21:58 / 19-07-2026
Sağlamlığın Keşiyində Dayanan Peşəkar İdarəçilik Nümunəsi
21:55 / 19-07-2026
Etibarlı Şəhər Nəqliyyatının Arxasında Dayanan Peşəkar İdarəçilik
21:53 / 19-07-2026
Keyfiyyətə Sədaqət və Etimadın Ünvanı
21:45 / 19-07-2026
İnsan Sağlamlığını Təbəssümlə Birləşdirən Peşəkar Həkim – Elməddin Mirzəyev
21:41 / 19-07-2026
Münasib Qurbanov: Güclü Dövlət Strategiyası və Davamlı İnkişaf: Müasir Azərbaycanın Yeni Mərhələsi
21:38 / 19-07-2026
Strateji Baxışı və Səmərəli İdarəçiliyi ilə Ağstafanın İnkişaf Yolunda Mühüm Rol Oynayan Rəhbər
21:35 / 19-07-2026
İnsan Sağlamlığını və Ümidini Qoruyan Peşəkar Cərrah
21:29 / 19-07-2026
Ayaz Əliyev: Güclü Dövlət, Uğurlu Gələcək: Azərbaycanın İnkişaf Strategiyasının Müasir Mənzərəsi
21:14 / 19-07-2026
Keyfiyyətli İstehsalın və Məsuliyyətli Rəhbərliyin Uğurlu Siması
01:24 / 18-07-2026
Sağlam Gələcəyin Etibarlı Ünvanına Rəhbərlik Edən Peşəkar İdarəçi
01:22 / 18-07-2026
Elmin Gücü ilə Gələcəyə Yol Açan Ziyalı
01:20 / 18-07-2026
Şəhər Rahatlığının Səssiz Memarlarından Biri
01:18 / 18-07-2026
Su Təminatının Etibarlı Təşkilatçısı və Məsuliyyətli İdarəçi
01:15 / 18-07-2026
Möhkəm Körpülərin Memarı, Etibarlı İdarəçiliyin Uğurlu Siması
01:11 / 18-07-2026
Qanunun Aliliyini Prinsipə Çevirən Peşəkar Rəhbər
01:07 / 18-07-2026
Hüquq-Mühafizə Sistemində Peşəkarlıq və Məsuliyyətin Uğurlu Nümunəsi
17:54 / 17-07-2026
Rusiya İran çiçəklərindən şübhələndi - Ermənistandan idxal edilib?
17:52 / 17-07-2026
“Bozo”nun düşmənini canlandıracaq
17:50 / 17-07-2026
Bağçalarla bağlı Qayda - Təsdiqləndi
23:16 / 08-07-2026
Ayaz Əliyev: Azərbaycanın İnkişaf Strategiyası və Prezident İlham Əliyevin Rəhbərliyi Dövründə Həyata Keçirilən Dövlət Siyasəti
23:13 / 08-07-2026
İnsan Sağlamlığına Həsr Olunmuş Rəhbərlik Nümunəsi – Milan Hospitalın rəhbəri Xuraman Muradovanın Fəaliyyətinə Baxış
23:09 / 08-07-2026
İstehsalın Keyfiyyəti və Məsuliyyətli Rəhbərliyin Uğurlu Nümunəsi – Həsən Müəllim
23:06 / 08-07-2026
Ramin Ağazadə: Müasir Azərbaycanın İnkişaf Yolunda Prezident İlham Əliyevin Rəhbərliyi və Dövlətçilik Baxışı
23:05 / 08-07-2026
Şəhər Nəqliyyatının İnkişafına Töhfə Verən Rəhbərlik Nümunəsi
00:16 / 26-06-2026
Niyazi Bayramov: Güclü ordu – dövlət konsepsiyasının uğurlu təcəssümü
00:12 / 26-06-2026
Məhərrəm Şəfiyev: Şərəfli xidmət, yüksək peşəkarlıq və sarsılmaz qətiyyət
00:09 / 26-06-2026
Rövşən Ramazanov: Ordumuzun gücü xalq-iqtidar birliyindən qaynaqlanır
00:06 / 26-06-2026
Kənan müəllim: Şanlı ordu - güc, peşəkarlıq və qətiyyət
00:04 / 26-06-2026
Niyazi Nəcəfov: Qüdrətli dövlət, güclü ordu
00:00 / 26-06-2026
Vüsal Hüseynov: Silahlı Qüvvələr - qəhrəmanlıq və vətənpərvərlik nümunəsi
23:57 / 25-06-2026
Mais Məmmədov: Güclü ordu strategiyasının möhtəşəm nəticələri
23:06 / 18-06-2026
Razim Rüstəmov: Müasir Azərbaycanın Gücü və İnkişafının Memarı – Prezident İlham Əliyev
23:02 / 18-06-2026
Sağlamlığın keşiyində duran etibarlı idarəçilik nümunəsi – Sahib Hüseynovun peşəkarlıq yolu
22:56 / 18-06-2026
İdmanın inkişafına töhfə verən nüfuzlu təşkilatçı və milli dəyərlərə bağlı şəxsiyyət
22:53 / 18-06-2026
Binəqədi Bələdiyyəsində Sosial Həssaslıq və Dövlətçilik Prinsiplərini Uğurla Yaşadan Mürsəl Eminov
01:17 / 15-06-2026
Mustafa Əliyev: Milli Qurtuluşdan tarixi Zəfərə doğru
01:14 / 15-06-2026
Zəfər müəllim: Şuşa Bəyannaməsi - regionda yeni geosiyasi reallıq
01:12 / 15-06-2026
Eldar Əzizov: Müttəfiqliyin yeni mərhələsi
