09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Azərbaycanda KORONAVİRUSLA BAĞLI bu qadağa LƏĞV EDİLƏ BİLƏR

Azərbaycanda KORONAVİRUSLA BAĞLI bu qadağa LƏĞV EDİLƏ BİLƏR


"Azərbaycanda koronavirus pandemiyası səbəbindən bağlanan idman qurğuları yaxın zamanda fəaliyyətini bərpa edə bilər".
Bunu Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov deyib.

O bildirib ki, hazırkı durumu nəzərə alan nazirlik bununla bağlı təkliflərini Operativ Qərargaha təqdim edib:

“Bir ildir pandemiya davam edir. Operativ Qərargah tərəfindən məşq zallarının bağlanması tələb olunub. Buna baxmayaraq, olimpiya idman növləri yarışlara hazırlıq məqsədilə qapalı məkanda məşqlərini davam etdirilər. Bəzi idmançılar var ki, onlar bu gün də fəaliyyətsizdirlər. Nazirlik tərəfindən Operativ Qərargaha təkliflər təqdim olunub. İnanırıq ki, yaxın günlərdə bu məsələ həllini tapacaq. Məşqlərin keçirilməsi, zalların açılması nazirliyin icazəsi ilə deyil, pandemiya qaydalarına uyğun Operativ Qərargahın verdiyi qərarlarla nizamlanır. İstəyirik ki, idmançılar məşqlərə, zallara qayıtsınlar”. //APAsport

Tarix: 5-03-2021, 13:17 Oxunub: 28


Bölməyə aid digər xəbərlər