21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Eldar Quliyev: Ölkə Prezidentinin Ağdam rayonuna səfəri Böyük Qayıdışa doğru növbəti addım oldu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev - dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin hər biri yeni sosial obyektlərin təməlinin qoyulması, yaxud açılış mərasimlərinin keçirilməsi ilə yadda qalır: “Ölkə Prezidenti tarixi Zəfərimizin ilk günündən belə bir çağırışı etdi ki, bu ərazilərimiz qısa zamanda cənnət məkana çevriləcək, soydaşlarımız üçün zəruri olan bütün imkanlar yaradılacaq. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fevralın 13-də Ağdam rayonuna sayca 3-cü səfəri çərçivəsində genişmiqyaslı təməlqoyma və açılış mərasimlərinin xronologiyasına diqqət yetirmək kifayətdir. Ölkə Prezidenti İlham Əliyevin ötən il Ağdam rayonuna səfəri zamanı Ağdam Sənaye Parkının təməli qoyulmuşdu. Fevralın 13-də gerçəkləşdirilən səfərdə isə Ağdam Sənaye Parkında iki müəssisənin təməli qoyuldu. Yeni yaradılan sənaye zonaları, həmçinin Ağdam Sənaye Parkında yaradılan müəssisələr yerli istehsalın inkişafına geniş imkanlar yaratmaqla yanaşı, bölgənin resurslarının iqtisadiyyata yönəldilməsinə, Qarabağın dirçəlişinə, ümumilikdə ölkəmizdə qeyri-neft sənayesinin inkişafına mühüm töhfə verəcək”.
İqtisadiyyatın şaxələndirilməsi, enerji sektorundan asılılığın minimuma endirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsasıdır: “Bu məqsədə nail olmaq üçün bütün regionların malik olduqları iqtisadi potensialdan istifadə etmək üçün 2030-cu ilə qədər olan dövrü əhatə edən Milli Prioritetlər təsdiqlənib. Yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin tətbiqi - sənaye parklarının və məhəllələrinin yaradılması da xüsusi önəm kəsb edir. Sənaye zonaları sahibkarlıq fəaliyyətinin genişləndirilməsində, biznesin innovativliyinin və səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli məhsul istehsalında, qeyri-neft sektorunun inkişafında və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm amilə çevrilir. İşğaldan azad edilmiş bölgələrin malik olduğu iqtisadi imkanlardan səmərəli istifadə etməklə gələcəkdə ölkəmizin hərtərəfli inkişafı təmin ediləcək”.
Azad edilmiş ərazilərimizin böyük turizm potensialına malik olduğunu açıqlayan deputat onu da əlavə edib ki, 30 ilə yaxın dövrdə mənfur düşmən bu potensialdan istifadə edərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışıb: “Bu baxımdan beynəlxalq ekspertlər ilk gündən bu məqamı açıqladılar ki, Vətən müharibəsində Ermənistanın məğlubiyyəti, torpaqların əsl sahibinə qayıtması işğalçı dövlətdə iqtisadi böhranı daha da dərinləşdirəcək. Bu gün ölkəmiz öz tarixi torpaqlarında bərpa və quruculuq işlərini genişləndirməklə Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanı qısa zamanda əsas turizm zonasına çevirəcək. Böyük Qayıdış reallaşdıqdan sonra bu ərazilər turistlərin sevimli məkanlarından biri olacaq. Ağdamda mehmanxananın təməli qoyuldu. Müasir mehmanxana təqribən 2 ildən sonra fəaliyyətə başlayacaq. Buraya böyük sayda gələcək qonaqlara şərait yaradılır. Səfər çərçivəsində yaşayış kompleksinin təməl daşı qoyuldu. Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək”.
“Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olmasından sonra ölkə Prezidentinin nitqi işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin ümumilikdə təqdimatı oldu”, bu torpaqlarda yol-nəqliyyat infrastrukturunun bərpası və yenilənməsi ilk gündən prioritet olub: “Bu ərazilərin enerji tələbatını ödəmək üçün zəruri addımlar atılır. Ağdamda iki yarımstansiyanın açılışı oldu. Beləliklə, azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək. Dövlət başçısı İlham Əliyev bərpa və quruculuq işlərinə başlandığı ilk gündən bu əminliyi ifadə etdi ki, bütün dünya planlarımızın həyatda gerçəkləşdiyini görəcək”.
Bu gün Azərbaycanda biznes mühiti daha da yaxşılaşır, sahibkarlığın inkişafı üçün gözəl şərait yaradılır: “Dövlət sahibkarları dəstəkləyir. Cənab İlham Əliyev sözügedən nitqində bu çağırışı da etdi ki, Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”.
Eldar Quliyev görülən və görüləcək işlərə söykənərək böyük qürurla, əminliklə qeyd edib ki, Azərbaycan bundan sonra daha da güclənəcək, bir daha qurucu, yaradıcı dövlət, xalq olduğumuzu dünyaya nümayiş etdirəcəyik: “Bu gücümüz, qüdrətimiz Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Azərbaycan xalqı bu torpaqlarda əbədi olacaq. Tarixi Zəfərimizdən ötən hər gün Böyük Qayıdışı yaxınlaşdırır. “Şuşa İli” çərçivəsində bərpa-quruculuq işləri daha geniş miqyas alacaq. Şuşa və Ağdam ilə yanaşı, işğaldan azad olunmuş Azərbaycanın digər rayonlarına da müntəzəm avtobus reysləri təşkil edilməsi planlaşdırılır. Bu addım da Böyük Qayıdışın tərkib hissəsidir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-02-2022, 11:10 Oxunub: 220
Bölməyə aid digər xəbərlər
14-02-2022, 10:24
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!