23:06 / 05-06-2026
Camal Rüstəmov: Enerji strategiyasının uğurları
23:04 / 05-06-2026
Rasim Kazımov: Enerji sahəsində innovativ həllər
22:32 / 05-06-2026
Şəmkirdə ağız və diş sağlamlığının etibarlı ünvanı – Elməddin Mirzəyevin peşəkarlıq və insanlıq yolu
23:23 / 04-05-2026
Ruslan müəllim: Millətin yaddaşında ucalan liderlik məktəbi – Heydər Əliyev və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
23:20 / 04-05-2026
Seymur Musayev: Heydər Əliyev – Dövlətçiliyin yenidən doğuluşunu təmin edən tarixi iradə və Azərbaycanın gələcəyə açılan yolu
23:16 / 04-05-2026
Dövlətçilik düşüncəsinin sabit dayağı və ictimai etimadın ünvanı – Eldar Quliyevin çoxşaxəli fəaliyyəti
23:11 / 04-05-2026
Təhsilin işığında formalaşan nümunəvi rəhbərlik yolu
23:08 / 04-05-2026
Tərtərdə dövlətçilik ruhunun yaşadıldığı, sosial həmrəyliyin gücləndiyi və abadlığın həyat tərzinə çevrildiyi bir idarəetmə modeli
22:54 / 04-05-2026
Yolların Etibarlı Qurucusu və Məsuliyyətli Mühəndis – Fazil Qasımovun Peşəkar Yolçuluğu
22:36 / 04-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
10:37 / 29-04-2026
Dəniz Sənayesinin Səssiz Qəhrəmanı – Rəfail Mikayılovun Fədakar Rəhbərliyi
22:57 / 28-04-2026
“Orbita” MTK rəhbəri Famil Bağıyev – Şəhərsalma və Tikinti Mədəniyyətinə Töhfə Verən Fədakar İdarəçi
22:51 / 28-04-2026
Tahir Məmmədov: Şamaxının İnkişaf Yolunda Səbir, Məsuliyyət və Davamlı Əmək Fəlsəfəsi
22:49 / 28-04-2026
Hüseyn Əfəndiyev – Yasamal rayonunun inkişafında məsuliyyətli idarəçilik və xidmət nümunəsi
22:47 / 28-04-2026
Cavid Muradov – Sabunçunun təhlükəsizliyinə sadiq rəhbər, qanunun keşiyində duran nümunəvi polis siması
22:41 / 28-04-2026
Nəsimi rayonunun abadlığına həsr olunmuş ömür: Nizami Mayılovun məsuliyyət və xidmət yolu
22:38 / 28-04-2026
Rəsul müəllim: İşığa Çevrilən Elm və İnsanlıq - Akademik Zərifə Əliyevanın 103 illik əbədiyyət yolçuluğu
23:01 / 27-04-2026
Rövşən Ramazanov: Heydər Əliyev – Dövlətçiliyin fəlsəfəsini yaradan Ulu Öndər və Azərbaycanın tarixi yüksəliş yolunun memarı
23:28 / 19-04-2026
Emin Hüseynov: Antalya Diplomatiya Forumu – Azərbaycanın yeni diplomatik baxışlarının və sülh yönümlü siyasətinin beynəlxalq səhnəsi
23:22 / 19-04-2026
Cavid Məmmədov: Antalya Diplomatiya Forumu – Azərbaycanın regional sülh və qlobal dialoq siyasətinin beynəlxalq təqdimatı
23:19 / 19-04-2026
Universitet mühitində sosial həmrəylik və humanitar dəyərlərin qorunmasına xidmət edən fəaliyyət
23:14 / 19-04-2026
Qol Güləşi İdmanının İnkişafında İdarəçilik Məktəbi və Beynəlxalq Nüfuz Yolu
23:09 / 19-04-2026
Şəhər Nəqliyyatında Nizam, Məsuliyyət və İctimai Etimadın Nümunəsi
23:03 / 19-04-2026
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir
22:57 / 19-04-2026
Müasir Neyrocərrahiyyədə Peşəkarlığın və İnsanlıq Dəyərlərinin Təcəssümü – Dr. Afər Allahverdiyev
22:50 / 29-03-2026
Güclü Yağıntıya Baxmayaraq Qaradağda Həyat Dayanmadı – Kommunal İşçilərin Fədakar Əməyi
22:45 / 29-03-2026
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
11:28 / 17-03-2026
Elnur Hüseynov: Azərbaycan sülh və sabitliyin tərəfdarıdır
23:04 / 16-03-2026
Rafiq Zülfiqarov: Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycan nümunəsi mütərəqqi model kimi
23:03 / 16-03-2026
Anar Vəliyev: Geosiyasi kataklizmlər fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf modeli
22:59 / 16-03-2026
