10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
XEYİRXAH VƏ MƏRHƏMƏTLİ İNSANLAR UNUDULMUR

Bilmirəm, nədənsə, həmişə  Müqəddəs kitabdan müdrik kəlamları oxuyanda mütləq gözlərim önünə yaxşı və pis əməl sahibləri gəlir. Və həmin kəlamları tanıdığım o cür insanlara şamil edirəm. Ancaq nə yaxşı ki, yaxşı əməl sahibləri daha çox yadıma düşür.Məhəmməd Peyğəmbərin bir kəlamında deyilir:Dünyəvi həyat əkin kimidir, onun məhsulu o dünyada yeyilir. Bu o deməkdir ki, bu dünyada yaxşılıq edin ki, o dünyada yaxşılıq biçəsiniz. Hər bir yaxşı əməl ehsandır.
Səxavətli insan Allaha, xalqa, behiştə yaxın, cəhənnəmdən uzaqdır. 
Paxıl və xəbis insan isə Allahdan, xalqdan, behiştdən uzaq, cəhənnəmə yaxındır. Allah öz bəndələrini sevir və insanlara yaxşılıq edən hər kəs Allah yanında əzizdir.Bu müdrik kəlamları elə-belə xatırlamadım. Yazımın konkret ünvanı var. İnsanlara daim yaxşılıq edən bir insan haqqında danışmaq istəyirəm.O insandan ki, amalı, məqsədi, əqidəsi ancaq yaxşılıq etməkdi, dara düşən, çətinliyə düçar olan insanların dadına çatır, heç kəsi naümid qaytarmır. Bu sözü, əməli, fikri xeyirlə yoğrulmuş insan,hər kəsin yaxşı tanıdığı xeyirxah insan,qəhrəmanlar diyarı Tovuz torpağının yetirməsi Əvəz İlyas oğlu Qocayevdir. Gəlin ilk öncə 63 illik şərəfli ömür yaşayan Əvəz Qocayevin yaşadığı ömür yoluna nəzər salaq.Qocayev Əvəz Ilyas oğlu 12 iyun 1959-cu ildə Tovuz rayonunun Əyyublu kəndində anadan olmuşdur. 1985-cı ildə Azərbaycan Mühəndis Inşaat İnstitutu Sənaye və mülki tikinti fakültəsinin inşaat mühəndisi ixtisasına yiyələnmişdir.1977-1979-ci illərdə Ordu sıralarında xidmət etmişdir.Əmək fəaliyyətinə 1980-ci ildə Bakı şəhəri, Binəqədi rayonunun 80 saylı Mənzil İstismar İdarəsində texnik-nəzarətçi kimi başlamışdır.1982-1986-cı illərdə Bakı şəhəri, Binəqədi rayonunun 83 saylı Mənzil İstismar İdarəsində mühəndis;1986-1993-cü illərdə Bakı şəhəri, Binəqədi rayonunun 102 saylı Mənzil İstismar İdarəsində rəis;1993- cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib;1993-1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Tikinti və abadlıq işləri üzrə müavin;2000-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Mənzil şöbəsində aparıcı mühəndis-müfəttiş;2001-2002-ci illərdə “Azəravtonəqliyyat” Dövlət Konserninin Mənzil Təsərrüfat İdarəsində rəis;2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində kompyüter bölməsində rəis;
2003-2008-ci illərdə “Yolnəqliyyatservis” Departamentinin İstehsalat şöbəsində rəis müavini, Reklam şöbəsində rəis, “Yolreklamservis” MMC-də rəis;2008-2015-ci illərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin “Avtomobil Yollarının İstismarı və reklam” MMC-də rəis vəzifələrində işləmişdir.2015- 2017-ci illərdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra edib.
10 mart 2017- ci il tarixindən 21 dekabr 2017 - ci il tarixinədək "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsində çalışıb.21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışır.
