09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
İmamzadə məscidində karantin qaydalarına əməl olunmur

İmamzadə ziyarətgah kompleksində karantin qaydalarına riayət olunmur?

Etibarlı mənbədən redaksiyamıza  daxil olan məlumata görə Gəncə şəhərində yerləşən İmamzadə ziyarətgah kompleksində karantin qaydalarının ciddi şəkildə pozulması ilə laqədar video material daxil oldu. 

Baxmayaraq ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Virusun uzun inkubasiya dövrünün olması, yayılma sürəti dövlətləri daha da ciddi tədbirlər görməyə sövq edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərindən irəli gələrək ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır, istər dövlət, istərsə dini, istərsə də özəl sektorlarının rəhbərləri hələ də pandemiyaya çox məsuliyyətsiz yanaşırlar. Hətta insanların dini inanc yeri olan ziyarətgahlarda buna məhəl qoymurlar. Bunlardan biri də İmamzadə ziyarətgah kompleksinin əməkdaşları və başda Hacı Tahir Abbasov olmaqla karantin qaydalarını ciddi şəkildə pozurlar. Video sujetdə açıq-aşkar görünür ki, nəinki sıradan olan vətəndaşlar, hətta İmamzadə ziyarətgah kompleksində fəaliyyət göstərən işçilər belə qaydaları kobud şəkildə pozurlar. Bununla əlaqədar olaraq İmamzadə ziyarətgah kompleksinin axundu Hacı Tahir Abbasovla əlaqə saxlamaq istəsək də, lakin buna müvəffəq olmadıq. Görəsən bu özbaşınalıq hərəkətləri göstərməkdə Hacı Tahir Abbasov kimə arxalanır? Niyə qanunlarımızı pozmaqda davam edir?

Məsələyə yenidən qayıdacağıq.

Qarşı tərəfi dinləməyə hazırıq.




Tarix: 7-05-2021, 21:03 Oxunub: 233


Bölməyə aid digər xəbərlər