09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Ərdoğan NATO rəhbəri ilə Rusiya-Ukrayna böhranını müzakirə etdi

Ərdoğan NATO rəhbəri ilə Rusiya-Ukrayna böhranını müzakirə etdi


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun Baş katibi Yens Stolenberq arasında telefon danışığı olub.
“Haber Global”ın məlumatına görə, söhbət zamanı Ege, Şərqi Aralıq dənizi, Liviya və Əfqanıstanda cərəyan edən hadisələr, xüsusilə də Rusiya-Ukrayna böhranı başda olmaqla bir sıra regional məsələlər müzakirə olunub.

R.T.Ərdoğan Türkiyənin konstruktiv addımları və israrlı çağırışları sayəsində bu gün Egey və Şərqi Aralıq dənizində sabitliyin hökm sürdüyünü bildirib.

Dövlət başçısı həmçinin Liviyada yeni hökumətə müdafiə və təhlükəsizlik sahəsində dəstək verilməsinin vacibliyini vurğulayaraq, Türkiyənin bu ölkə ilə imzaladığı müqavilələr vasitəsilə qeyd olunan istiqamətdə öz töhfəsini verdiyini əlavə edib.

Tarix: 17-04-2021, 09:00 Oxunub: 59


Bölməyə aid digər xəbərlər