23:01 / 27-04-2026
Rövşən Ramazanov: Heydər Əliyev – Dövlətçiliyin fəlsəfəsini yaradan Ulu Öndər və Azərbaycanın tarixi yüksəliş yolunun memarı
23:28 / 19-04-2026
Emin Hüseynov: Antalya Diplomatiya Forumu – Azərbaycanın yeni diplomatik baxışlarının və sülh yönümlü siyasətinin beynəlxalq səhnəsi
23:22 / 19-04-2026
Cavid Məmmədov: Antalya Diplomatiya Forumu – Azərbaycanın regional sülh və qlobal dialoq siyasətinin beynəlxalq təqdimatı
23:19 / 19-04-2026
Universitet mühitində sosial həmrəylik və humanitar dəyərlərin qorunmasına xidmət edən fəaliyyət
23:14 / 19-04-2026
Qol Güləşi İdmanının İnkişafında İdarəçilik Məktəbi və Beynəlxalq Nüfuz Yolu
23:09 / 19-04-2026
Şəhər Nəqliyyatında Nizam, Məsuliyyət və İctimai Etimadın Nümunəsi
23:03 / 19-04-2026
Sərxan İsmayılov: Dərin tarixi köklərə malik olan Azərbaycan-Türkiyə münasibətləri unikal qardaşlıq modelidir
22:57 / 19-04-2026
Müasir Neyrocərrahiyyədə Peşəkarlığın və İnsanlıq Dəyərlərinin Təcəssümü – Dr. Afər Allahverdiyev
22:50 / 29-03-2026
Güclü Yağıntıya Baxmayaraq Qaradağda Həyat Dayanmadı – Kommunal İşçilərin Fədakar Əməyi
22:45 / 29-03-2026
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
11:28 / 17-03-2026
Elnur Hüseynov: Azərbaycan sülh və sabitliyin tərəfdarıdır
23:04 / 16-03-2026
Rafiq Zülfiqarov: Siyasi sabitlik və iqtisadi inkişaf: Azərbaycan nümunəsi mütərəqqi model kimi
23:03 / 16-03-2026
Anar Vəliyev: Geosiyasi kataklizmlər fonunda Azərbaycanın təhlükəsizlik və inkişaf modeli
22:59 / 16-03-2026
Zəngilanın Təhlükəsizliyində Qətiyyətli və Dövlətinə Sadiq Rəhbər - Bəkir Cabbarov
22:56 / 16-03-2026
Xalqın Etimadını Qazanan İdarəçilik Nümunəsi – Binəqədidə Mürsəl Eminovun Fəaliyyəti
22:53 / 16-03-2026
Göygölün Yol Təhlükəsizliyində Liderlik və Bayram Sevinci – Yol İstismar İdarəsinin Rəhbəri Sənan Nəcəfovdan Novruz və Ramazan Təbriki
22:50 / 16-03-2026
Təhsilə və cəmiyyətə xidmət edən nümunəvi rəhbər – Qazax Rayon Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev
22:48 / 16-03-2026
Sabunçuda Qanunun Aliliyi və İctimai Etimadın Simvolu – Polis Rəisi Cavid Muradovun Fəaliyyəti
22:47 / 16-03-2026
Şəhər nəqliyyatının inkişafına töhfə verən məsuliyyətli rəhbər – Faiq Seyidovun fəaliyyəti
23:54 / 13-03-2026
Hüseyn müəllim: Siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və regional sabitlik
23:45 / 13-03-2026
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının İnkişafında Vidadi Rəhimovun Fədakar İdarəçi
23:42 / 13-03-2026
Bərdə Bazarlarının İnkişafına Həyat verən Zülfi Tağıyev - Vətəndaşlara Sadiq və Dövlətçiliyi ilə Sevilən Rəhbər
23:40 / 13-03-2026
Şəkidə asayişin keşiyində duran prinsipial rəhbər – Polkovnik Elnur Həsənov
23:36 / 13-03-2026
