10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar



Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün yenilik

Azərbaycan Dövlət  Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) “İdman menecmenti və kommunikasiya”, “Məşqçilik”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində daha bir yenilik edib.
Belə ki, qısa müddət ərzində İdman Akademiyasının nəzdində fəaliyyət göstərən Multimedia mərkəzində (Tədris studiyası) tədris olunan fənlər üzrə video dərslər hazırlanaraq tələbələrin istifadəsinə verilib. Bütün kafedralar üzrə professor-müəllim heyəti tərəfindən keçirilən dərslərdə toxunulan əsas mövzular üzrə mühazirələr slayd şəklində təqdim olunub. Artıq 70-dən çox videodərs hazırlanaraq Akademiyanın rəsmi Youtube kanalına hissə-hissə yüklənilir. Bununla da, mövcud karantin şərtləri ilə əlaqədar olaraq, tələbələr onlayn dərslərdə iştirak edərək yeni biliklərə yiyələnə bilirlər.
Qeyd edək ki, bu resurslardan Akademiyanın tələbələri ilə yanaşı, idman ixtisasını seçən, idman sahəsində biliklərini artırmaq istəyənlər də rahatlıqla istifadə edə bilələr.
 
Video dərslərdə yer alan fənlərin siyahısını ixtisarla təqdim edirik:
Futbol, boksun nəzəriyyəsi və metodikası, gimnastikanın nəzəriyyəsi və tədrisi metodikası, şahmat, voleybol, basketbol, cüdo, həndbol, atletika, sambo, beynəlxalq idman menecmenti, hərbi işin əsasları, hərbi vətənpərvərlik tərbiyəsi, Azərbaycan tarixi, normal fiziologiya, idman fiziologiyası, idman farmakologiyası, sosiologiya, pedaqogika, biomexanika, ali riyaziyyat, müalicə bədən tərbiyəsi və masaj, fiziki tərbiyənin nəzəriyyəsi  metodikası, ümumi və idman psixologiyası, anatomiya, informatika və təhsildə İKT, idmanda reabilitasiya, fiziki tərbiyənin tədrisi və metodikası, ümumi iqtisadiyyat, peşəkar xarici dil, mütəhərrik oyunlar və s.



Sizin bizim məzun, hazırkı və ya gələcək tələbə, bəlkə də bizim sıralara qoşulmaq istəyən və ya artıq bizimlə çalışan müəllim, ya da təsadüfi oxucu olmağınızdan asılı olmayaraq, Sizi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının səhifəsində salamlamağa çox şadam. 1930-cu ildə yaranan, böyük və şərəfli tarixə sahib olan Akademiya son illərdə ikinci baharını yaşayır və burada yeni tarix yazılır. Bu tarixi bizimlə yazmağa Sizi də dəvət edirik.
Azərbaycan dövlət təhsil siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müasir dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir, təhsil müəssisələri qarşısında yeni hədəf və çağırışlar qoyur.

Qoyulan hədəflərə çatmaq üçün bu gün Akademiyada bir sıra islahatlar aparılır, gənc nəslin idman sahəsində hərtərəfli biliyə yiyələnməsi məqsədi ilə müasir şərait yaradılır. Bu işlər ona görə görülür ki, biz Azərbaycanı yalnız peşəkar idman sahəsində deyil, həmçinin idman təhsili sahəsində də aparıcı yerlərdə görmək istəyirik. Biz Akademiya məzunlarının dünya idman bazarında rəqabətə dözümlü mütəxəssis olmasını arzu edirik. Bu, bizim məqsədimizdir və biz inanırıq ki, yaxın zamanda bu məqsədə çata biləcəyik.

Hamımız bilirik ki, məhz idman insanda “mübarizədə imkanların bərabərliyi”, “uğurun bərabər mübarizədə qazanılması”, “birinci olmağa can atmaq”, “yalnız rəqibə deyil, öz-özünə də qalib gəlmək” kimi dəyər və bacarıqları formalaşdırır. Ən əsası isə idman Vətəni sevmək, onu təmsil etmək və onun müdafiəsinə hər an hazır olmağı oyrədir.

Akademiyada bu dəyərlərə böyük önəm verilir. Siz də bizimlə eyni dəyərləri bölüşməyə hazırsınızsa, Sizin yolunuzu gözləyirik!


Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyevin adı, ictimaiyyətə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Öz ənənələri və uğurları ilə şöhrət qazanaraq yarandığı vaxtdan xalqımızın xidmətində sədaqətlə dayanan, bədən tərbiyəsi və idman üzrə mütəxəssislər hazırlamaqda yeganə ali məktəb olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 87 illik tarixi var.

Akademiyada baş verən dəyişikliklərdən ən əsası tərəfdaşlarla əlaqələrin gücləndirilməsi və müvafiq beynəlxalq qurumlara üzvlükdür. Qeyd etmək lazımdır ki, tələbə və müəllim mübadiləsi üçün bu, çox vacibdir. Hazırda akademiya bir neçə xarici universitetlərlə əməkdaşlıq edir. Onların arasında Türkiyə Cümhuriyyətinin Mərmərə Universiteti, Moskva Bədən Tərbiyəsi və İdman Akademiyası, Kiyev Pedaqoji Universiteti, Təbriz Universiteti və s. vardır.

Akademiya tələbələrinin vətənpərvərlik tərbiyəsi həmişə müəllim kollektivinin diqqət mərkəzində olmuşdur.

Tarix: 13-01-2021, 14:47 Oxunub: 155


Bölməyə aid digər xəbərlər