23:06 / 05-06-2026
Camal Rüstəmov: Enerji strategiyasının uğurları
23:04 / 05-06-2026
Rasim Kazımov: Enerji sahəsində innovativ həllər
22:32 / 05-06-2026
Şəmkirdə ağız və diş sağlamlığının etibarlı ünvanı – Elməddin Mirzəyevin peşəkarlıq və insanlıq yolu
23:23 / 04-05-2026
Ruslan müəllim: Millətin yaddaşında ucalan liderlik məktəbi – Heydər Əliyev və Azərbaycanın yenidən doğuluş fəlsəfəsi
23:20 / 04-05-2026
Seymur Musayev: Heydər Əliyev – Dövlətçiliyin yenidən doğuluşunu təmin edən tarixi iradə və Azərbaycanın gələcəyə açılan yolu
23:16 / 04-05-2026
Dövlətçilik düşüncəsinin sabit dayağı və ictimai etimadın ünvanı – Eldar Quliyevin çoxşaxəli fəaliyyəti
23:11 / 04-05-2026
Təhsilin işığında formalaşan nümunəvi rəhbərlik yolu
23:08 / 04-05-2026
Tərtərdə dövlətçilik ruhunun yaşadıldığı, sosial həmrəyliyin gücləndiyi və abadlığın həyat tərzinə çevrildiyi bir idarəetmə modeli
22:54 / 04-05-2026
Yolların Etibarlı Qurucusu və Məsuliyyətli Mühəndis – Fazil Qasımovun Peşəkar Yolçuluğu
22:36 / 04-05-2026
Qobu yolunda qanunsuz tikinti xaosu – məsul qurumlar niyə susur?! FOTO/VIDEO FAKT
10:37 / 29-04-2026
Dəniz Sənayesinin Səssiz Qəhrəmanı – Rəfail Mikayılovun Fədakar Rəhbərliyi
22:57 / 28-04-2026
“Orbita” MTK rəhbəri Famil Bağıyev – Şəhərsalma və Tikinti Mədəniyyətinə Töhfə Verən Fədakar İdarəçi
22:51 / 28-04-2026
Tahir Məmmədov: Şamaxının İnkişaf Yolunda Səbir, Məsuliyyət və Davamlı Əmək Fəlsəfəsi
22:49 / 28-04-2026
Hüseyn Əfəndiyev – Yasamal rayonunun inkişafında məsuliyyətli idarəçilik və xidmət nümunəsi
22:47 / 28-04-2026
Cavid Muradov – Sabunçunun təhlükəsizliyinə sadiq rəhbər, qanunun keşiyində duran nümunəvi polis siması
22:41 / 28-04-2026
Nəsimi rayonunun abadlığına həsr olunmuş ömür: Nizami Mayılovun məsuliyyət və xidmət yolu
22:38 / 28-04-2026
Rəsul müəllim: İşığa Çevrilən Elm və İnsanlıq - Akademik Zərifə Əliyevanın 103 illik əbədiyyət yolçuluğu
23:01 / 27-04-2026
Rövşən Ramazanov: Heydər Əliyev – Dövlətçiliyin fəlsəfəsini yaradan Ulu Öndər və Azərbaycanın tarixi yüksəliş yolunun memarı
23:28 / 19-04-2026
Emin Hüseynov: Antalya Diplomatiya Forumu – Azərbaycanın yeni diplomatik baxışlarının və sülh yönümlü siyasətinin beynəlxalq səhnəsi
23:22 / 19-04-2026
Cavid Məmmədov: Antalya Diplomatiya Forumu – Azərbaycanın regional sülh və qlobal dialoq siyasətinin beynəlxalq təqdimatı
23:19 / 19-04-2026
Universitet mühitində sosial həmrəylik və humanitar dəyərlərin qorunmasına xidmət edən fəaliyyət
23:14 / 19-04-2026
Qol Güləşi İdmanının İnkişafında İdarəçilik Məktəbi və Beynəlxalq Nüfuz Yolu
23:09 / 19-04-2026
Şəhər Nəqliyyatında Nizam, Məsuliyyət və İctimai Etimadın Nümunəsi
23:03 / 19-04-2026
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir
22:57 / 19-04-2026
Müasir Neyrocərrahiyyədə Peşəkarlığın və İnsanlıq Dəyərlərinin Təcəssümü – Dr. Afər Allahverdiyev
22:50 / 29-03-2026
Güclü Yağıntıya Baxmayaraq Qaradağda Həyat Dayanmadı – Kommunal İşçilərin Fədakar Əməyi
22:45 / 29-03-2026
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
11:28 / 17-03-2026
Elnur Hüseynov: Azərbaycan sülh və sabitliyin tərəfdarıdır
23:04 / 16-03-2026
Rafiq Zülfiqarov: Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycan nümunəsi mütərəqqi model kimi
23:03 / 16-03-2026
Anar Vəliyev: Geosiyasi kataklizmlər fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf modeli
22:59 / 16-03-2026
Zəngilanın Təhlükəsizliyində Qətiyyətli və Dövlətinə Sadiq Rəhbər - Bəkir Cabbarov
22:56 / 16-03-2026
Xalqın Etimadını Qazanan İdarəçilik Nümunəsi – Binəqədidə Mürsəl Eminovun Fəaliyyəti
22:53 / 16-03-2026
Göygölün Yol Təhlükəsizliyində Liderlik və Bayram Sevinci – Yol İstismar İdarəsinin Rəhbəri Sənan Nəcəfovdan Novruz və Ramazan Təbriki
22:50 / 16-03-2026
Təhsilə və cəmiyyətə xidmət edən nümunəvi rəhbər – Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev
22:48 / 16-03-2026
Sabunçuda Qanunun Aliliyi və İctimai Etimadın Simvolu – Polis Rəisi Cavid Muradovun Fəaliyyəti
Musa Şəkiliyev: 28 May Müstəqillik Gününün ərazi bütövlüyümüzün bərpa edilməsi şəraitində qeyd olunması qürurvericidir
İbaxlı kəndində 17 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər dinlənilmişdir. Müraciətlər kənddəki qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, yaşayış evinə internet xəttinin çəkilməsi, telefon xəttində olan nasazlığın aradan qaldırılması, həyətyanı torpaq sahəsindən keçən yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, içməli su probleminin həll olunması, kənddə uşaq bağçasının açılmasına köməklik göstərilməsi ilə bağlı olmuşdur. Səyyar qəbuldan sonra kəndin qaziləri ilə də görüş keçirilmişdir.
