Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova - Bəşəriyyətə qarşı törədilmiş ən qanlı, ən faciəli qırğınlardan biri olan Xocalı faciəsindən 29 il ötür. Lakin 29 il ötməsinə baxmayaraq həmin müdhiş gün, o dəhşətli gecə bizim yaddaşımızda qalmaqdadır və əbədi olaraq da qalacaqdır. Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir.
Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir. Bu səbəbdən də o, həm də qanla yazılan qəhrəmanlıq tarixi kimi qeyd edilə bilər. Ona görə də bu tarix həmişə geniş təbliğ edilməli, gələcək nəsillərə ötürülməlidir.Mənfur düşmənlərin xalqımıza qarşı törətdikləri soyqırımları, faciələri heç vaxt unutmaq olmaz! 31 mart soyqırımı, 20 Yanvar faciəsi, Xocalı faciəsi və,s hər biri Azərbaycan xalqının sağalmaz yarasıdır. 30 ilə yaxın zaman ərzində rusların köməyi ilə Azərbaycanın 20 faizdən çox torpaqlarımızı işğal altında saxlayan erməniərin tapdağından ali baş komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində azad edilməsi yuxarıda sadalanan xalqın dərin yaralarına bir məlhəm oldu. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şərəf hissi ilə qeyd edə bilərəm ki, müxtəlif yollarla əl atan düşmənlər heç vaxt Azərbaycan xalqını sındıra, diz çökdürə bilmədilər. Bəşər tarixində dərin iz qoyan və minillik tarixə malik Azərbaycan xalqı qədim zamanlardan indiyə qədər yaşamış, yaratmış, böyük dövlətlər qurmuş və həmişə düşmənlərini məhv etmişdir! Xalqımız əbədi yaşamağa layiq olan xalqdır və bunu tarixin müxtəlif dövrlərində sübut etmişdir. 44 günlük vətən müharibəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının müasir dövrdə özünün əbədi yaşamağa layiq olan xalq kimi bir daha sübut etməsi idi.
İradə Gülməmmədova müharibə veteranı ilə görüşdü
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Qarabağ müharibəsi veteranı Hüseynov Elmar Etibar oğlu ilə görüşüb. RİH binasında baş tutan görüşdə İ.Gülməmmədova bildirib ki, Azərbaycan xalqının 30 illik vətən həsrətinə son qoyuldu. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti, iradəsi və düzgün qərarları sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu qeyd edən icra başçısı igidlərimizin göstərdiyi şücayətlərdən söz açıb. Şəhidlərimizin, qazilərimizin, ümumən bütün hərbçilərimizin sayəsində soydaşlarımızın dədə-baba yurdlarına qovuşduğunu qeyd edən başçı Qarabağda həyata keçirilən quruculuq işlərindən danışıb. İşğaldan azad olunan torpaqlarda lazimi infrastrukturun yaradılması istiqamətində işlərin həyata keçirildiyini vurğulayan başçı vətən həsrətli soydaşlarımızın öz yurdlarına qayıtmağa səbirsizləndiyini deyib.E.Hüseynov da döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi igidliklərdən, qəhrəmanlıqlarından danışaraq Vətən Müharibəsini hərb tariximizin ən gözəl səhifələrindən biri olduğunu vurğulayıb. Müharibə dövründə Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cəbhəyə göndərilən yardımlardan danışan E.Hüseynov bu kimi tədbirlərin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edək ki, 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olan E.Hüseynov burada artilleriya ixtisası qazanıb. 1998-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamina əsasən birdəfəlik pul mükafatı olan “Prezident təqaüdü” ilə təltif olunub. Ali Hərbi Məktəbi “Ziya Bünyadov” təqaüdü ilə oxuyub. 2008-ci ildə hərbi hissədə xidməti dövründə düşmənin təxribatının qarşısını alan zaman artilleriya atəşinə rəhbərlik edib, düşmənə ağır itkilər verib. Müharibə veteranıdır. 2009-2011-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasın müvəffəqiyyətlə bitirib. 10.07.2017-ci ildə səhəti ilə əlaqədar olaraq ehtiyata buraxılıb. Müdafiə Nazirliyi tərəfindən 1-ci və 2-ci Dərəcəli “Qüsursuz xidmətlərə görə” medalları ilə təltif olunub.
II Qarabağ Müharibəsi zamanı könüllü şəkildə cəbhəyə yollanıb və Müdafiə Nazirliyinin əmri ilə artilleriya rəisi vəzifəsində xidmət edib. Bu xidmətlərə görə “Vətən müharibəsi iştirakçısı” və “Hərbi Xidmətlərdə Fərqləndiyinə görə” medalları ilə təltif edilib.
Aşağı Güzdək qəsəbəsinin Seyid Əzim Şirvani küçəsi təmir olunur - başçı göstəriş verdi
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın göstəriş və tapşırığına uyğun olaraq rayonun Aşağı Güzdək qəsəbəsinin əsas küçələrindən biri olan Seyid Əzim Şirvani küçəsi təmir olunur. Qəsəbə bələdiyyəsinin daxili imkanları hesabına 2 km uzunluğu və 12 m eni olan Seyid Əzim Şirvani küçəsinə 500 kub çınqıl, 250 kub isə asfalt qırığı tökülərək yayılıb, hamarlanıb. Bununla da avtomobillərin rahat hərəkəti təmin edilib.Qeyd edək ki, ərazidən iri tonnajlı maşınların hərəkət etməsi yolun dağılmasına və tamamilə sıradan çıxmasına səbəb olmuşdu. Ona görə də avtomobillərin normal axını zamanı problemlər yaranırdı. Bu da qəsəbə sakinklərinin haqlı narazılığına səbəb olmuşdu. Sakinlərin Abşeron RİH başçısı İradə Gülməmmədoya müraciət etməsindən sonra küçəsinin abadlaşdırılması istiqamətində göstəriş verildi.
Qəsəbə sakinləri Seyid Əzim Şirvani küçəsinin təmir edilməsindən razılıqlarını bildiriblər.
Xırdalanda növbəti küçə asfalt olundu - Başçı əraziyə gəldi
Xırdalan şəhərində növbəti küçə - Əvəz Şəfiyev küçəsi əsaslı şəkildə yenidən qurularaq asfalt olunub. Görülmüş işlərlə yerində tanış olmaq məqsədi ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əraziyə gələrək baxış keçirib. İcra başçısına bildirilib ki, Əvəz Şəfiyev küçəsi Xırdalanın əsas küçələrindən biridir. Avtomobillərin daimi və fasiləsiz axınını tənzimlyən prospekt eyni zamanda Heydər Əliyev Parkının əsas girişinə aparan yoldur.Qeyd edilib ki, layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Kanalizasiya quyularının qapaqları yenilənib. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətləri, həmçinin piyada zolaqları çəkilib. Küçədə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Bölməyə aid digər xəbərlər