Təhsildə Ən Yüksək Standartların Simvolu: Azad Dibirovun Balakən Peşə Məktəbində Fədakar Rəhbərliyi
22:45 / 13-03-2026
Tahir Abbasov: Azərbaycan qlobal siyasi proseslərdə fəal mövqe tutur
00:27 / 11-03-2026
Vaqif Müslümov: Azərbaycanın suverenliyinə və mülki əhalinin təhlükəsizliyinə qarşı yönəlmiş cinayət
00:22 / 11-03-2026
Cəzaçəkmə Müəssisələrinin İdarəçiliyində Mükəmməl Nümunə: Şakir Qəniyevin Dövlətçilik Missiyası
00:16 / 11-03-2026
Beyləqan Rayon Bazarının İdarəçiliyində Xəqani Əhmədovun Fədakar Liderliyi və Dövlətə Sadiqliyi
00:12 / 11-03-2026
Peşə təhsilinin inkişafına xidmət edən rəhbər: Gədəbəy Peşə Məktəbinin direktoru Əlviz Gülməmmədov
00:09 / 11-03-2026
Şəhər təsərrüfatının inkişafında məsuliyyətli idarəçilik nümunəsi – Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynov
00:05 / 11-03-2026
Təhsilin inkişafına və müəllim nüfuzunun qorunmasına həsr olunmuş həyat yolu — Niyazi Nəcəfov
00:22 / 21-02-2026
Elşad Abdullayev: Xocalı Soyqırımının Ağrısı və Qələbənin Qüruru: Doğma Torpağa Dönüşün İlk Addımları
00:20 / 21-02-2026
Sərxan İsmayilov: “Xocalı Qayıdır - 2026-cı ildə Vətənə Dönüş və Soyqırımın Unudulmaz Xatirəsi”
00:13 / 21-02-2026
Malik Mirzəyev: Xocalıya Qayıdışın Zəfər Salnaməsi – Tarixi Ədalətin Bərpası və Doğma Torpaqlara Dönüşün Böyük Qayıdışı
00:05 / 21-02-2026
Milli Sağlamlıq Xidmətində Fədakarlığa Həsr Olunmuş Neyrocərrah: Dr. Afər Allahverdiyev
00:03 / 21-02-2026
Vətən Sağlamlığının Qoruyucusu: Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Sahib Hüseynovun Fəaliyyəti
23:58 / 20-02-2026
Şəhər Nəqliyyatının İnkişafında Qətiyyətli Lider: Faiq Seyidovun Fədakar Səyahəti
Eldar Quliyev: “Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin yeni, strateji müstəviyə transferi regionumuzda sülh sahəsində əldə olunmuş nəticələri daha da möhkəmləndirir”

ƏVVƏLİ BURADA
Bugünkü buraxılışımızda Azərbaycan-ABŞ münasibətlərinin mahiyyəti, eləcə də ölkəmizin ictimai-siyasi həyatında 2026-cı ilin əvvəlindən bu günə qədər müşahidə olunan mühüm proseslər, baş vermiş önəmli hadisələr barədə aia.az-ın suallarını Milli Məclisin deputatı, Parlamentin Hesablayıcı Komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevv cavablandırır.
- Yeri gəlmişkən, Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində Prezident İlham Əliyevin France 24 telekanalına verdiyi müsahibəsində də diqqət çəkən əsas istiqamətlərdən biri məhz Azərbaycanın yeni geosiyasi tərəfdaşlıqlar və regional logistika layihələri vasitəsilə mövqeyini gücləndirməsi ilə bağlı idi. Xüsusilə ABŞ-la strateji tərəfdaşlıq və beynəlxalq nəqliyyat marşrutları ilə bağlı suallar Prezidentin gələcəyə yönəlmiş strateji baxışını nümayiş etdirdi...