Qəbulda iştirak edən vətəndaşların, qazilərin müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.
Qax rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev - Bu gün Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür. Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin nəticəsi sayılan cümhuriyyət müasir dövlətçilik tariximizdə mühüm yerə malikdir. 23 ay mövcud olmasına baxmayaraq, Xalq Cümhuriyyəti Şərqin siyasi həyatında mühüm rol oynadı, məhz onun fəaliyyəti sayəsində dövlətçilik tariximizin əsasları daha da zənginləşdi. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi.1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsində də deyildiyi kimi, Azərbaycan xalqı hakimiyyət haqqına malik olduğu kimi, Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlət oldu. 23 ay ərzində yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni layiqincə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, milli atributlar - bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, milli ordu formalaşdı. Təsadüfi deyil ki, zəngin mədəni-tarixi ənənələrə malik olan Azərbaycanın ilk universiteti də təsis olundu. Bu, əslində təhsilin milliləşdirilməsi demək idi.
Təsadüfi deyildir ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər kəsin milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində birbaşa əksini tapmışdı. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır. Məhz universal dəyərlərə, insan hüquq və azadlıqlarına təminat yaradan prinsipləri dövlət idarəetməsinin əsas prinsipləri kimi qəbul etməklə Azərbaycan Xalq Cümhuriyyəti mövcudluğunun ilk günlərindən etibarən Şərqin, İslam və Türk dünyasının mütərəqqi dövlət modeli kimi qəbul edilməyə və fəaliyyət göstərməyə başladı. Beləliklə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilməyə başlandı. Ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında müasir dövlət idarəçiliyinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş mühüm tədbirlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı.
Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti
Cümhuriyyətin süqutundan sonra 70 il Sovet rejiminin basqıları da Azərbaycan xalqının azadlıq ideallarını boğa bilmədi. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövləti quruldu. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verərək deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Məhz Ulu Öndər Heydər Əliyevin 1 fevral 2003-cü il tarixli Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılmasına dair Sərəncamı, 2007-ci il 25 mayda isə İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılışı, eyni zamanda, Prezident İlham Əliyevin sərəncamları ilə 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olundu və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edildi. Milli dövlətçilik tariximizdə Cümhuriyyət xadimlərinin misilsiz xidmətləri bu gün yüksək dəyərləndirilir, onların zəngin irsi öyrənilir və təbliğ olunur. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Biz Cümhuriyyətin 104-cü ildönümünü tam fərqli əhval-ruhiyyədə qeyd edirik. Qalib Lider, Ali Baş Komandan Prezident İlham Əliyev cənablarının “Dəmir yumruq” siyasəti ilə Müzəffər Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin qəhrəmanlığı ilə 30 illik torpaq həsrətinə 44 gün ərzində qalib gələrək Azərbaycan Ordusu böyük Zəfər tarixi yazdı. Son 30 ildə ikinci ildir ki, “Respublika Günü”nün ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd edirik. Və bu gün Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın Qarabağda qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinə ən böyük hədiyyədir!
Dövlət başçımız İlham Əliyevin də söylədiyi kimi, cümhuriyyət qurucuları sağ olsaydı, bugünkü Azərbaycanla fəxr edərdilər. Və bu gün ikinci dəfə müstəqilliyimizin əldə olunmasında müstəsna rolu olan Ümummilli Lider Heydər Əliyevin qoyduğu yol bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada söz və nüfuz sahibinə çevrilib. Dövlətimizin başçısına Müstəqillik Günü münasibətilə dünyanın bir sıra dövlət başçıları və nüfuzlu təşkilat rəhbərləri tərəfindən ünvanlanmış təbrik məktubları bunun bariz nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyimiz daha əbədi, daha dönməz olacaq, bizi qarşıda yeni zəfərlər və qələbələr gözləyir.
Təsisçi və Baş redaktor: Rüstəm Həsənov
Bölməyə aid digər xəbərlər
RİH başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib

Tarix: 26-05-2022, 13:16 Oxunub: 149
Bölməyə aid digər xəbərlər
14-01-2022, 13:48
Şəkidə nələr baş verir? Tarixi və dini inanc yerləri qızıl axtaranlar tərəfindən niyə dağıdılır?!
15-02-2021, 11:43
Maaşınızdan tutulan pula görə klinikalarda bu tibbi xidmətlərdən istifadə edə biləcəksiniz - RƏSMİ
18-01-2021, 12:01
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı