10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Saleh Məmmədov: Yollarımız arzularınıza körpü olsun…


Qaradağ rayonunda təmirə ehtiyacı olan 16 km yol yenidən qurulur


Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində 2020-ci ilin investisiya proqramına uyğun olaraq Qaradağ rayonu Qobustan, Lökbatan, Qızıldaş, Müşfiqabad, Ümid və Sanqaçal qəsəbələri üzrə təmirə ehtiyacı olan daha 16 km uzunluğa malik küçə və yollarda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
 
Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə deformasiyaya uğramış yararsız qrunt qazılıb çıxarılır, əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, küçələr profilə salınır, zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir, küçələr boyu mövcud piyada səkiləri bərpa olunur, zəruri yerlərdə yeniləri inşa edilir, kənarlarına yeni səki daşları düzülür və bunun ardınca asfaltlanma işləri aparılmaqla yeni infrastruktur yaradılır.
 
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi investisiya proqramına uyğun olaraq ayrılmış vəsait hesabına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır.
 
Proqrama uyğun olaraq ayrılmış vəsait hesabına, sözügedən rayonun Qobustan qəsəbəsində 5600 metr uzunluğa malik Torağay, N.Şərifov, S.Nəcəfov, N.Niftaliyev küçələrinin, həmçinin 1-ci massiv yolunun və Salyan yolu bina 5, 30, 30a yollarının, Lökbatan qəsəbəsində ümumi uzunluğu 3150 metr olan Xəqani, H.Aslanov və Məşədi Əzizbəyov küçələri ilə 2-ci massiv yolunun, Qızıldaş qəsəbəsində 1200 metrlik qəbirstanlığa gedən yolun, Müşfiqabad qəsəbəsində 1500 metrlik 2-ci massiv küçəsinin, Ümid qəsəbəsində 2500 metr uzunluğa malik Mərkəzi küçənin və Sanqaçal qəsəbəsində isə 1-ci massivə gedən 1800 metrlik köməkçi yolun yenidənqurması işlərinin aparılması nəzərdə tutulurdu ki, artıq bu istiqamətdə işlərin bir hissəsi yerinə yetirilib.
 
Belə ki, sözügedən layihə çərçivəsində Qobustan qəsəbəsində N.Niftaliyev küçəsi və Salyan yolu bina 5, 30, 30a yolları, Ümid qəsəbəsində Mərkəzi küçə təmir olunaraq vətəndaşların istifadəsinə verilib.
 
Hazırda sözügedən rayon üzrə anoloji təmir-bərpa işləri Qızıldaş qəsəbəsində qəbirstanlığa gedən yolda və Sanqaçal qəsəbəsində 1-ci massivə gedən köməkçi yolda davam etdirilir. Artıq bu yolların bir hissəsində də işlər yekunlaşdırılıb.
Aparılan yenidənqurma işlərinin yekunlaşması ardıcıllığına uyğun olaraq, cari ilin investisiya proqramında adı çəkilən qəsəbələrin əsaslı təmiri nəzərdə tutulan digər küçə və yollarında da yenidənqurma işlərinin aparılması nəzərdə tutulub.
 
Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq cari ilin investisiya proqramı çərçivəsində ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə sərəncam və investisiya proqramı ilə ayrılacaq vəsaitə uyğun olaraq Qaradağ rayonu üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da yenidənqurma işlərinin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2019-cu ildə Qaradağ rayonunda ümumi uzunluğu 11 km-ə yaxın 10 küçə və yola asfalt-beton örtüyü döşənib.











Fəsillərdən, şəraitdən asılı olmayaraq sizə xidmət etmək təkcə borcumuz yox, həm də qürur duyduğumuz işimizdir…
Sevgi ilə çəkilən yollarımızın sizi yalnız irəli aparması, arzularınıza körpü olması diləyi ilə…



Azərbaycan Avtomobl Yolları Agentliyinin sədri Saleh Məmmədov – Xəyanətkarlara qarşı hüquq mühafizə orqanlarının tədbirlər görməsi qaçılmazdır“Biz korrupsiya hallarına qarşı amansız mübarizə aparacağıq”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Dövlət başçısı son çıxışlarında bu istiqamətdə bir-birinin ardınca eyni səpkili çox ciddi bəyanatlar vermiş və korrupsiyaya bulaşmış məmurları bu əməllərindən çəkinməyə çağırmışdır. Ölkədə korrupsiyaya bulaşmış məmurların həbs olunması da bu istiqamətdə barışmaz və bağışlanılmaz siyasətin həyata keçirildiyini və siyasi iradənin göstərildiyini nümayiş etdirir.
Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. Əgər ortada xəyanət varsa, deməli, o heç bir halda cəzasız qala bilməz. Dövlətin xəyanətə və ya xəyanətlərə qarşı sərt cəza maşınını işə salması xalq tərəfindən də müsbət qarşılanır. İnsanların sosial şəbəkələrdə bununla bağlı yazdıqları fikirlərə nəzər yetirdikdə, bir daha aydın olur ki, ictimaiyyət nümayəndələri ayrı-ayrı məmurların korrupsiya əməllərinə görə cazalanmasını və hətta həbs olunmasını müsbət qarşılayır.
“Xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur”- deyən cənab Prezident İlham Əliyev diqqəti əhalinin münasibətinə çəkmişdir. Dövlət başçısı “mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir” deyərək dövlətə xəyanət edənlərə qarşı mübarizənin bundan sonra da davam etdirilməsinin vacibliyinə işarə vermişdir.
Lakin görünən odur ki, bəzi şəxslər həyata keçirilən tədbirlərin əhəmiyyətini tam olaraq dərk etməyiblər. Ölkəmizdə karona virus pandemiyasına qarşı aparılan genişmiqyaslı tədbirlər zamanı dövlətə dəstək vermək əvəzinə öz mənafelərini üstün tutublar. Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər ediblər. Ölkə Prezidenti tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Ona görə də onlara qarşı hüquq mühafizə orqanlarının tədbirlər görməsi qaçılmazdır.
Son zamanlar ölkənin hüquq-mühafizə orqanlarında həyata keçirilən kadr islahatları da korrupsiyaya bulaşmış məmurların ədalət qarşısında cavab verilməsinə hesablanıb desək, yəqin ki, yanılmarıq. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi respublikada korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürü hesab etmək olar. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Sözsüz ki, bu tədbirlərin sonunda həm məmurlar, həm də hökümət yeni və daha demokratik idarə-üsul sistemini müşahidə edəcək. Son nəticədə qazanan xalq-dövlət birliyi olacaq.


Tarix: 17-08-2020, 11:07 Oxunub: 178


Bölməyə aid digər xəbərlər