Zaqatala Rayonu İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadə - Ümumimilli lider Heydər Əliyev Azərbaycana sovet dövründə rəhbərliyi zamanı Qarabağa çox böyük qayğı göstərmişdir. Azərbaycan xalqının, doğma vətənimizin mənafeyini hər şeydən üstün tutan Ulu Öndər Heydər Əliyev o zaman erməni terrorçularının qarşısını qətiyyətlə alaraq Moskvadakı bəzi qara qüvvələri susdurmuş və onların qərarlarının reallaşmasına imkan verməmişdir. Şuşa şəhərinin tarix və mədəniyyətini yaxşı bilən Ulu Öndər Heydər Əliyev ölkəmizin digər şəhərləri kimi məhz bu şəhərin də inkişafına çox böyük qayğı göstərmişdi. O, Şuşanın müasir kurort şəhərinə çevrilməsi üçün böyük qərarlar vermiş, genişmiqyaslı quruculuq işlərinə göstəriş vermişdi. 1982-ci il yanvarın 14-də Ümummilli liderin iştirakı ilə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı oldu. Bu, Heydər Əliyevin milli ədəbiyyata, tarixə, etnik mənsubiyyətə bir daha böyük diqqətinin göstəricisi idi. Ulu öndərin 29 iyul 1982-ci ildə yenidən Şuşaya gəlməsi, elm, ədəbiyyat xadimlərini, ailəsini özü ilə gətirməsi Qarabağa olan diqqətini bir daha göstərdi. Onun poeziya bayramında saatlarla görkəmli Azərbaycan və Qarabağ şairlərinin şeirlərinə qulaq asması tədbirdə iştirak edən hər bir şuşalının bu gün də xatirindədir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarşları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Erməni silahlı dəstələri şəhəri 1992-ci ildə işğal etdikdən sonra məqbərəyə zərər dəymişdir. 1992-ci ildən 2020-ci ilə qədər erməni işğalında qalan abidə xeyli ziyan görmüşdür.
Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.
Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları Molla Pənah Vaqifin bərpa edilmiş və yenidən qurulmuş muzey-məqbərə kompleksini ziyarət ediblər.
Poeziya günlərinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev şairin məqbərəsinin bərpa olunduğunu vurğulayıb və Şuşada işğaldan əvvəl keçirilmiş Vaqif Poeziya günlərini xatırlayıb:
"…təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi".
Cənab Prezident İlham Əliyev deyib ki, o zaman atasının 59 yaşı var idi: "Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq,"- o deyib.
Prezident İlham Əliyevin Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrilib.
Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirin məqbərə önündəki açılış mərasimində çıxışlardan sonra Vaqif Poeziya Günlərinin tarixini əks etdirən videoçarx nümayiş etdirilib. Daha sonra muğam triosunun ifasında “Qarabağ” şikəstəsi səslənib.
Şuşa Azərbaycandır! Qarabağ Azərbaycandır! Azərbaycan əbədidir! Biz buraya Zəfər yolu ilə gəldik.
Bölməyə aid digər xəbərlər