09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Bakının 13 küçəsində avtomobillərin hərəkəti qadağan ediləcək - AÇIQLAMA

Bakının 13 küçəsində avtomobillərin hərəkəti qadağan ediləcək - AÇIQLAMA


Şagirdlərin təhlükəsizliyi məqsədilə 2020-ci ildə 22 orta məktəbin ətrafında təhlükəsiz piyada hərəkəti istiqamətində tədbirlər həyata keçirilib.
"Bu haqda Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O bildirib ki, nəticədə 35 mindən çox şagird-tələbə və təhsil işçilərinin təhlükəsizliyi təmin olunub.

“Eləcə də mobillik imkanlarının artırılması məqsədilə şəhərin mərkəzi hissəsində (Xaqani bağının ətrafında) 8 küçədə qismən, 13 küçədə isə tamamilə nəqliyyat vasitələrinin hərəkətinin qadağan edilməsi ilə piyada zonalarının yaradılması layihəsi hazırlanıb və aidiyyəti qurumlar ilə razılaşdırılıb”, - deyə V.Kərimli qeyd edib.

Tarix: 17-05-2021, 14:52 Oxunub: 82


Bölməyə aid digər xəbərlər