09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Tərtərdə abadlıq-quruculuq işləri davam etdirilir


44 günlük Vətən müharibəsindən dərhal sonra Tərtər şəhərində abadlıq-quruculuq işlərinə başlanılmışdır.
Şəhərin Vasif Hüseynov, Bəsdi Bağırova, Nizami Süleymanov, Əli İsmayılov, Mübariz Kərimov, Teymur Rəhimov küçələri, Nizami küçəsinin bir, Elman Hüseynov küçəsinin üç döngəsi asfaltlanmışdır.
Hazırda Bəsdi Bağırova, Nizami Süleymanov, Qara Qarayev, Mübariz Kərimov, Teymur Rəhimov küçələri və Elman Hüseynov küçəsinin döngələrində istinad divarları aqlay və bəzək daşları ilə üzlənir, ağaclar budanır, elektrik, qaz, telefon xətləri qaydaya salınır.
Qeyd edək ki, bu günə kimi rayon ərazisində qəzalı vəziyyətdə olan 60 fərdi yaşayış evi və mənzillərdən 47-nin tikintisinə başlanılmış, 677 fərdi yaşayış evi və mənzildə təmir-bərpa işləri aparılır, 192 fərdi yaşayış evi və mənzildə təmir-bərpa işləri başa çatdırılmış, 40-a yaxın çoxmənzilli yaşayış binalarının isə dam örtükləri təmir-bərpa olunmuşdur.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov abadlıq, asfaltlama və aqlay işləri aparılan küçələrdə olub, görülən işlərə baxıb, lazimi tövsiyələrini verib.
Sakinlər Tərtər şəhərində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.















Tarix: 16-03-2021, 12:43 Oxunub: 167


Bölməyə aid digər xəbərlər