Zəngilanın Təhlükəsizliyində Qətiyyətli və Dövlətinə Sadiq Rəhbər - Bəkir Cabbarov
22:56 / 16-03-2026
Xalqın Etimadını Qazanan İdarəçilik Nümunəsi – Binəqədidə Mürsəl Eminovun Fəaliyyəti
22:53 / 16-03-2026
Göygölün Yol Təhlükəsizliyində Liderlik və Bayram Sevinci – Yol İstismar İdarəsinin Rəhbəri Sənan Nəcəfovdan Novruz və Ramazan Təbriki
22:50 / 16-03-2026
Təhsilə və cəmiyyətə xidmət edən nümunəvi rəhbər – Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev
22:48 / 16-03-2026
Sabunçuda Qanunun Aliliyi və İctimai Etimadın Simvolu – Polis Rəisi Cavid Muradovun Fəaliyyəti
İlham Əliyev: “Beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan dayandıracaq”

"Azərbaycan bütün məsələlərdə və Kəşmir məsələsində həmişə Pakistanı dəstəkləyir. Bu qarşılıqlı dəstək bizim əməkdaşlığımızın qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Sizin də qeyd etdiyiniz kimi, ikitərəfli əlaqələrdə siyasi sahədən əlavə biz iqtisadi məsələlər üzərində diqqətimizi cəmləşdirməliyik. Hesab edirəm ki, qarşılıqlı ticarəti stimullaşdırmaq və investisiyalar sahəsində daha fəal münasibətləri qurmaq üçün böyük potensial mövcuddur. Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir.
"Bu, qardaşlığın əsl nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat verib. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı yeni hərbi təxribata başladı. Bu da onların işğalçı siyasətinin davamıdır. Keçən ay biz Ermənistan tərəfindən çox kəskin təcavüz aktlarını müşahidə etdik.
İyul ayında baş verənlər beynəlxalq ictimaiyyətə yaxşı məlumdur və hər kəs bilir ki, Tovuz rayonunda Ermənistan-Azərbaycan dövlət sərhədində bizim kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistan olub. Bunun nəticəsində bir mülki şəxs öldürülüb. Azərbaycan Ordusu cavab tədbiri görməli idi. Biz onlara adekvat cavab verdik. Onların müdafiə nazirinin əvvəl bəyan etdiyi kimi, yeni əraziləri işğal etmək planları uğursuzluğa düçar oldu. Azərbaycan Ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərindən peşmançılıq keçirmək məcburiyyətində qaldı. Lakin əfsuslar ki, onların işğalçı və Azərbaycanofobiya siyasəti davam edir. Keçən ay, avqustun 23-də onlar ordumuz tərəfindən yaxalanan diversiya qrupu göndərdilər. Diversiya qrupunun başçısı yaxanlanıb və o, ifadələrində əsas hədəfin mülki şəxslərə hücum etmək, terror aktları törətmək və hərbi qulluqçularımıza hücum etməkdən ibarət olduğunu bildirdi. Biz onların müharibəyə hazırlaşdığını gördük. Mənim qeydlərim, bəyanatlarım, müsahibələrim və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışım Ermənistanın dayandırılması barədə beynəlxalq ictimaiyyət üçün həmişə siqnal idi. Mən Ermənistanın açıq-aşkar yeni müharibəyə hazırlaşdığını və dayandırılmalı olduğunu dedim və bu, baş verdi. Sentyabrın 27-də onlar müxtəlif istiqamətlərdən bizim kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və bu iki gündə bizim mülki şəxslər arasında itkilərimiz olub. Əfsuslar olsun ki, mülki şəxslər arasında itkilərin sayı artmaqdadır. Bu ana kimi Ermənistan silahlı qüvvələri tərəfindən 10 mülki şəxs, o cümlədən aralarında iki uşaq olan 5 nəfərdən ibarət bir ailə öldürülüb. Mülki şəxslər arasında 20-dən çox yaralı var. Bu, bir daha erməni cinayətkar rejiminin faşist mahiyyətini nümayiş etdirir. Bu dəfə biz onlara növbəti dərs verəcəyik.