Səttar Möhbalıyev: “Azərbaycan regionun enerji mərkəzinə çevrilib”

“Ölkəmizdə Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu və əhəmiyyətli tədbiri olan Bakı Enerji Həftəsi keçirilir. Tədbir çərçivəsində təşkil olunan 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji sərgilərində, həmçinin Bakı Enerji Forumunda iştirak etmək üçün dünyanın 30 ölkəsindən sahə üzrə 249 əsas aparıcı şirkət bura toplaşıb. Bu da tədbirin əhəmiyyətini və ona olan marağı göstərir. Bu gün ölkəmiz dünyanın, əsasən də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli dərəcədə rol oynamaqdadır. Artıq Azərbaycan regionun enerji mərkəzinə çevrilib və məlum səbəblərdən dünyada bu sahədə yaşanan böhranın aradan qaldırılması istiqamətində ölkəmizin malik olduğu potensial yüksək qiymətləndirilir. Bütün bunlar əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən enerji siyasətinin təzahürüdür. Zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna malik olan ölkəmiz məhz bu siyasət çərçivəsində nəhəng regional və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərləri bu qəbildəndir ki, Azərbaycan bu layihələri uğurla icra etdi. Qeyd etdiyim kəmərlərin başa gəlməsi, təbii ki, böyük maliyyə imkanları, sabitlik tələb edirdi”.
Bu fikirləri KİV-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
“Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Cənub Qaz Dəhlizi layihəsindən bəhs etdi. Məlumdur ki, dəhliz enerji böhranının baş alıb getdiyi bir zamanda Avropanın enerji təminatında əhəmiyyətli rola malikdir. Azərbaycanın təşəbbüsü ilə baş tutan bu layihənin reallaşdırılması ölkəmizin gücünü bir daha təsdiqləyir. Kəmərin çox ağır mürəkkəb relyeflərdən – hündür dağlardan, dəniz çökəkliyindən keçməsinə bağmayaraq, boru xətti yüksək keyfiyyəti ilə standartlara tam cavab verir. Layihənin uğurla tamamlanması istiqamətində də Azərbaycan öz üzərinə düşən vəzifələri vaxtında və çevik şəkildə icra etdi. Ölkəmiz ixrac prosesinə başladığı vaxtdan bu günə kimi təchizatda heç bir ləngimə baş verməyib, müqavilə şərtləri pozulmayıb, Azərbaycan öz öhdəliklərinə sadiq qalaraq üzərinə düşəni ləyaqətlə yerinə yetirib. Qeyd edim ki, dəhlizin genişləndirilməsi imkanları da hazırda müzakirə predmetidir və inanırıq ki, bu, yaxın gələcəkdə baş verəcək”, - AHİK sədri deyib.
Onun sözlərinə görə, Azərbaycan etibarlı tərəfdaş olaraq dünyada özünü təsdiqləyib: “Məhz buna görədir ki, bütün tərəfdaşlar Azərbaycanla əməkdaşlıqdan məmnundurlar. Həmçinin ölkəmizdə əlverişli biznes mühüti formalaşdırılıb, investisiya imkanları genişləndirilib. Məlumdur ki, Azərbaycanın “yaşıl enerji” potensialı da yüksəkdir, burada küləkli və günəşli günlərin çox olması bu sahənin inkişafına əlverişli şərait yaradır. Dünyada məşhur “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, “Masdar” şirkəti tərəfindən isə Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə də bu istiqamətdə iş aparılır. Bütün bunlar ölkəmizdə qaza qənaət olunmasına və ixracına imkanlar yaradacaq”.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-06-2022, 17:10 Oxunub: 136
Bölməyə aid digər xəbərlər
14-02-2022, 10:24
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV AZƏRBAYCAN XALQININ VƏ DÖVLƏTİNİN XİLASKARIDIR!
30-11-2021, 13:59
Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir - Zəngəzur dəhlizi İƏT-ə üzv ölkələr üçün də faydalı olacaq