Yeni Azərbaycan Partiyası tarixin son dərəcə ağır və keşməkeşli günlərində, ölkəmizin ciddi sinaqlara məruz qaldığı bir dövrdə yaranmışdır. YAP-ın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Azərbaycanda siyasi qurumların yaradılması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-ci
ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəmizi düşdüyü ağır iqtisadi-siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə
hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar xalqı böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın tanınmış ziyalılarından 91 nəfər 1992-ci il oktyabrın 16-da “Səs” qəzetində “Heydər bəyi biz çağırmalıyıq” adlı müraciətlə çıxış etdi. Heydər Əliyevə ünvanlanmış bu tarixi sənəddə ölkəni yaranmış ağır durumdan çıxarmaq üçün xalqın məhz onun başçılığı altında Yeni Azərbaycan Partiyasında təşkilatlanmaq arzusu öz əksini tapmışdı. Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı
hakimiyyətin mane olması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi- 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Beləliklə, xalqın həyatında mühüm rol oynayan və öz üzərinə böyük tarixi missiya götürən Yeni Azərbaycan Partiyası yaradıldı. Heydər Əliyev çoxları tərəfindən təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının lideri kimi qəbul edildi. O, öz müdrik məsləhətləri, təcrübəsi ilə xalqı yaxınlaşmaqda olan bəlalardan, fəlakətlərdən qurtara bildi. Yaxşı yadımdadır, YAP-ın yaradılmasınin 10 illiyində Heydər Əliyev öz çıxışında belə demişdi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır”. Bəli ,bizim partiya bu günün partiyasıdır. Biz dünən öz işimizi gördük. Bizim partiya gələcəyin partiyasıdır. Bizim partiya gənclərin partiyasıdır. Bu gün YAP ölkədə lider partiyadır. Ulu Öndərimizin siyasi kürsunu layiqincə davam etdirən Yeni Azərbaycan Partiyasının sədri, prezidentimiz cənab İlham Əliyev Azərbaycanımızın yeni tarixini–“Zəfər tarixini” qızıl hərflərlə yazdı. Partiyamızın veteranları, gəncləri-bütün xalqımız uğurlu addınlarla ilhamlı sabaha İLHAMLA getməyə hazırdır.
Fərqanə Cəbrayılova
respublikanın Əməkdar müəllimi
Bölməyə aid digər xəbərlər