09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Əhməd Əhmədzadə: Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı tarixi hadisələrindəndir



Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə - İllərlə xalqımıza qarşı olan məkrli siyasət və torpaqlarımızın işğalı düşmənə qarşı “Dəmir Yumruq”la nəticələndi. Ali Baş Komandanımızın başçılığı altında uca millətimiz müqəddəs torpaqlarımızı erməni qəsbkarlarından azad etdi. Bir oldu, yumruq oldu xalqımız. Canlar fəda etdi vətənpərvər oğullarımız. Üçrəngli bayrağımızı köksümüzə sıxıb “Qarabağ Azərbaycandır” səsləndirdik.
27 sentyabr 2020-ci il səhər saatlarında düşmənin təmas xətti boyunca hücumlarına qarşı Silahlı Qüvvələrimizin əks hücumları ilə başladı döyüşlər. Ölkəmizdə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi. Müharibə pilotsuz təyyarələrin, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu.
Şanlı Ordumuz düşmənə nisbətdə xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Vətən Müharibəsinin başlanğıcında bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Silahlı Qüvvələrimiz oktyabrın 22-də  Qarabağın İranla cənub sərhəddini tamamilə azad etdi və 23 oktyabrda Laçın dəhlizinə doğru irəliləməyə başladı. Həmin Laçın dəhlizi ki, digərləri ilə müqayisədə qondarma qurumla Ermənistanı birləşdirən yeganə magistral yol idi. Müzəffər Azərbaycan Ordusunun hərbi birləşmələri həmin yolu bağlamağı qarşısına məqsəd qoydu. Çünki o yoldan Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının gəlməsinin qarşısı alınmalı idi. Gün ərzində ənənəvi olaraq Ordumuz tərəfindən döyüş meydanı artilleriya atəşi və minaatanlardan, “Bayraktor- TB2” pilotsuz uçuş aparatları ilə birbaşa düşmənin strateji mövqeləri məhv edildi. Düşmənin həm canlı qüvvəsi, həm də ağır zirehli texnikaları darmadağın edildi.
Döyüş meydanında üzbəüz döyüşə tab gətirə bilməyən xain və qorxaq erməni qəsbkarları isə öz vandal siyasətlərindən əl çəkməyərək, döyüş mövqeyindən çox uzaq olan Gəncə, Tərtər, Bərdə, Kürdəmir, Qəbələ, Mingəçevir və digər mülki əhalimiz  yaşayan şəhər və rayonlarımıza qadağan olunmuş raketlərdən istifadə etdi. Nəticə etibarilə onlarla mülki insanımız, xüsusilə körpə övladlarımız şəhid oldu. Yaşayış binaları, yollar və digər infrastrukturmuza ziyan dəydi. Düşmən bu çirkin hərəkətləri ilə Azərbaycan xalqının qorxacağını və döyüş meydanından geri çəkiləcəyini düşünürdü. Lakin düşmən bu fikri ilə çox yanılmışdı, çünki əslində dünyanın ən qorxaq milləti elə ermənilərin özləri idi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Düşmənin heç gözləmədiyi istiqamətlərdən ona zərbə endirildi. Döyüş taktikası  o qədər düzgün qurulmuşdu ki, qarşı tərəf bizim qüvvələrimizi heç vaxt həmin istiqamətlərdən gözləmirdi. Sıldırım qayalar, çətin keçilən yollar və sutkalarla piyada hərəkət. Təbii ki, bütün bunları güclü Azərbaycan əsgəri edə bilərdi və bu yolda canından, qanından keçən şəhidlərimiz, sağlamlığını itirən qazilərimiz oldu. Biz onlara bir ömür mənəvi borcluyuq.
Əsas odur ki, bugün torpaqlarımız azaddır, öz tarixi sahibindədir. Düşmən onlarla, yüzlərlə yaşayış məntəqələrimizi, tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi məhv etmiş, özünün qondarma tarixini yaratmaq istəsə də buna nail ola bilməmişdir. Müzəffər Azərbaycan Ordusu öz Ali Baş Komandanının əmri ilə tarixi torpaqlarımızı işğaldan azad etdi.
Yaşasın Azərbaycan Xalqı, Yaşasın Azərbaycan Ordusu, Yaşasın Alı Baş Komandanımız. “Qarabağ Azərbaycandır”


Tarix: 29-03-2021, 10:52 Oxunub: 159


Bölməyə aid digər xəbərlər