09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Lavrov İrəvanda Qarabağla bağlı razılaşmaların praktik icrasını müzakirə edəcək

Lavrov İrəvanda Qarabağla bağlı razılaşmaların praktik icrasını müzakirə edəcək


Rusiya Xarici işlər naziri Sergey Lavrov İrəvana səfəri zamanı əsasən Qarabağla bağlı razılaşmaların praktik icrası vəziyyəti müzakirə olunacaq.

“Ölkə.Az” tass-a istinadən xəbər verir ki, Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana səfəri bu gün günün ikinci yarısında baş tutacaq və mayın 6-da Ermənistan rəhbərliyi ilə rəsmi görüşlər keçirəcək.

Lavrov mayın 10-11-də isə Azərbaycana işgüzar səfər edəcək.

Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, görüşlərdə geniş spektr məsələlər, ikitərəfli regional və beynəlxalq müstəvidə əməkdaşlıq məsələləri  müzakirə olunacaq.

“Görüşlərdə əsas prioritet məsələ isə Qarabağla bağlı əldə olunmuş razılaşmaların icrası vəziyyəti olacaq. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci ildə Qarabağla bağlı qətnamənin praktik icrası vəziyyətinə diqqət yetiriləcək”, - Mariya Zaxarova deyib.

Tarix: 5-05-2021, 13:00 Oxunub: 90


Bölməyə aid digər xəbərlər