10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Musa Yaqubla vida mərasimi keçirilir - FOTOLAR

Musa Yaqubla vida mərasimi keçirilir - FOTOLAR


Azərbaycanın Xalq şairi Musa Yaqubla vida mərasimi keçirilir.

Mərasim mərhumun yaşadığı İsmayıllı rayonunun Buynuz kəndində - evində təşkil edilib.

Vida mərasimində mərhumun ailə üzvləri, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, deputatlar Novruzəli Aslanov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Xalq şairi saat 12:00-da vəsiyyətinə uyğun olunaraq Buynuz kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılacaq.

Qeyd edək ki, M.Yaqub mayın 7-də uzun sürən xəstəlikdən sonra 84 yaşında dünyasını dəyişib.


Tarix: 8-05-2021, 12:30 Oxunub: 74


Bölməyə aid digər xəbərlər