09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Yol polisi millət vəkilini niyə saxlayıb? — RƏSMİ AÇIQLAMA

Yol polisi millət vəkilini niyə saxlayıb? — RƏSMİ AÇIQLAMA


Ötən gecə Novxanı yolunda Dövlət Yol Polisininin (DYP) əməkdaşı Milli Məclisin deputatı Razi Nurullayevi saxlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə R.Nurullayev "Facebook" səhifəsindəki paylaşımında bildirib.

Belə ki, deputat paylaşımında DYP əməkdaşının onu qanunsuz şəkildə saxladığını bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev millət vəkilinin şikayətinin araşdırıldığını bildirib:
“Hazırda həmin məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmadan sonra ətraflı məlumat veriləcək”.


Tarix: 8-09-2020, 11:39 Oxunub: 61


Bölməyə aid digər xəbərlər