09:18 / 21-06-2024
Azərbaycana yay fəsli gəlib
Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir - RƏSMİ

Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir - RƏSMİ


“Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib:

“Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.

Belə ki, Ermənistan tərəfi, həmişə olduğu kimi, əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir”.

Tarix: 29-09-2020, 12:04 Oxunub: 88


Bölməyə aid digər xəbərlər