09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Ağstafada “Təmiz hava” reydində 15 sürücü inzibati məsuliyyətə cəlb edilib - FOTO

Ağstafada “Təmiz hava” reydində 15 sürücü inzibati məsuliyyətə cəlb edilib - FOTO


Ağstafa Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Reyd zamanı 15 nəfər sürücü inzibati məsuliyyətə cəlb edilib.report


Tarix: 26-04-2021, 09:52 Oxunub: 38


Bölməyə aid digər xəbərlər