Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Şamaxı Xüsusi Təyinatlı Yol İstismar MMC-nin rəisi Nazim Eynallı - Bugün tam əminliklə deyə bilərik ki, bir ölkənin tarixinin, xalqın keçmişinin sübutu məhz həmin bölgənin mədəniyyətidir. Bir məmləkətin mədəniyyəti, təbii ki, qısamüddətli zaman çərçivəsində deyil, əsrlərlə formalaşan bir amildir. İnkişaf etmiş ölkələr həm də yol mədəniyyətinə görə seçilirlər. Yol, eyni zamanda vətəndaşların rahat həyatı, güclü iqtisadiyyat deməkdir. Müstəqil Azərbaycan bütün sahələrdə olduğu kimi, özünün yol mədəniyyəti ilə də dünyada fərqlənən ölkələr sırasındadır. Respublikamızda yol infrastrukturunun qurulması işi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyevin sözləri ilə desək: “Yol mədəniyyət, iqtisadiyyat, bir sözlə, həyat deməkdir”. Azərbaycanı müasir infrastruktur təminatına malik ölkəyə çevirməklə bağlı dövlət strategiyasında yol-nəqliyyat infrastrukturunun yenilənməsinə xüsusi önəm verilməsi heç də təsadüfi deyil. Bu istiqamətdə görülən işlər dövlətin məqsədyönlü şəkildə həyata keçirdiyi sosial siyasətin tərkib hissəsi olmaqla yanaşı, həm də ölkənin sürətli iqtisadi inkişafı ilə bağlıdır.
Ulu öndər yolu təkcə mədəniyyət və iqtisadiyyat amili kimi deyil, həm də, bütünlüklə, həyat mənbəyi hesab edirdi. Görkəmli dövlət xadiminin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra yaradılan sabitlik və iqtisadi inkişaf ölkə iqtisadiyyatının tərəqqisində mühüm rol oynayan avtomobil yollarının bərpası və yenidən qurulmasına əlverişli şərait yaratdı. Bu işlər bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilməkdədir. Yaxın keçmişimizi xatırlasaq, təsdiq edərik ki, bu gün üzərində rahatlıqla, xoş əhval-ruhiyyə ilə səfər etdiyimiz rahat yollar o vaxt heç də ürəkaçan deyildi. Kəndlərdən şəhərə gəlmək üçün çox əziyyətli bir yol qət etməli olurduq. Ancaq dövlətimiz müstəqillik əldə etdikdən sonra “Yol mədəniyyətdir” prinsipinə uyğun olaraq yol infrastrukturu yenidən qurulmağa başlanıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına hesablanaraq qəbul edilən “Dövlət Proqramları”na uyğun yolların müasirləşdirilməsi istiqamətində yerinə yetirilən layihələrin həcmi ildən-ilə artmaqdadır. Yol infrastrukturunun daha da təkmilləşdirilməsi kimi sosial yönümlü tədbirlərin icrası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən uğurla yerinə yetirilir.
Azərbaycan Avropa və Asiyanı birləşdirən nəqliyyat marşrutlarının kəsişdiyi əlverişli strateji mövqedə yerləşir. Məhz bu amil respublikamızın tranzit əhəmiyyətini xeyli artırır. Ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri dövlətin nəqliyyat sisteminin və beynəlxalq səviyyəli avtomobil yollarının tikintisinə münbit zəmin yaratmaqla yanaşı, ölkənin iqtisadi inkişafına güclü təkan verir. Elə bu səbəbdəndir ki, son illər respublikada görülən yol inşaat işlərinin miqyası ölçüyəgəlməzdir. Xüsusilə də bölgələrdə kənd və qəsəbə yolları əsaslı təmir olunur, yenidən qurulur, hətta uzaq dağ kəndlərinə belə, müasir tipli yollar çəkilir. Yolların inkişafı bir tərəfdən iqtisadiyyatımıza səmərə gətirir, qeyri-neft sektorunun inkişafına öz töhfəsini verir, digər tərəfdən də vətəndaşlarımızın, o cümlədən Azərbaycana gələn qonaqların, turistlərin rahatlığını təmin edir: “Azərbaycanın yerləşdiyi region elə bir regiondur ki, biz tranzit ölkə kimi mühüm üstünlüklərə malikik. Yüksək səviyyədə qurulan yol-nəqliyyat infrastrukturu insanlara böyük rahatlıq gətirdiyi kimi, həm də respublikanın iqtisadi potensialının artmasına stimul verən vacib amillərdən biridir. Rahat yollar olmadan Azərbaycanın dinamik inkişafını təsəvvür belə etmək mümkün deyil. Son illər paytaxt Bakıda və rayonlarda yol infrastrukturunun genişləndirilməsı ilə bağlı mühüm tədbirlər görülür. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir.
Bölməyə aid digər xəbərlər