10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Həkimlər Sağlamlığımızın Rəmzidir

 

“Tibb işçiləri mənim  dostumdur”. Bu sözlər Ümummilli  liderimiz   Heydər  Əliyev cənablarına  məxsusdur.O, həqiqətən  respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə səhiyyənin  inkişafına və bu sahədə çalışan insanların sosial rifahının yüksəlməsinə xüsusi diqqət və qayğı ilə  yanaşmışdır.İndi biz bu dəstəyi onun həyatda və siyasi arenada layiqli  davamçısı, hörmətli  prezidentimiz cənab İlham Əliyevdən hiss edirik.

Ümumiyyətlə, Ulu öndərimizin rəhbərliyi illərində olduğu kimi, bu gün də ölkəmizdə fəaliyyət  göstərən bütün sahələrin inkişafına dövlət özü nəzarət  edir, problemləri dərhal aradan qaldırır. Hörmətli prezidentimiz İlham Əliyev cənablarının fəaliyyəti  respublikamızın hər yerində olduğu  kimi Ağsu rayonunda da yüksək qiymətləndirilir.

Respublikamızın bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş genişmiqyaslı, tərəqqiyönümlü islahatlar onun yeganə davamçısı, möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir.

 Ağsu Mərkəzi Rayon Xəstəxanasının bütün işçi kollektivi respublikamızda aparılan   islahatlara  qoşularaq  əhaliyə   göstərilən tibbi xidmət işini   daha da gücləndirmək əzmindədir.

 Onu da qeyd etmək istəyirəm ki, Ağsu  Mərkəzi   Rayon Xəstəxanasının baş həkimi Hüseynov Əli Abbas oğlu və bütün tibb personalı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda apardığı  inkişaf xəttini dəstəkləyir və bunu daha da səylə çalışmaqla sübut edəcəklərinə söz verirlər.

Biz  də   öz  növbəmizdə Ağsu  Mərkəzi   Rayon Xəstəxanasının baş həkimi Əli Abbas oğlu Hüseynov başda olmaqla bütün tibb personalını Qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günü və Yeni il münasibətilə təbrik edir, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar arzulayır, hər birinə həyatda və çətin və məsuliyyət tələb edən peşələrində səbr diləyirəm. 

 Şəfalı əlləriniz var olsun, dəyərli həkimlər.

 

 


Tarix: 16-12-2022, 08:00 Oxunub: 95


Bölməyə aid digər xəbərlər