Yaxşıya yaxşı demək vicdan borcudur.Istər vəzifə sahibi olsun, istərsə də sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhdəti özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, bütün çətinliklərdən, dedi-qodudan üzü ağ çıxıb, evində mükəmməl bir ata, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdı. Bu şəxs kimidir?
Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Respublika Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyevin hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.Xətai rayonunda Rəfiyev Ülvi Rəfail oğlu və Cəfərov Zaur Fuad oğlunun xatirəsinə həsr olunmuş lövhənin açılışı olub
Xətai rayonunda Qarabağ müharibələri şəhidləri Rəfiyev Ülvi Rəfail oğlu və Cəfərov Zaur Fuad oğlunun xatirəsinə həsr olunmuş lövhənin açılışı olub.
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Məşədi Dadaş məscidinin axundu, din xadimi Hacı Şahin və başqaları çıxıb ediblər.
Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Qələbədə şəhidlərimizin şücaətindən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz tutulacağı söylənilib.
Hər iki şəhidin ailə üzvləri, müəllimləri, yaxınları çıxış edərək onlarla bağlı xatirələrini bölüşüb, Vətən uğrunda canından keçən insanlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, eləcə də rayon ictimaiyyətinə minnətdarlıqlarını bildiriblər.
Sonra məktəblilər tərəfindən Vətənə, Ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söylənilib.
Sonda şəhidlərin xatirə lövhəsinin qarşısına tər güllər düzülüb.
Bölməyə aid digər xəbərlər