09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Fuad Hacıyev: Prezident İlham Əliyevin məqsədyönlü, inamlı fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər ordusu 30 illik həsrətə, vandal erməni işğalına son qoydu


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev  - Bir xalqın, dövlətin inkişafını təmin edən yüksək idarəçilik, siyasi peşəkarlıq nümunəsi olan dövlət başçısıdır. Dövlət başçısı xalqını ümumi ideya, məqsəd ətrafında birləşdirməyi bacarmalıdır. Heydər Əliyev kimi üz qoyduğu bu yolda uğurla irəliləyən İlham Əliyev də bunu bacardı.

Ulu öndər Heydər Əliyev bizə güclü dövlətlə yanaşı, çoxyönlü islahatlarını uğurla davam etdirə biləcək lider miras qoydu.

Xalqın ən çətin anında köməyə çatan ulu öndər Heydər Əliyev gələcəkdə xalqına dəstək olacaq, illərlə gözlənilən tarixi ədaləti bərpa edəcək bir şəxsiyyət, siyasi portret yetişdirdiyini bilirdi mi? Şübhəsiz ki, bilirdi.

“Mən ona özüm qədər inanıram” deyən Ulu öndərin layiqli davamçı kimi təqdim etdiyi İlham Əliyevin 18 illik fəaliyyətini təhlil etsək, bunun heç də təxmin deyil, uzaqgörən şəxsiyyətin gələcək haqqında irəli sürdüyü qəti fikri olduğu sübut olunur.

İlham Əliyev Ümumilli liderin müəyyən etdiyi yolu qısa müddət ərzində uğurla davam etdirən və bu yolu yeni dövrün tələblərinə uyğunlaşdıran siyasi liderdir.

İlham Əliyev Ümumilli lider Heydər Əliyevin layiqli davamçısı olduğunu İkinci Qarabağ müharibəsi dövründə bir daha sübut etdi. Prezident İlham Əliyevin məqsədyönlü, inamlı fəaliyyəti nəticəsində Azərbaycan Müzəffər Ordusu 30 illik həsrətə, vandal erməni işğalına son qoydu. Bununla da erməni işğalçıların yaratdığı “məğlubedilməz ordu” mifinin əsl mənasi bütün dünyaya bəlli oldu. Qırx dörd gün ərzində ermənilər və orduları darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycan Ordusunun Şanlı Qələbəsi ilə başa çatdı.

Verdiyi vədə əməl edən dövlət başçısı bu çətin sınaqdan üzüağ çıxdı. Bu yolda başçımızın özünə və xalqına olan inamı da danılmaz faktlardan idi. İşğaldan azad olmuş torpaqlarda təmir-bərpa işləri artıq başlanıb.

Prezident İlham Əliyevin öz sözləri ilə desək: “Biz tarixi ədaləti, öz haqlarımızı bərpa etdik. Şəhidlərimizin qanını aldıq. Biz düşməndən qisas aldıq və qayıtmışıq. İndi isə bərpa işləri gedir və gedəcək. Mən demişəm, biz Qarabağı cənnətə çevirəcəyik. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.”

Heç şübhəsiz, dövlət başçısı illərlə doğma yurd-yuvasından ayrı düşmüş vətəndaşlarımıza verdiyi vədə də əməl edəcək, xalqının ona olan inamını bir daha doğruldacaqdır.

Azərbaycan xalqının iradəsini ifadə edən dövlət başçısı öz siyasi çıxışları ilə də bütün dünya liderləri üçün nümunə oldu. Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibə vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarını tarixi faktlar və dəlillərlə cavablandırmışdır.


Təsisçi: Rüstəm Həsənov
Tel: 070 500 02 43
 


Tarix: 20-10-2021, 12:30 Oxunub: 139


Bölməyə aid digər xəbərlər