10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Mahmud Bağırov: Hər zaman milli-mənəvi dəyərlərə, vətəninə və xalqına bağlı olmuş dahi şəxsiyyət

Mahmud Bağırov: Hər zaman milli-mənəvi dəyərlərə, vətəninə və xalqına bağlı olmuş dahi şəxsiyyət


Masallı rayon yol istismar idarəsinin rəisi Mahmud Bağırov - Dövrün, zamanın yetişdirdiyi, Azərbaycan xalqının xilaskarı kimi qəlbimizdə əbədi yaşayan Ümummilli liderimiz Heydər Əliyevin xalqımız, dövlətçiliyimiz qarşısında xidmətləri misilsiz və danılmazdır. Ömrünün böyük və mənalı hissəsini milli-mənəvi dəyərlərimizin qorunmasına, dövlətçiliyimizin inkişafına həsr edən Ulu öndər Heydər Əliyev mənəvi dəyərlərimizə əsaslanan azərbaycançılıq məfkurəsini qarşıya qoyulmuş ən ümdə vəzifə kimi müəyyən etmişdir.
“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” fikirlərini söyləyən Ulu öndər Heydər Əliyev xalqını, vətənini sevən xilaskar Liderdir və O, bunu öz əməli fəaliyyəti ilə sübüt etmiş oldu.
Ulu öndərin Azərbaycançılıq məfkurəsi təkcə Azərbaycan Respublikasında yaşayan etnik azərbaycanlıları deyil, eyni zamanda hansı ölkə vətəndaşı olmasından asılı olmayaraq bütün dünyada yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlərini ifadə edən bir məfkurədir. Qeyd etmək istərdim ki, bu ideologiyanın məntiqi nəticəsi olaraq Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqımızın milli birliyinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.
Bəli, Ulu öndər Heydər Əliyev hər zaman milli-mənəvi dəyərlərə, vətəninə və xalqına bağlı olmuş dahi şəxsiyyət idi. Hələ sovetlər birliyinin hakimiyyəti dönəmində Azərbaycana rəhbərlik etmiş Ulu öndər Heydər Əliyev xalqımızın elm və mədəniyyət sahələrində inkişafına, tərəqqisinə öz töhfələrini əsirgəməmişdir. Beləki, o dövürdə yüzlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil alması, eyni zamanda bu çür mürəkkəb bir dönəmdə Azərbaycanda ilk hərbi məktəbin açılması məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 
Eyni zamanda Ana dilimizin qorunub saxlanılması və inkişaf etdirilməsidə Ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində olmuşdur. Ana dilimizin inkişafına və qorunmasına xüsusi önəm verən Ulu öndər tarixin müxtəlif dövrlərində Azərbaycan dilini məhv olmaq təhlükəsindən qoruyaraq onun əbədi olaraq dövlət dili elan olunmasında müstəsna xidmətlər göstərmişdir.
Ulu öndər Heydər Əliyev xalq və dövlət qarşısındakı misilsiz xidmətlərinə görə hər zaman qədirbilən xalqımızın qəlbində əzəli və əbədi yaşayacaqdır.
Bu gün Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin təməl prinsiplərini öz yorulmaz fəaliyyəti ilə layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyev istər ölkəmizdə, istərsədə xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir. Xüsusilə vurğulamaq lazımdır ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu həmrəylik özünü qabarıq şəkildə büruzə verdi və 44 günlük şanlı Vətən müharibəsi zamanı sarsılmaz Xalq-Prezident birliyi deyilənlərə bariz nümunə oldu.

Tarix: 4-05-2023, 11:01 Oxunub: 63


Bölməyə aid digər xəbərlər