09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Ruslan Əliyev: 9 ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 km-ə bərabər olub



Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev  - “Azəriqaz” İstehsalat Birliyi 2020-ci ilin 9 ayının iqtisadi göstəricilərinə görə bəzi məqamları açıqlayıb. Beləliklə, yanvar-sentyabr aylarında əhali abonentləri 2 milyon 303 min 513 təşkil edib. Qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 8, yeni yaşayış massivlərinin sayı isə 23-ə bərabər olub. Hal-hazırda qazlaşdırma işləri gedən yaşayış məntəqələrinin sayı 35, yaşayış massivlərinin sayı isə 20 təşkil edir. 9 ay ərzində yeni çəkilmiş müxtəlif diametrli qaz xətlərinin uzunluğu 1105,1 km-ə bərabər olub.

2019-cu ilin müvafiq dövründən 01.10.2020-ci il tarixinə kimi 87 613 abonent artımının qeydə alınmasına baxmayaraq, keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz itkilərinin azalma fərqi 0,7% olub. Buna hər il icra edilən tədbirlər proqramı əsasında şəbəkədə aparılan yenilənmə işləri və digər islahatlarla nail olunub. Qeyd edək ki, “Yol xəritəsi”ndə “Azəriqaz” İB üçün itkilərlə bağlı hədəf 8 % müəyyənləşdirilib ki, cari ildə bu hədəfə çatılması təmin ediləcək.

Oktyabr ayının birinə olan məlumata əsasən qeydiyyatda olan 2 milyon 303 min 513 əhali abonentinin cəmi 8,27 %-i illik hər kubu 10 qəpikdən satılan 2200 kubmetrlik güzəştli limit həddini keçib. Bu da say etibarı ilə 190 498 abonent deməkdir. Yerdə qalan 2 milyon 113 min 015 abonent (ümumi əhali abonentlərinin 91,73 %) qazdan güzəştli limit daxilində istifadə edib.

Bu günlərdə Azərbaycan xalqı olaraq tarixi günlər yaşayırıq. Düz 27 il bundan əvvəl yaşadığımız ağır günlər gözümüzün önündə canlanır. Texniki cəhətdən zəif ordumuz səriştəsiz rəhbərliyin fərasətsizliyi ucbatından səfalı, cənnət torpaqlarımıızı itirdik. Neçə-neçə igidlərimiz bu dünyadan gözüaçıq köçdülər. Xalq olaraq ağır günlər keçirdik. Azərbaycan dövləti cənnət Qarabağı itirdi. Azərbaycan torpaqlarının tən ortasında dilbər guşəmiz Qarabağda düşmən məskən saldı. Düz ürəyimizin başını dağladı düşmən. O gün bu gün düz 27 ildir hər an qanayan yara ilə yaşayır xalqımız. Acısına dözə bilmədiyimiz Qarabağın azad olunmasını həsrətlə gözləyirik. Neçə-neçə ağsaqqalımız son nəfəsində Ağdam, Füzuli, Cəbrayıl, Şuşa deyərək gözlərini bu dünyaya yumdular. Balaca körpədən cavan igidlərimizə kimi hamımız bir an belə dilimizdən, dualarımızdan Qarabağı əksiltmədik.
İndi elə hiss edirəm sanki Allahım da duamızı eşidib qəhrəman prezidentimizi bizə yetirib. Bəli, məhz qəhrəman prezidentimiz İlham Əliyev. Çünki bu günə kimi itirdiyimiz, əlimizdən alınan heç bir parça torpağımızı belə bizə qaytaran rəhbərimiz olmamışdır. Çox şükrlər olsun sizi bizə yetirən Allahıma. Bu gün İlham Əliyev rəşadətli ordumuzla demək olar ki, çiyin-çiyin düşmənlə mübarizə aparır. Onun mükəmməl siyasəti ilə, taktikası ilə ordumuz hər gün neçə kəndimizi, torpağımızı qarış-qarış geri qaytarır. Hər azad edilmiş vətən torpağında Azan səsi eşidilir. Hər gün Azərbaycan ordusu öz xilaskar missiyasını yerinə yetirir. Bu gün azad edilmiş rayon mərkəzlərindən Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərindən olan görüntülər ürək dağlayır. Elə bil ki, o cənnət guşələri də bizsiz sanki həyata küsüb. Mənfur düşmən zorla bizdən aldığı o cənnəti qoruyub saxlaya bilməyib. Solğun, boynu bükük bir gülü, çiçəyi xatırladır o şəhərlər bizə. Amma torpaqlarımızın işğal olunma xəbərini alan Azərbaycan xalqı hər gün daha çox xoşbəxt olduğu kimi bir müddətdən sonra həmin torpaqlarımız da canlanacaq. Yenə cənnəti xatırladacaq. Çünki Azərbaycan hökümətinin işi haqq işidir. Tezliklə tam qələbə xəbərini alan kimi möhtərəm prezidentimiz necə ki çox qısa müddət ərzində işğaldan azad olunmuş Cocuqmərcanlı cənnətə döndərdisə, eləcə də Qarabağı əsl cənnət simasını özünə qaytaracaq. Azərbaycan höküməti, Azərbaycan xalqı orda elə bir gözəllik yaradacaq ki, dünyanı çıraqla gəzsəniz belə bu gözəlliyə tay tapa bilməyəcəksiniz.
Biz bir daha ölkə başçısına, Ali Baş Komandan İlham Əliyevə xalq olaraq dərin minnətdarlığımızı bildiririk. Sağ olsun ki, bu həsrəti bitirdi. Bizi cənnətimizə Qarabağımıza qovuşdurdu. Dünya durduqca ürəklərdə məskən salacaq şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları qarşısında baş əyirik.


Tarix: 22-10-2020, 11:00 Oxunub: 81


Bölməyə aid digər xəbərlər