Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Namizəd İsmayılov vətəndaşları cana yığıb
Son zamanlar Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin fəaliyyəti vətəndaşları narazı salır. Belə ki, Namizəd İsmayılov üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir. Məsuliyyətsizlik nümayiş etdirir.
Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə bağlı tez-tez şikayət məktubları alırıq. Vətəndaşlar Namizəd İsmayılovun fəaliyyətindən narazılıq edirlər. Onların dediyinə görə, Namizəd İsmayılov vətəndaşlarla kobud rəftar edir. Hansısa problemə görə Namizəd İsmayılovun qəbuluna düşmək istəyən vətəndaşlar buna nail ola bilmirlər. Nadir hallarda şikayətçi qəbul edir. Onda da şikayətçilərlə elə rəftar edir ki, şikayətçini qəbula düşməyinə peşman edir. Bizə verilən məlumata görə, Namizəd İsmayılov dövlətin ayırdığı büdcəni düzgün şəkildə xərcləmir. Belə ki, problemlər günü gündən artır.
Şikayətçilərin dediyinə görə, artıq rayon sakinləri Namizəd İsmayılovun fəaliyyətsizliyindən cana yığılıblar. Problemlərininin həlli üçün mətbuata üz tutublar. Hesab edirlər ki, Namizəd İsmayılov mediada yazılanları görüb işini səliqə-səhmana salar.
Odur ki,indiki halda Namizəd İsmayılovun fəaliyyətinin çiddi şəkildə araşdırılmasına ehtiyac var.
Daha ətraflı növbəti sayımızda.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Bölməyə aid digər xəbərlər