- Tamamilə doğru qeyd etdiniz, həmin müsahibədə dövlət başçısı ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə formalaşan beynəlxalq nəqliyyat marşrutunun təkcə regional layihə deyil, qlobal ticarət və təhlükəsizlik sisteminin elementi kimi təqdim etdi və Azərbaycanın əsas məqsədlərindən birinin də məhz Avropa ilə Asiya arasında yeni tranzit xətti yaratmaq olduğunu diqqətə çatdırdı. Prezidentin çıxışında diqqət çəkən məqam ondan ibarət idi ki, Ermənistan ərazisindən keçəcək seqmentin uzunluğu cəmi bir neçə on kilometrlə ölçülür, lakin strateji nəticələri regionun iqtisadi xəritəsini dəyişə bilər. Bakı təhlükəsizlik məsələlərini iqtisadi və texnoloji inkişafla paralel şəkildə irəlilətməyi prioritet hesab edir. Müsahibədə ABŞ Vitse-prezidentinin regiona səfərinin əhəmiyyəti də ayrıca qeyd edildi. Cənab Prezident bu səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidi kimi qiymətləndirdi. Azərbaycanın dünyanın aparıcı gücü ilə strateji tərəfdaş statusu qazanması ölkənin beynəlxalq siyasi çəkisinin artmasının göstəricisi kimi təqdim edildi. Ümumilikdə müsahibənin xətti Prezident İlham Əliyevin xarici siyasət kursunun əsas istiqamətini açıq göstərir. Bu da ondan ibarətdir ki, Azərbaycan regional layihələrin iştirakçısı deyil, təşəbbüskarı olmağa çalışır. Lakin cənab Prezidentin müsahibəsi təkcə sülh gündəliyi ilə məhdudlaşmadı. Dövlət başçısının cavablarında suverenlik və ədalət məsələlərində də kompromissiz mövqe ortaya qoyuldu.
- Eldar müəllim, çox istərdim ki, bax elə bu son fikrinizi bir qədər geniş formada davam etdirəsiniz...
- Əlbəttə. Məsələn, Qarabağda qanunsuz separatçı rejimin rəhbərlərinə çıxarılmış məhkəmə hökmləri ilə bağlı sual Azərbaycan Prezidentinin dövlətçilik prinsiplərinə necə yanaşdığını nümayiş etdirdi. Dövlət başçısı açıq bildirdi ki, həmin şəxslər Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində ağır cinayətlər törətmiş, müharibə cinayətlərinin təşkilatçıları olmuş və məhkəmə qarşısında cavab veriblər. Onların vəkillə təmin olunması, prosesin şəffaf keçirilməsi və sübutların təqdim edilməsi vurğulanmaqla hüquqi prosedurun legitimliyi ön plana çəkildi. Əfv ehtimalına dair sual qarşısında isə cənab Prezident yenə də prinsipial mövqe sərgilədi və məsələni tarixi ədalət kontekstində qiymətləndirdi. Bu yanaşma göstərdi ki, Azərbaycan üçün “yeni səhifə” anlayışı cəzasızlıq üzərində qurula bilməz.
- Zənnimcə müsahibənin Fransa ilə münasibətlərə dair hissəsi də kifayət qədər maraq doğurmuşdu...
- Yenə də sizin fikrinizlə razıyam. Cənab Prezident xatırlatdı ki, müharibədən əvvəl Parislə münasibətlər yüksək səviyyədə olub, lakin İkinci Qarabağ müharibəsi zamanı məhz Fransanın tutduğu mövqe iki ölkə arasında gərginliyə səbəb olub. Macronun Fransaya rəhbərliyi dövründə yaranmış fikir ayrılıqlarına baxmayaraq, Azərbaycan tərəfinin gərginliyin təşəbbüskarı olmadığı xüsusi vurğulandı. Prezident İlham Əliyevin əsas mesajı aydındır: iki suveren dövlət qarşılıqlı hörmət prinsipi əsasında münasibətlərini tənzimləməlidir. Tamamilə haqlı olaraq, Fransanın ərazi bütövlüyü prinsipini digər regionlarda müdafiə etdiyi halda, Azərbaycan məsələsində fərqli mövqe tutması ziddiyyət kimi təqdim olundu. Eyni zamanda, cənab Prezident Kopenhagen görüşünün müsbət atmosferdə keçdiyini və münasibətlərin normallaşması üçün siyasi iradənin mövcud olduğunu bildirdi. Beləliklə, müsahibənin bu xətti Prezident İlham Əliyevin dövlət suverenliyi, hüquqi məsuliyyət və qarşılıqlı hörmət prinsiplərini prioritet hesab etdiyini nümayiş etdirir.
