10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
XEYİRXAHLIQ ADLI ƏNƏNƏNİ DAVAM ETDİRƏN HƏR KƏS TANRI YANINDA BÖYÜK SƏLTƏNƏT QAZANIR

Azərbaycan Respublikası-millətinin fədaisi olan,onun tərəqqisi,firavanlığı naminə qeyrət göstərən soydaşlarımızdan xali deyil.Hələ ötən əsrdən iki örnək yada salaq:Hacı Zeynalabdin Tağıyevin,Murtuza Muxtarovun xeyirxahlığı bu gün də dillər əzbəridir.Birini də xatırlatmaq yerinə düşər:XX əsrin əvvəllərində həkim işləmiş,sonra Gəncənin qubernatoru olmuş Xudadat bəy Ələkbər oğlu Rəfibəyov xəstəxanadakı işlərindən sonra evlərə–kasıb xəstələrə baş çəkərkən yazdığı reseptin altına pul da qoyarmış.Mən hər zaman ruhən,mənən çox güclü olan belə insanlara rəhmət oxuyuram,amma çox təəssüf hissi ilə qeyd edirəm ki,bu gün hələ də insanların,cəmiyyətin,dünyanın,bəşəriyyətin mərhəmət və şəfqətə ehtiyacı var.Dünyamıza hər cür siyasi oyunlardan,hakimiyyət davasından,torpaq,ərazi iddialarından çox mərhəmət lazımdır,özü də hava,su kimi.Nə yaxşı hələ də narahat dünyamızda belə insanlar az da olsa var!Yer üzü onların çiyinlərində saxlayır müvazinətini!Tanrı həmin insanların üzünə bağışlayır çox şeyi. Sağlığında bu yüksək mərtəbəyə qalxanlar qəhrəmanlardır.Qəhrəmanlıq təkcə meydanlarda qılınc çalmaq deyil!Qəhrəmanlıq böyük ürəyi, xeyirxah əməlləri  ilə insanların qəlbini fəth etməkdədir.Qəhrəmanlıq insanların beyninə,düşüncəsinə mərhəmət toxumu səpərək onların qəlbində əbədiyyətə çevrilməkdir.Bəli,budur qəhrəmanlıq!Xeyirxahlıq dədə-babalardan qalma bir ənənədir.Bu gün bu ənənəni davam etdirən hər bir kəs özləri üçün Tanrı yanında böyük səltənət qazanırlar.
Dəyərli oxucular!
Sizə haqqında bəhs edəcəyim insan Xızı rayon suvarma sistemləri idarəsinin rəisi Hacı Fərrux Məhəmməd oğlu Haqverdiyev zəmanəmizin əsil qəhrəmanlarındandır.
Hacı Fərrux Haqverdiyev üçün ən böyük vəzifə insanların rahat, firavan yaşayışı, əmin-amanlığıdır.Onun üçün insan amili hər şeydən öndədir.O,təkcə rəhbər deyil,eyni zamanda rəhbərlik etdiyi kollektivin mənəvi atasıdır. O,Böyük Allahın yaratdıqlarına hörmətlə yanaşır. Bu cür görən,bu cür düşünən insandan pislik gözlənilməz.Yazımın əsas qəhrəmanı Hacı Fərrux Haqverdiyev əsil Allah adamıdır.Həqiqətən insanlığın ali zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Atalar demiş,xoşbəxt o insandır ki,Allah dünyasından yox, axirətindən pay ayırır. Hacı Fərrux Məhəmməd oğlu Haqverdiyev bu cür xüsusiyyətlərə malik bir insandır desəm,yanılmaram.Bəli,həqiqətən də alicənab,əsil vətənpərvər insandır Hacı Fərrux müəllim.O,insanlara həm mənəvi,həm də maddi dayaqdır.Onun saysız hesabsız xeyirxahlıqları insanlar tərəfindən minnətdarlıq hissi ilə qarşılanır.Həyatda da məhz belə insanlar ucalır.İnsanlara dayaq olmaq Tanrı buyruğudur.Hacı Fərrux Haqverdiyev Tanrı səltənətinə ucalmış bir insan olmaqla,həm də doğulub boya-başa çatdığı el-oba üçün əziz,dəyərlidir.Haqqında bəhs etdiyim insanı tanıyanlar onun haqqında deyirlər:ağıllıdır,təvazökardır,sadə və təmkinlidir,əsil Allah adamıdır,sözü ilə əməli bir olan insandır.Eyni zamanda xeyirxahdır Xızı rayon suvarma sistemləri idarəsinin rəisi Hacı Fərrux Məhəmməd oğlu Haqverdiyev inki rəhbərlik etdiyi işçi kollektivinə,eyni zamanda ona müraciət edən hər kəsə,o cümlədən şəhid ailələrinə,qazilərə,bacardığı köməyi edir,onlardan heç bir dəstəyini əsirgəmir.Mən də son olaraq xeyirxah əməl sahibi olan, bu insani keyfiyyətləri ilə bir çox həmkarlarından fərqlənən bu dəyərli insana,Hacı Fərrux Haqverdiyevə Uca Tanrıdan cansağlığı,uzun ömür,ailə səadəti diləyir,möhtərəm prezidentimiz İlham Əiliyev cənablarının rəhbərliyi altında göstərdiyi fəaliyyətində uğurlar arzulayıram


Tarix: 9-02-2023, 13:07 Oxunub: 104


Bölməyə aid digər xəbərlər