vacibliyini vurğulayaraq bildirib ki, bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və həmin sifarişlər diqqətlə nəzərdən keçirilir. Bu sahə əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq.
Bu gün atılan hər addımda tarixi Zəfərimizin yaratdığı reallıqları görürük: “Dünya gücləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, ölkəmizlə əlaqələrin inkişafına öz töhfələrini verməyə çalışırlar. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbədən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi mühitin əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik Bəyannamələrini imzalanması mühüm əhəmiyyət kəsb edir. Türkiyə ilə Şuşa Bəyannaməsi, Rusiya ilə Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları başa çatdırmaq və sənədi imzalamaq niyyətindədir. Azərbaycanın Avropa İttifaqı və NATO ilə də əlaqələri yüksələn xətlə inkişaf edir. Hər iki qurum regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Azərbaycan dövlətinin qətiyyətinin, gücünün, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin, eyni zamanda, xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı olan tarixi Zəfərimizdən sonra regionda və dünyada yaranan reallıqlar Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu açıqlayır. Bir ildən artıqdır ki, tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində də Azərbaycanın nüfuzu, müstəqil siyasəti, ölkəmizə, dövlət başçısı İlham Əliyevə böyük etimad mühüm rol oynadı. Vətən müharibəsində Qələbəmiz sübut etdi ki, Zəfərin əldə olunmasında diplomatik uğurlar olduqca əhəmiyyətlidir və düzgün qurulan, tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasət bu üstünlüyün əldə olunmasında stimulverici amildir”.
Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında geniş imkanlar açılır. İmzalanan hər bir sənəd Azərbaycanın etibarlı tərəfdaş, dost ölkə kimi artan nüfuzunun göstəricisidir. Şuşa Bəyannaməsi, onun ardınca imzalanan Moskva Bəyannaməsi münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini şərtləndirən amillərə bir daha işıq salır.
Bölməyə aid digər xəbərlər

Tarix: 24-02-2022, 13:13 Oxunub: 191
Bölməyə aid digər xəbərlər
23-02-2022, 13:01
Qara Abdullayev: Qarşılıqlı müttəfiqlik münasibətləri Azərbaycanla Rusiya arasındakı əməkdaşlığı prinsipcə yeni səviyyəyə çıxaracaq