Biz onlara artıq dərs vermişik və bu proses davam edəcək. Azərbaycan ordusu əks-hücum əməliyyatına başladı. İşğal altındakı bəzi ərazilər əks-hücum nəticəsinə azad edilib. Azad edilmiş bu ərazilərə Azərbaycan bayrağı sancıldı. Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı davam edir. Biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın tarixi hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəinki bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa, onlar mədəni soyqırımı da törədiblər. Onlar mədəni soyqırımı törədiblər. Onlar bizim tarixi abidələrimizi dağıdıblar, bizim məscidlərimizi dağıdıblar. Onlar tərəfindən hələ dağıdılmayan məscidlər heyvan saxlamaq üçün istifadə edilir. Onlar bütün müsəlman dünyasını təhqir edirlər. Hansı rejimin hakimiyyətdə olmasından asılı olmayaraq onların islamofobiya və Azərbaycanofobiya siyasəti artıq Ermənistanın rəsmi ideologiyasına çevrilib”, - deyə Prezident İlham Əliyev əlavə edib.
Azərbaycan Prezidenti bildirib ki, iki il bundan öncə əvvəlki hökumətin cinayətkar rejimi devrilib: "Ümidlər var idi ki, yeni hökumət düşmənçiliyə son qoyacaq, nifrətə son qoyacaq. Əfsuslar olsun ki, yeni hökumət eyni yolla gedir. Paşinyanın diktator rejimi regionda sülh və təhlükəsizliyə təhdiddir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Paşinyan rejiminin etdiklərinə göz yumur. Diktatorluq artıq Ermənistanda rəsmi siyasətə çevrilib. Əsas müxalifət partiyasının lideri bu yaxınlarda həbs olunub. İki sabiq prezident barəsində cinayət araşdırmaları aparılır. Həbslər olub. Jurnalistlər həbsxanada ölür. Siyasi müxalifət sıxışdırılır. Paşinyan Ermənistanın yeni diktatorudur. Lakin əfsuslar olsun ki, özünü həbsxanada əziyyət çəkən insanların müdafiəçisi kimi göstərən insan haqları təşkilatları reaksiya vermir. Bu, ikili standartların nümayişidir. Ermənistanın diktator rejimi dayandırılmalıdır və əgər beynəlxalq ictimaiyyət onları dayandırmasa, Azərbaycan onları dayandıracaq. Əgər beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala dözürsə, əgər danışıqlara şərait yaratmaq üçün mandatı olan ölkələr öz məqsədlərinə çata bilmirlərsə, heç Ermənistan onların bəyanatlarına məhəl qoymur. Minsk qrupunun həmsədr ölkələrinin prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə bəyanatlarla çıxış ediblər, Ermənistan buna məhəl qoymur və bu üç ölkəyə hörmətsizlik nümayiş etdirir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi var. Ermənistan demək olar ki, 30 ildir bu qətnamələrə məhəl qoymur və indi onların müdafiə naziri deyir ki, Azərbaycana qarşı, yeni ərazilər uğrunda yeni müharibə olacaq. Baş nazir deyir ki, Qarabağ Ermənistandır. O göstərir ki, təkcə ölkə daxilində və beynəlxalq səviyyədə yalançı deyil, onun yalançı olması faktı bütün erməni xalqına yaxşı məlumdur. O, hər gün yalan danışır. Düşünürəm, o, yalan danışmaqdan dayana bilmir. Lakin Qarabağın Ermənistan olduğunu demək çirkin yalanın növbəti hissəsidir. Sonra o deyir ki, Azərbaycan Dağlıq Qarabağın marionet rejimi ilə danışıqlar aparmalıdır, bu isə danışıqların formatının dəyişməsi deməkdir.
