21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Süleyman Mikayılov: Azərbaycan bölgədə sülh və sabitliyin tərəfdarıdır
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mıkayılov - Türkiyənin nüfuzlu telekanallarından olan “CNN Türk”ə geniş müsahibə verən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev növbəti dəfə birmənalı, qətiyyətli və cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətlərindən söz açan dövlət başçısı Azərbaycan-Türkiyə əlaqələrinin tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulduğunu və yüksək zirvədə olduğunu bildirmişdir. Ümummilli Lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
Bölməyə aid digər xəbərlər

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mıkayılov - Türkiyənin nüfuzlu telekanallarından olan “CNN Türk”ə geniş müsahibə verən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev növbəti dəfə birmənalı, qətiyyətli və cəsarətli mövqeyini bütün dünyaya nümayiş etdirdi. Bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə münasibətlərindən söz açan dövlət başçısı Azərbaycan-Türkiyə əlaqələrinin tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulduğunu və yüksək zirvədə olduğunu bildirmişdir. Ümummilli Lider Heydər Əliyevin Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən “Biz bir millət, iki dövlətik” müdrik kəlamı bu gün də hər iki dövlətin vətəndaşları üçün örnəkdir.
Türkiyədə baş vermiş yanğınların ilk günü Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkiyə Prezidentinə zəng edib istənilən səviyyədə yardım göstərməyə hazır olduğunu bildirmişdir. Yanğınların və onun fəsadlarının aradan qaldırılması üçün Azərbaycandan dost, qardaş ölkəyə dərhal göstərilən dəstək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər rəsmilər tərəfindən də yüksək dəyərləndirilmişdir. Yanğın ərazilərində ölkəmizin Fövqəladə Hallar Nazirliyinin 743 əməkdaşı yanğına qarşı mübarizə aparmiş, həmçinin 97 texnika, 77 yanğınsöndürmə, 1 helikopter və 1 amfibiya tipli təyyarə bu işə cəlb olunmuşdur.
İki qardaş ölkə şad günündə də, kədərli günündə də bir-birinin yanındadır. İkinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi. Bu addımlar ölkələrimiz arasındakı münasibətlərin ruhuna uyğunluğu ilə yanaşı, həm də bir qardaşın çətin vəziyyətə düşən qardaşının köməyinə çatması kimi qiymətləndirilir.
Ölkə başçısının Türkiyənin məşhur kanalına müsahibəsi zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı dövrdə də həssas yanaşdığı məsələlərdə prinsipiallığını qoruyacaq, yenə də öz gücünə arxayın olacaq və bölgədə yaranmış yeni şəraitin bu regionda yerləşən dövlətlər üçün bir fürsətə - əməkdaşlığa, sülhə, inkişafa çevrilməsinə dəstək göstərəcək. 30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal edərək amansız dağıntılar, vandalizm, soyqırımı törədən Ermənistan 44 gün ərzində layiqli cavabını aldı və nəticədə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycan bölgədə sülh və sabitliyin tərəfdarıdır. Bu sülh təklifi, bölgə və bölgəyə qonşu olan dövlətlərin təhlükəsizliyinə və iqtisad inkişaflarına töhfə verəcək bir təklifdir. Ermənistan və bəzi regional dövlətlər nəqliyyat dəhlizlərinin açılması və yeni iqtisadi layihələrdən maksimum şəkildə bəhrələnə bilərlər. Azərbaycan tərəfinin də bütün tərəflərə etdiyi təklif bölgədə tərəqqi və sabitliyə əsaslanır.
30 il ərzində ermənilər işğal etdikləri torpaqlarımızı dağıdıblar və bu gün oranı bərpa etmək, əlbəttə ki, vaxt tələb edir. Artıq Azərbaycanın işğaldan azad edilən torpaqlarında sürətli və böyük quruculuq işləri həyata keçirilir. Barbar düşmən tərəfindən vəhşicəsinə dağıdılan tarixi, dini, mədəni abidələrimizin hamısı yenidən bərpa edilir, tikilir. Hazırda bütün məcburi köçkünlər sevinclə doğma yurdlarına qayıtmağa hazırlaşırlar. Düşmənin ərazilərimizi minalaması və mina xəritələrini Azərbaycana verməməsi, verdiyi mina xəritələrinin isə qeyri-dəqiq olması da vətəndaşlarımızın öz yurdlarına qaytarılmasına maneə törədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev müsahibə zamanı Ermənistanda cəmiyyətin çox çətin psixoloji durumda olduğunu da bildirmişdir: “Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiya o dərəcədə insanların və hakim dairələrin beyinlərini zəhərləyib ki, onlar sülhü istəsələr də, dilə gətirə bilmirlər. Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi”. Laçın dəhlizi vasitəsilə bəzi qonşu dövlətlərin Azərbaycan torpaqlarında olan erməni separatçılarına hərbi məqsədli müxtəlif tipli yükləri göndərməsi açıq-aşkar beynəlxalq hüququn pozulması, qonşuluq prinsiplərinə ziddir. Yaxşı olardı ki, İrəvan ən yeni tarixindən maksimum düzgün nəticə çıxarsın və sərsəm iddialarından əl çəksin, bəzi xarici qüvvələrə ümid etməsin. Əks-təqdirdə Azərbaycan ədalət uğrunda yeni addımlar atacaq. Necə ki, Ali Baş Komandan İlham Əliyev sözügedən müsahibəsində qətiyyətlə bunu onlara bir daha xatırladıb: “Mən bunu demişdim və bir daha demək istəyirəm, əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik. İkinci Qarabağ müharibəsindəki məğlubiyyət onlar üçün dərs olmalıdır”.
Tarix: 20-08-2021, 11:56 Oxunub: 228
Bölməyə aid digər xəbərlər
4-03-2021, 15:30
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar
24-10-2020, 11:06
Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib
8-10-2020, 12:42
Vətəndaşlar Prezidentə yazırlar: “Ordumuzun güclənməsi sizin zəhmətinizin sayəsindədir”
30-09-2020, 12:14
Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb















