İranda prezidentliyə namizədlər dəqiqləşdi - ADLAR

İranda növbədənkənar prezident seçkilərində rəsmi qeydə alınan namizədlərin təbliğat kampaniyasına start verilib.

 İranın seçki qərargahının sözçüsü 14-cü prezident seçkiləri üçün uyğun namizədlərin yekun adlarını açıqlayıb.

Seçki qərargahının sözçüsü Möhsün Eslami bildirib ki, prezident seçkilərində prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparmaq hüququ qazanıb.

Bunlar aşağıdakılardır:

1. Mustafa Purməhəmmədi
2. Məsud Pezeşkian
3. Səid Cəlili
4. Əlirza Zəkani
5. Məhəmməd Bağır Qalibaf
6. Seyid Əmirhüseyn Qazizadə Haşimisi.

Qeyd edək ki, irandakı 14-cü prezident seçkilərində iştirak etmək üçün  80 nəfər rəsmi qeydiyyatdan keçsə də, onlardan yalnız 6  prezidentliyə namizəd kimi mübarizəsini davam etdirmək hüququ qazanıb.


Tarix: 11-06-2024, 11:30 Oxunub: 20


Bölməyə aid digər xəbərlər