2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2015-ci ildən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin YAP İlk Partiya Təşkilatının sədridir.Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı adı verilmişdir.Cənab Prezident İlham Əliyevin 15 noyabr 2018 ci il sərəncamı ilə Əməkdar mühəndis Fəxri adı verilmişdir.O,vətəninə, xalqına, torpağına bağlı bir insan, ürəyi insanların sevinci-kədəri ilə döyünən əsil Azərbaycanlıdır. 
Hər zaman sadəliyi, xeyirxahlığı ilə seçilən Əvəz Qocayevin sözünün əvvəli-axırı insandır.İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. Bütün insanlar yaxşı əməl sahibi, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, ana-bacıların gözü yaşlı qalmazdı!-deyir Əvəz müəllim.
Yaxşı insan və xeyirxah əməl ölməzdir. Nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, gələcək nəsillərə bir örnək kimi nümunə göstərilir.Əvəz Qocayev hər zaman ona müraciət edən hər kəsin sözünü səbrlə dinləyir, hər birinə əlindən gələn köməkliyi göstərir, heç bir zaman ona pənah gətirən insanları naümid qaytarmır.Sadəlik insanın gözəlliyi, təvazökarlıq isə təbiəti, xarakteridir. Hər iki xüsusiyyət yazımın qəhrəmanı olan Əvəz müəllimdə var. Heç nəyə biganə yanaşmır, hər zaman şəhid ailələrinə, qazilərə, aztəminatlı insanlara xüsusi qayğı göstərir, heç kəsdən bacardığı köməkliyi əsirgəmir.Danılmaz həqiqətdir ki,Əvəz müəllim Vətən müharibəsində də öz xeyirxah əməlindən qalmamış,əsgərlərimizə,ordumuza həm maddi,həm mənəvi dəstəyini əsirgəməmişsir.Bəli, fəaliyyət göstərdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini olan Əvəz müəllim nəinki kollektivə,onu tanıyan hər kəsə,hörmətlə yanaşır, hər kəslə səmimi rəftar edir.Əvəz Oocayev sözünün qədir-qiymətini bilən insandı. Onun sözü ilə əməli həmişə üst-üstə düşür. İllər keçib, zaman dəyişsə də Əvəz müəllim dəyişməz qalır.Onun ən yaxşı xüsusiyyətlərindən biri də jurnalistlərin ürəyini fəth edə bilməsidir. Heç zaman jurnalistlərdən qaçmaz, onların istənilən məsələ ilə bağlı suallarını cavablandırmağa çalışır. Ən əsas xüsusiyyəti isə dəqiqliyi, qərəzsizliyi, obyektivliyi çox sevir və bütün qələm sahiblərinə bunu tövsiyyə edir. Ağa ağ, qaraya qara demək lazımdır, yalan məlumatlar cəmiyyətə, insanlara və gələcək nəsillərə zərər gətirər deyə tövsiyyə edir.Mənim belə bir insan haqqında yazmaq istəməyimin əsas səbəbi də məhz Əvəz müəllimin dəyişməz xarakterli olması, hər kəsə eyni gözlə baxması, etdiyi hər hansı bir iş olur-olsun heç bir təmənna gözləməməsi, heç kəsdən əlindən gələn köməyini əsirgəməməsidir.Mən bir yazar olaraq redaksiyamızın bütün yaradıcı heyəti adından bu dəyərli insanı,şərəfli peşə sahibini, öz işinin mənəvi yükünü təmiz, vicdanla daşıyan və sözün həqiqi mənasında bu ada layiq olan Əvəz İlyas oğlu Qocayevi və bütün ailə üzvlərini Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirdiyi şərəfli və çətin işində uğurlar arzulayır, hər birinə həyatda və fəaliyyətində səbr diləyirəm.Bir daha yeni iliniz mübarək Əvəz müəllim!


Tarix: 29-12-2022, 15:46 Oxunub: 198


Bölməyə aid digər xəbərlər