09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı - RƏSMİ

Bakıdan cəbhəyə yollanan müəllimlərin sayı açıqlandı - RƏSMİ


Sentyabrın 27-dən başlayaraq, erməni silahlı qüvvələri öz işğalçılıq siyasətini davam etdirmək məqsədilə Azərbaycana qarşı növbəti hərbi təxribata başlayıb.
Bu təxribata cavab olaraq Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirir.

Azərbaycan xalqı yekdilliklə ordumuzun əks-hücum əməliyyatını dəstəkləyir. Belə ki, on minlərlə Azərbaycan vətəndaşı əsl vətənpərvərlik və qətiyyətli mövqe nümayiş etdirərək, könüllü şəkildə ordu sıralarına qoşulur, döyüşə getməyə hazır olduqlarını bildirir.

Məhz bunun nəticəsində Azərbaycan özünü müdafiə edir, ordumuz uğurlu əks-hücum əməliyyatı keçirir və düşmənə sarsıdıcı zərbələr endirir. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mübariz ruhla səfərbərliyə qoşulanların içində təhsil işçiləri də var:

“Belə ki, BŞTİ-nin ümumi təhsil məktəblərində çalışan müəllimlərdən 95 nəfəri (onlardan 24-ü fənn müəllimi, 71-i isə gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərdir) hərbi mükəlləfiyyətlə bağlı vəzifələri yerinə yetirmək üçün səfərbərlik xidməti orqanları tərəfindən hərbi toplanışlara cəlb edilib.

İnanırıq ki, şanlı ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan bütün torpaqlarımızı düşmən tapdağından azad edəcək və zəfər çalacaq. Azərbaycan bayrağı əzəli torpağımız olan Qarabağda dalğalanacaq. Otuz ilə yaxın doğma torpaqlarından didərgin düşən soydaşlarımız tezliklə öz yurdlarına qayıda biləcəklər. 

Allah Azərbaycan ordusunu və igid oğullarımızı qorusun!

Qarabağ Azərbaycandır!”.

Tarix: 3-10-2020, 11:26 Oxunub: 51


Bölməyə aid digər xəbərlər