Sonra o, Livandan gələn ermənilərin işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşmasını bəyan edir. Onlar işğal olunmuş ərazilərdə hərbi təlim təşkil edirlər. Onlar Dağlıq Qarabağdakı cinayətkar rejimin saxta liderinin qondarma andiçmə mərasimini Azərbaycanın qədim şəhəri olan Şuşada təşkil edirlər. Dağlıq Qarabağın cinayətkar xuntasının qondarma parlamentini Şuşaya köçürməyi qərara alırlar və düşünürlər ki, biz buna dözəcəyik. Bu, Azərbaycan xalqının hisslərinin birbaşa təhqir olunmasıdır. Biz heç vaxt bununla razılaşmayacağıq və onlara yerlərini göstərəcəyik. Əgər beynəlxalq ictimaiyyət ağılsız diktatoru dayandıra bilmirsə, Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək.
Mən bir daha Pakistandakı qardaşlarımıza minnətdarlığımı bildirmək istərdim. Biz bu dəstəyi hiss edirik. Biz əməkdaşlığımızın bütün illəri boyunca bu dəstəyi hiss edirik. Siz də təsəvvürünüzə gətirə bilərsiniz ki, bu mühüm məqamda yanınızda kimin durması aydın görünür. Biz görürük ki, bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir - qardaş Türkiyə və qardaş Pakistan. Türkiyə Prezidenti, qardaşım Ermənistan-Azərbaycan münaqişəsi məsələsi ilə bağlı çox qətiyyətli mövqeyini dəfələrlə ifadə edib və Ermənistanın təcavüzü zamanı o, bir neçə dəfə açıq şəkildə bəyanat verib ki, Türkiyə bizim yanımızdadır, Azərbaycan tək deyil. Mən qardaşıma, bütün türk qardaşlarımıza, Türkiyənin bütün liderlərinə minnətdaram! Türkiyənin bütün aparıcı siyasi partiyaları da Azərbaycana dəstək olaraq yekdil mövqe ifadə etdilər.
Biz onlara minnətdarıq. Biz, həmçinin bu mühüm məqamda bizim yanımızda olmaqla qəti mövqe nümayiş etdirən Pakistandakı qardaşlarımıza minnətdarıq. Bu, necə deyərlər, həqiqət anıdır. Biz kimin kim olduğunu görürük, kimin bizim yanımızda möhkəm dayandığını görürük və bunu heç vaxt unutmayacağıq. Cənab səfir, bir daha Prezidentə, Baş Nazirə, Xarici İşlər nazirinə, Pakistandakı bütün qardaşlarımıza təşəkkürümü çatdırın. Bizim dostluğumuz və qardaşlığımız davam edəcək”.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-09-2020, 14:11 Oxunub: 153
Bölməyə aid digər xəbərlər
4-03-2021, 15:30
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar
24-10-2020, 11:06
Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib
8-10-2020, 12:42
Vətəndaşlar Prezidentə yazırlar: “Ordumuzun güclənməsi sizin zəhmətinizin sayəsindədir”
30-09-2020, 12:14
Milli Məclisin payız sessiyasının ilk iclası başlayıb