Ötən ilin sentyabr ayından başlayan məlum hadisələr istər ölkə daxilində, istərsə də xaricdə bir çoxlarının vətənimizə baxış bucağını dəyişdi. 44 günlük Vətən müharibəsində həm hərbi sahədə, həm siyasi müstəvidə qazandığımız uğurlarla dünyaya əzmkar, mübariz xalq olduğumuzu bir daha sübut etdik. İgid oğullarımızın qanı, canı bahasına, Ali Baş Komandanın qətiyyəti sayəsində dünyanın gözünə qalib xalq kimi baxmağı bacardıq. Son aylarda gedən proseslər və 10 noyabr bəyannaməsi regionda vəziyyəti ciddi dəyişdi. Təəssüf ki, Ermənistan dövləti, onun daxilindəki bəzi qüvvələr sözdə bir əməldə digər mövqe sərgiləyir. Azərbaycanın gücünü dünya qəbul edir. Məhz bu amilə görə xarici media nümayəndələri bu güc-qüdrəti yerində görmək istəyirlər.
Ali Baş Komandan cənab Prezident İlham Əliyev 26 fevral 2021-ci il tarixində baş tutan 4 saat davam edən 35-dən çox dünya mediasının 50-yə yaxın sualı cavablandırılan mətbuat konfransında bir çox məsələlərə aydınlıq gətirildi. Cənab Prezident yerli və xarici mətbuat nümayəndələrinin suallarını geniş , dəqiq, sərrast cavablandırmaqla əsl siyasi lider, sevilən komandan olduğunu bir daha sübut etdi. İranlı jurnalistə verdiyi tutarlı cavabı da onun tək hərbdə, siyasətdə deyil, söz savaşında da yenilməz olduğunu göstərdi.
Bir əlində qələm bir əlində qılıncla mübarizə aparan Şah İsmayıl Xətai kimi sərkərdələrin yetişdirdiyi torpaqda bu gün başqa ruhda ölkə başçısının olması mümkün deyil. Mətbuat konfransında Ali Baş Komandanın bütün proseslərlə bağlı apardığı təhlillər, gələcəklə bağlı planlar onu deməyə əsas verir ki, Azərbaycan qısa müddət ərzində regionun ən güclü dövləti olaraq bir çox layihələri reallaşdıracaq Prezidentin “Rusiya, Türkiyə və biz eyni mövqedəyik...Avrasiya üçün də yeni damar açıla bilər”, “Post müharibə dövrü yeni imkanlar yaradar”, “Bütün dost ölkələr üçün iş imkanları var “ və s. fikirləri necə qüdrətli dövlətə çevrildiyimizin göstəricisidir.
Ulu öndər Heydər Əliyevin dillər əzbəri kəlamı var “Mən fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam”. Bu fikirlərdən ruhlanıb demək istəyirəm ki, biz fəxr edirik ki, cənab İlham Əliyev kimi Ali Baş Komandanımız, Prezidentimiz var və yazımı cənab İlham Əliyevin həmişə səsləndirdiyi və mətbuat konfransında bir daha vurğuladığı fikirlə bitirirəm “Nəyi hədəfləmişiksə, çatmışıq”.
Qarşıya qoyduğu hədəfə çatmaq yolunda prezidentimizə uğurlar arzulayıram.
Biz sizinləyik, Cənab Ali Baş Komandan!
Sağlamlıq dünyanın heç bir var-dӧvlətiylə əldə edilə bilmir. Amma həkimlərimiz sağlamlığımızın keşiyində duran çox müqəddəs bir peşənin sahibidirlər. Bu müqəddəs peşəni hər kəsin mənimsədiyi kimi həyata keçirdiyini bilirik. Kimisi, sadəcə həkiməm deməklə, kimisi isə vicdanını ortaya qoyaraq bu peşənin arxasınca getməkdədir.
Bu yazımda sadəcə ikincilərdən sӧhbət açmaq istəyirəm. Peşəsinə qazanc mənbəyi olaraq baxmayan sӧzün həqiqi mənasında Hippokrat andına sadiq qalan loğmanlarımızdan yazmaq istəyirəm. Əməkhaqları nə qədər az olsa da, pul qazanmaq naminə xəstələrinə “FİRMA” dərmanları yazmayan, gӧzləri xəstələrin cibində olmayan, həkimlərimizdən yazmaq istəyirəm. Yanına gələn xəstənin geydiyi paltarların markasına gӧrə fərq qoymayan həkimlərdən yazmaq istəyirəm. Bir sӧzlə, xəstəsinə doğması kimi yanaşan həkimlərdən yazmaq istəyirəm.
Bu cümlələri oxuyub, ironiya ilə gülümsəyənlərin olacağını da bilirəm. Onların bəs o zaman bu qədər uşaq, ana olümləri, xəstələrimizin İrana, Türkiyəyə və digər xarici ӧlkələrə axın etməsinin səbəbi nədir deyə sual edəcəklərini də bilirəm. Onlar da haqlıdırlar. Bütün bunların olduğunu kimsə inkar edə bilməz. Nə yazıq ki, vicdanını tərəziyə qoyan həkimciklər də var. Məhz belə həkimciklərin yarıtmaz fəaliyyətləri üzündəndir ki, vətəndaşlarımızın arasında Azərbaycan səhiyyəsinə olan inam hissi azalıb.
