10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Bu təhsil işçilərinə əlavə ödəniş olunacaq - EKSKLÜZİV

Bu təhsil işçilərinə əlavə ödəniş olunacaq - EKSKLÜZİV


Təhsil müəssisəsində günüuzadılmış qrup formalaşdığı təqdirdə qrupda tədris aparacaq şəxslərə ödəniş olunacaq.
Bu barədə Təhsil Nazirliyindən "Ölkə.az"ın sorğusuna cavab olaraq bildirilib.

"Ölkə.az"a verilən açıqlamada qeyd edilib ki, təhsil müəssisəsində günüuzadılmış qrup formalaşdığı təqdirdə hər günüuzadılmış qrupa 1 vahid tərbiyəçi vəzifəsi müəyyən edilir və ona müvafiq əməkhaqqı ödənilir.

Xatırladaq ki, ötən gün Azərbaycanda “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası” təsdiqlənib.

Qərara əsasən, qrup məktəbin tədris - maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunacaq. Şagirdin qrupa qəbulu və qrupdan xaric edilməsi valideynin (digər qanuni nümayəndənin) ərizəsi əsasında direktorun əmri ilə həyata keçiriləcək.

Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul ediləcək və hər qrupda şagird sayı 20-25 nəfərdən ibarət komplektləşdiriləcək. Qrup ödənişsiz əsaslarla fəaliyyət göstərəcək. 

Onu da qeyd edək ki, ödənişsiz qruplarda tədris aparacaq tərbiyəçilərə hər hansı ödənişin olunub-olunmaması açıqlanmamışdı.

Tarix: 19-05-2021, 15:02 Oxunub: 179


Bölməyə aid digər xəbərlər