21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Prezident kadr islahatlarının anonsunu verdi

Prezident İlham Əliyevin dünən müsahibəsində nazirlərin adlarını çəkərək onları tənqid etməsi ölkə ictimaiyyətində ciddi müzakirələrə və diqqətə səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığı ilk gündən cəmiyyətin ağlında bir sual var idi: görəsən, Şuşanı işğaldan azad edə biləcəyikmi?
Ali Baş Komandan İlham Əliyev də hələ müharibənin gedişatında xarici mediaya müsahibəsində “Şuşasız bizim işimiz yarımçıq qalar” demişdi. Azərbaycan əsgəri məşəqqətli və şərəfli addımlarla döyüşərək Şuşanı düşməndən azad edəndə ölkədə hər kəsin diqqəti Şuşada idi. İndi isə məmurların gözləri Şuşanın üzərindədir. Ordu Şuşanı işğaldan azad etdi, hazırda isə Prezident nazirlərin bu şəhəri zəbt etməsinin qarşısını alır.
Ölkə rəhbəri dünənki müsahibəsində bildirib ki, cəmi 300 hektarlıq ərazidə və qala üzərində zirvədə yerləşən Şuşada aidiyyatı olmayan qurumlar regional şöbə açmaq istəyir. Həmin qurumların rəhbərləri dövlət başçısına müraciət edərək Qarabağ üçün regional mərkəzi məhz Şuşada açmaq istədiklərini bildiriblər.
Prezident ilk dəfə onların kimliyini açıqlayıb. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyev, “Azəravtoyol” sədri Saleh Məmmədov, AZAL-ın prezidenti Cahangir Əsgərov Prezidentə müraciət edərək Şuşada filial, əslində isə iqamətgah tikmək istədiklərini deyiblər.
Mərkəzi Bank sədri Elman Rüstəmov isə subardinasiya qaydalarını pozaraq birbaşa ictimaiyyətə Mərkəzi Bankın Şuşada nümayəndəlik açacağını bəyan edib. Mərkəzi Bank haqqında qanunun 4-cü maddəsində bu qurumun məqsədləri açıq-aydın göstərilib: qiymətlərin sabitliyini, banklararası ödəniş sistemlərinin təşkili və bank sistemində sabitliyə dəstək vermək.
Bu işləri isə Şuşada filial açmadan da etmək olar. AMB-nin bank sistemində sabitlik uğrunda fəaliyyətində ən son diqqət çəkən addım bir gündə 4 bankın bağlanması qərarı idi. Pandemiya ərəfəsində verilən bu qərar ictimaiyyət və deputatlar tərəfindən sərt tənqid olundu.
Mərkəzi Bankın ən son diqqət çəkən layihəsi isə təxminən yarım milyarda yaxın vəsaitlə özünə yeni bina sifariş verməsi oldu. Geniş müzakirələr və qınaqların ardından Elman Rüstəmov bu iqamətgahı dövlətin deyil, öz pulları ilə tikdirdiyini açıqladı.
Sərhəd olmayan şəhərdə Elçin Quliyev zastava, Səfər Mehdiyev gömrük postu, hava limanı olmayan şəhərdə Cahangir Əsgərov filial, hələ Şuşaya qədər yolu çəkib bitirməyən Saleh Məmmədov şöbə, Qarabağın minalardan təmizlənməsini yekunlaşdırmayan Kəmaləddin Heydərov Şuşada regional mərkəz yaratmaq istəyir.
İlham Əliyev bu məntiqə sığmayan təklifləri “ucuz populyarlıq” adlandırıb və bunun dalınca qaçanların axırının pis olduğunu xatırladıb. Dövlət başçısı məmurların yeni torpaq zəbt etmək, orada iqamət tikib, hasara alıb özü üçün istirahət guşəsi yaratmaq arzularını ürəyində qoyub.
Prezident heç kimin bu cür özbaşınalıqlar edə bilməyəcəyini xatırladıb və “Heç kim özbaşınalıq edə bilməz. Əgər kimsə unudur, biz onun yadına salarıq” deyərək xəbərdarlıq edib.
Bu arada qeyd edək ki, Prezident son illərdə keçirdiyi müşavirələrdə, görüşlərdə dəfələrlə məmurlara sərt xəbərdarlıq edib. Bundan öncə məmurların hərəsinin bir səmərəsiz layihə ilə büdcədən pay götürməyə can atdığını deyərək onları bu işlərdən uzaq durmağa çağırıb. Bu dəfə isə dövlət başçısı artıq onu bezdirən məmurların adlarını ictimaiyyətə açıqlayıb: “Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, Amma mənim də artıq səbrim tükənir. Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”.
Azərbaycan Ordusunun işğaldan azad etdiyi Şuşanı zəbt etmək istəyən general-polkovniklərin bu hərəkətlərinə görə dövlət başçısının “bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır” mesajı kadr islahatlarının anonsu kimi qəbul edilə bilər. Hökumətin bir neçə nazirlə vidalaşacağı günlər artıq daha yaxın görünür.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-02-2021, 12:53 Oxunub: 119
Bölməyə aid digər xəbərlər
8-05-2021, 10:34
Əziz Şuşa, iyirmi doqquz ildən sonra 8 mayı azad qarşılayırsan