- Eldar müəllim, əlbəttə ki, ölkəmizin dinamik inkişaf edən xarici əlaqələrindən danışarkən Azərbaycanın müsəlman ölkələri və Türk dövlətləri ilə münasibətlərini hər zaman xüsusi diqqət mərkəzində saxladığını qeyd etmək lazımdır. Təsadüfi deyil ki, yanvarın 5-də cənab Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə toxunduğu mühüm məqamlardan biri də ölkəmizin Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu üzv seçilməsi ilə bağlı oldu. Bu hadisəni necə şərh edə bilərsiz?
- Hesab edirəm ki, bu qərarın qəbul edilməsini şərtləndirən mühüm amillərdən biri Azərbaycanın coğrafi baxımdan Cənubi Qafqazda yerləşməsinə baxmayaraq, Mərkəzi Asiya ölkələri ilə dərin tarixi, mədəni və strateji bağlara malik olmasıdır. Son illər həyata keçirilən enerji, nəqliyyat və kommunikasiya layihələri Azərbaycanı regionlararası əməkdaşlığın əsas aparıcı qüvvələrindən birinə çevirib. Xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzərin dibi ilə enerji və fiber-optik kabellərin çəkilməsi ilə bağlı razılaşmalar regional inteqrasiyanın yeni mərhələyə keçdiyini göstərir. Bu layihələr yalnız iqtisadi deyil, həm də geosiyasi baxımdan bölgənin gələcək inkişaf trayektoriyasını dəyişən amillərdir. Mərkəzi Asiya ölkələrinin yekdil qərarla Azərbaycanı bu platformaya qəbul etməsi dövlətimizin artan çəkisinin, qarşılıqlı etimadın və cənab Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Türk Dövlətləri Təşkilatı çərçivəsində birgə hərbi təlimlərin keçirilməsi təşəbbüsü isə həm rəmzi, həm də praktik baxımdan böyük əhəmiyyət daşıyır. Bu təklif türk dövlətləri arasında strateji həmrəyliyin, qarşılıqlı etimadın və ortaq təhlükəsizlik anlayışının gücləndirilməsinə xidmət edir. Azərbaycan artıq ikitərəfli formatda bir çox ölkələrlə, xüsusilə Türkiyə ilə uğurlu hərbi əməkdaşlıq modeli qurub. Birgə təlimlərin çoxtərəfli müstəviyə daşınması isə regional sabitliyin möhkəmlənməsi baxımından mühüm addım kimi qiymətləndirilməlidir. Bütün bunlar göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız regional deyil, daha geniş coğrafiyada təhlükəsizlik və əməkdaşlıq gündəliyini formalaşdıran fəal aktora çevrilib.
- İcazənizlə mən diqqətinizi Prezident İlham Əliyevin daha bir müsahibəsinə yönəltmək istərdim. Necə bilirsiz, dövlət başçısının 2026-cı il 20 yanvar tarixində Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqeyi, regional sülhə verdiyi töhfəni və müstəqil siyasi xəttinin mahiyyətini daha dolğun şəkildə əks etdirmədimi?
