09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Cəbhəboyu ərazilərdə çevik mobil əməliyyat qrupları yerləşdirildi

Cəbhəboyu ərazilərdə çevik mobil əməliyyat qrupları yerləşdirildi


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 27 sentyabr tarixindən etibarən cəbhəboyu ərazilərdə operativ və təxirəsalınmaz əməliyyat çıxışlarını həyata keçirmək məqsədilə çevik mobil əməliyyat qrupları yerləşdirib.
'Bu barədə qurumun açıqlamasında bildirilib.

Qeyd olunan qruplar eyni zamanda sakinlərə yerlərdə təhlükəsiz hərəkət qaydaları, Mina Təhlükəsinə dair maarifləndirmə və xəbərdarlıq istiqamətində fəaliyyəti həyata keçirirlər.

Son günlərdə ermənilər tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalan yaşayış məntəqələri və əkin sahələri sursatlarla çirklənmiş ərazilərdir və atəşə tutulan bu ərazilər təhlükəli ərazi hesab olunur.

Bu səbəbdən agentlik cəbhəboyu ərazilərdə yaşayan sakinləri naməlum əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyəti üzrə müraciət etməyə çağırır. 

Sakinlərə tövsiyə olunur ki, təhlükəli və ya şübhəli əşyalar barədə dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidməti-Zəng Mərkəzinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” Xidməti-Zəng Mərkəzinə, Rayon Polis Şöbələri (RPŞ), eləcə də Rayon İcra Hakimiyyəti orqanlarına məlumat versinlər.

Aparılan əməliyyat-axtarış tədbirləri barədə ictimaiyyətə davamlı olaraq məlumat veriləcək.

Tarix: 29-09-2020, 15:00 Oxunub: 104


Bölməyə aid digər xəbərlər