Ancaq, bu, heç də o demək deyil ki, Azərbaycanımızda olan həkim ordusu savadsızlardan ibarətdir. Əsla belə deyil. Axı həqiqətən də Azərbaycanda kifayət qədər savadlı, vicdanlı, qayğıkeş, gülərüz həkimlərimiz çoxdur. Belə həkimlərin arasında yaşlı nəsillə yanaşı, gənc nəslin nümayəndələrinin də çoxluq təşkil etməsi vətəndaşlarımızın gələcəyə olan ümidini artırır. bəzi saytlar var ki, pul xətrinə yalandan savadı olmayan həkimləri reklam edir. Bu bağışlanmazdır. Xəstələri üçün həyacan dolu anlar yaşayan əsil həkimlərimizdən bir neçəsinin adını çəkməklə elə bilirəm ki, az da olsa, onların əməklərinə dəyər vermiş olaram. Belə həkimlərin arasında xüsusən Respublika Klinik Xəstəxanasının 2-ci ümumi cərrahiyyə şöbəsinin şöbə müdiri Tibb Elmləri Doktoru Professor Sahib Hüseynovun adını xüsusi qeyd etmək yerinə düşər. Çünki Respublika Klinik Xəstəxanasının 2-ci ümumi cərrahiyyə şöbəsinin şöbə müdiri Tibb Elmləri Doktoru Professor Sahib Hüseynov “Firma” dərmanlarına satan, insan taleyi ilə oynayan həkimciklərdən fərqli olaraq, ӧz peşəkarlığı, xəstələrə yanaşma tərzi ilə həqiqətən də yer üzündə ALLAHın “şəfaverici əli” olduğunu təsdiqləyən insandır.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Respublika Klinik Xəstəxanasının 2-ci ümumi cərrahiyyə şöbəsinin şöbə müdiri Tibb Elmləri Doktoru Professor Sahib Hüseynovdur.
Respublika Klinik Xəstəxanasının 2-ci ümumi cərrahiyyə şöbəsinin şöbə müdiri Tibb Elmləri Doktoru Professor Sahib Hüseynov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.
İnsan amili, onun layiq olduğu səviyyədə yaşamasının təmin edilməsi respublikamızda həyata keçirilən sosial-iqtisadi islahatların mühüm tərkib hissələrindən biridir. Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə, uğurlu strategiyaya əsaslanan bu alternativsiz inkişaf yolu cari ildə də müvəffəqiyyətlə davam etdirilmiş, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində davamlı sosial-iqtisadi yüksəlişə nail olunmuşdur. Bu gün ölkəmizdə olan sabitlik bütün sahələrlə yanaşı, səhiyyənin də hərtərəfli inkişafını təmin edir. Tikilən və yaxud yenidən qurulan xəstəxanalar, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri, bu səhiyyə ocaqlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, səhiyyə sahəsində aparılan islahatlar nəticəsində yeni strukturlu müalicə müəssisələrinin yaradılması əhalinin sağlamlığının qorunması işində əsaslı dönüş yaratmışdır. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması respublikada cari ildə də uğurla davam etdirilən genişmiqyaslı quruculuq işləri sırasında mühüm yer tutur.
Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində yola saldığımız 2020-ci ildə də böyük işlər həyata keçirilib.
Son illərdə əldə edilmiş dinamik inkişaf ölkə üzrə göstəriciərinin ən vacibi olan demoqrafik və tibbi statistik göstəriciərinin yaxşılaşması üçün güclü zəmin yaratmışdır.
Respublika Klinik Xəstəxanasının 2-ci ümumi cərrahiyyə şöbəsinin şöbə müdiri Tibb Elmləri Doktoru Professor Sahib Hüseynov deyir ki, bu gün Azərbaycan səhiyyəsində tətbiq olunan yeniliklər vətəndaşalrın sağlamlığının qorunmasında mühüm rol oynayır. Onun sözlərinə görə, istər maddi texniki bazanın yaxşılaşdırılması, istərsə də səhiyyə sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması ümumi işə töhfə veririr. Rəhbərlik etdiyi müəssisə barəsində danışan Kabus doktor deyir ki, əvvəllər burada xəstələrə, onların ailə üzvlərinə, sakinlərə nümunəvi xidmət göstərmək üçün lazımi şəraitin olmaması kollektivi ciddi narahat edirdi.
Respublika Klinik Xəstəxanasında olarkən həkimlərin xəstələrlə olan isti münasibəti, Xəstəxanada hər cür tibbi avadanlıqların olması bu müəssisə barəsində xoş təəssurat yaradır. Həkimlər deyir ki, Sahib Hüseynov 2-ci ümumi cərrahiyyə şöbəsinin şöbə müdiri gəldikdən sonra sonra əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün Xəstəxanada hər cür şərait yaradılıb. Köhnə tibbi aparatlar yeniləri ilə əvəz olunub. Sağlam mühit yaradılıb. Müəssisəyə müraciət edən xəstələr burda xoş təəsuratla ayrılırlar.
Bu gün Azərbaycanın Prezidenti cənab İlham Əliyev böyük siyasətçi Heydər Əliyevin qurduğu dövləti daha da möhkəmləndirir, inkişaf etdirir. Biz fəxr edirik ki, böyük öndərin ideyalarını həyata keçirməyi qarşısına əsas məqsəd qoymuş hər bir azərbaycanlı ulu öndərimiz Heydər Əliyevin əməllərinin təntənəsini görür. Biz bu böyük əməllərin sahibini heç vaxt unutmayacağıq, onu həyat davam etdikcə yaşadacağıq.
Bölməyə aid digər xəbərlər