- Mən həmin müsahibəni yaxşı xatırlayıram. Dövlət başçısının açıqlamaları bir daha göstərdi ki, Azərbaycan dəyişən qlobal reallıqları düzgün qiymətləndirən və bu reallıqlar fonunda milli maraqlarını qətiyyətlə müdafiə edən ölkədir. Prezident İlham Əliyevin vurğuladığı vacib məqamlardan biri məhz beynəlxalq münasibətlərin yeni mərhələyə qədəm qoyması ilə bağlı idi. Cənab Prezident açıq şəkildə bildirdi ki, bu gün dünyada klassik hüquqi mexanizmlərin yerini getdikcə daha çox “güc qaydası” tutmaqdadır. Lakin bu mürəkkəb şəraitdə belə, Azərbaycanın atdığı bütün siyasi, hərbi və diplomatik addımlar beynəlxalq hüquqa və ümumi dəyərlərə tam uyğun olub. Suverenliyin və ərazi bütövlüyünün bərpası da məhz bu prinsipial yanaşmanın nəticəsi kimi dəyərləndirilir. Məhz bu yanaşma da Azərbaycanın haqlı mövqeyinin beynəlxalq müstəvidə qəbul olunmasının əsas səbəblərindən biridir. Müsahibədə Cənab Prezidentin Avropa Parlamenti ilə bağlı səsləndirdiyi fikirlər isə Azərbaycanın müstəqil siyasətə sadiqliyini bir daha açıq şəkildə ortaya qoyur. Qərəzli yanaşmalara artıq reaksiya verilməməsi rəsmi Bakının emosional deyil, praqmatik və özünəinamlı siyasət yürütdüyünü göstərir. Dövlət başçısının qeyd etdiyi kimi, bu tənqidlərin arxasında Azərbaycanın müstəqil qərarlarını qəbul edə bilməyən müəyyən lobbi qruplarının maraqları dayanır. Azərbaycan isə öz yolunu, milli maraqlara əsaslanan strateji xəttini dəyişmədən davam etdirir.
- Eldar müəllim son olaraq mart ayının 3-də Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü toplantısında müzakirə olunan məsələlərin və əldə edilmiş nəticələrin əhəmiyyəti barədə fikirlərinizi öyrənmək istərdim.
- Bu mötəbər beynəlxalq tədbir ilk növbədə bir daha göstərdi ki, enerji təhlükəsizliyi artıq təkcə iqtisadi məsələ deyil, geosiyasi sabitliyin əsas sütunlarından biridir. Son onilliyin təcrübəsi sübut edib ki, məhz dialoq, koordinasiya və davamlı məsləhətləşmələr sayəsində ən mürəkkəb sınaqlar belə fürsətə çevrilə bilər. Prezident İlham Əliyevin vurğuladığı kimi, tərəfdaşların müntəzəm şəkildə bir araya gələrək görülən işləri təhlil etmələri və növbəti mərhələləri planlaşdırmaları bu təşəbbüsün dayanıqlığını təmin edən əsas amildir. Son 12 ildə regionun müxtəlif siyasi və iqtisadi çətinliklərlə üzləşdiyi inkarolunmaz faktdır. Lakin Azərbaycan hətta belə bir şəraitdə də öz tərəfdaşları ilə birlikdə enerji təchizatında sabitliyi qorumağa nail ola biliblər. Və bu, çox böyük uğurdur. Bu gün bir sıra ölkələrin enerji təhlükəsizliyinin real təminatında Bakının rolu artıq mübahisə mövzusu deyil, gündəlik həyatın hiss olunan reallığıdır. Hər illik görüşdə “irəliləyiş” anlayışının əsas xətt kimi səslənməsi də təsadüfi deyil – çünki hər mərhələ konkret nəticələrlə müşayiət olunur. Avropa bazarında mövcudluğun genişləndirilməsi strategiyası da bu ardıcıl siyasətin tərkib hissəsidir. Almaniya və Avstriyaya qaz ixracının başlanması ilə Avropa İttifaqında Azərbaycan qazını alan ölkələrin sayı 10-a çatıb. Bu, təkcə coğrafiyanın genişlənməsi deyil, həm də etimadın artması deməkdir. Qlobal güc mərkəzləri ilə koordinasiya olunmuş siyasət Azərbaycanın enerji gündəliyini regional çərçivədən çıxararaq daha geniş miqyasda təsirli edir.
- Eldar müəllim, hər zaman olduğu kimi, səmimi və ətraflı müsahibənizə görə Sizə həm oxucularımız adından, həm də bütün redaksiya heyətimiz adından səmimi minnətdarlığımızı bildirirəm. Sağ olun, sağlıqla qalın.
- Mən də sizə dolğun və məzmunlu suallarınıza görə təşəkkür edirəm. Sağ olun.
Söhbətləşdi: Azər Məmmədov
Bölməyə aid digər xəbərlər

Tarix: 12-03-2026, 09:25 Oxunub: 32
Bölməyə aid digər xəbərlər
18-09-2020, 09:56
Prezidentin köməkçisi QHT sədrləri ilə görüşüb — FOTO