13:20 / 18-04-2024
Dilarə Mövlayeva: Qeyri-neft sektorunun inkişafı əsas hədəfdir
11:56 / 17-04-2024
Mübariz müəllim: Prezident İlham Əliyevin siyasi-diplomatik müstəvidə birmənalı olaraq ən önəmli LİDER olduğu bir daha aydın görünür
11:53 / 17-04-2024
Fuad Hacıyev: Verilən bütün vədlər uğurla yerinə yetirilir
11:08 / 08-04-2024
Binəqədi Rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
10:54 / 08-04-2024
Xətai rayonunda şəhid ailələri üçün növbəti iftar süfrəsi təşkil olunub
09:44 / 08-04-2024
Baş redaktor: "Bu xəbər insanları çaşdırmaq üçün qəsdən yayılıb"
12:08 / 01-04-2024
Fərid Bağırov: Tarixi zəfərlərlə bütün şəhidlərimizin qisası alındı
01:38 / 29-03-2024
Süleyman Mikayılov: Bu gün öz tariximizə qayıdırıq
01:33 / 29-03-2024
Rəşad Umudov: Xalqın əyilməz ruhunun təntənəsi
13:02 / 18-03-2024
Həmid Həsənov: Tonqalımız Xankəndidə yanır
12:59 / 18-03-2024
Səyyaf Tağıyev: Azərbaycanın mədəniyyət paytaxtı Xankəndində qədim bayramımız olan Novruzun yenidən qeyd olunması böyük xoşbəxtlikdir
13:52 / 28-02-2024
Hacı Ruslan Həsənovun qardaşı Mahmud Həsənov rəhmətə gedib - BAŞSAĞLIĞI
13:25 / 27-02-2024
Cəsarət Qasımov: Xocalı faciəsi qurbanlarının qanı yerdə qalmadı
10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
10:49 / 24-02-2024
26 Fevral - Xocalı soyqırımı əsrin faciəsi
21:34 / 23-02-2024
Beynəlxalq Hüquq Eksperti, Zalov İmza TV- Alyansın rəhbəri, İsrail- Azərbaycan ŞAHDAĞ Təşkilatının, Azərbaycan üzrə rəsmi nümayəndəsi, İsmayıl Zalov medalla təltif olundu
21:12 / 23-02-2024
Suraxanı rayonunda Şəhid Muxtar Qasımlının Ad günü qeyd olundu.
10:13 / 22-02-2024
Şərəfli Peşə sahibi Psixoloq Aynur Aliyeva
12:52 / 20-02-2024
Bizim ailəmiz -Türk dünyasıdır- İlham Əliyev / FOTO-VİDEO
10:57 / 19-02-2024
Rəşad Musayev: Yeni mərhələdə Azərbaycanı yeni nailiyyətlər gözləyir
10:56 / 19-02-2024
Mahir Məmmədov: Yeni mərhələdə yeni hədəflərə doğru
16:58 / 16-02-2024
Evlər yıxan dələduzun bitib-tükənməyən şantaj əməlləri...
13:30 / 05-02-2024
Ağcabədi polisi əməliyyat keçirdi: 20 nəfər saxlandı - FOTO
13:24 / 05-02-2024
Pensiyalar nə qədər artırıldı?
13:19 / 05-02-2024
Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM
13:02 / 05-02-2024
Ziyəddin Quliyev: Xalq möhtəşəm uğurların davamına səs verəcək!
16:49 / 30-01-2024
Gültəkin Hacıbəylinin xalası oğlu Müqayis Verdiyev sahibkarlara qarşı külli miqdarda dələduzluq edib - VİDEO
13:01 / 08-01-2024
Ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq Ağstafada abadlıq-quruculuq və əsaslı təmir işləri davam etdirilir
12:29 / 14-12-2023
Hafiz Kərimov: Xilaskar dövlət xadimi
10:29 / 14-12-2023
Hacı Salayev: Müstəsna xidmətlər
10:27 / 14-12-2023
Rəşad Musayev: Heydər Əliyev - Tarixin fenomenal şəxsiyyəti
13:15 / 21-07-2023
Ramiz Hümmətov: Düşünülmüş siyasətin təzahürü
22:16 / 20-07-2023
QHT rəhbəri Yasəmən Qəyyumlu "Peşəkar Jurnalistlərlə Böyük görüş" adlı tədbir keçirib.
14:25 / 20-07-2023
Xalid Quluzadə: 6 ay ərzində qazanılan nailiyyətlər bu ilin qarşıdakı dövründə də nəzərdə tutulan planların uğurla reallaşacağını deməyə əsas verir
20:45 / 18-07-2023
Azərbaycanda adı cinayətdə hallanan bələdiyyə sədri işinə davam edir? - YENİLƏNİB
20:41 / 18-07-2023
BDU-nun səliqəsiz hörgüsü: Bina sökülə bilərmi?
20:27 / 18-07-2023
Səhhəti ağırlaşan Zakir Fərəcovun, indi də, Türkiyədə boğazından əməliyyat olunduğu deyilir — İDDİA
12:33 / 18-07-2023
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası bölgənin aparıcı uşaq məktəbəqədər təhsil müəssisələrindən biridir - FOTOLAR
Bu gün Azərbaycan cəmiyyətində kifayət qədər çox müzakirə olunan ictimai-sosial mövzulardan biri də məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətilə bağlıdır. Təbii ki, bu mövzunun aktuallığı uşaqlarımızın təlim-tərbiyəsilə məşğul olan müəssisələrin hansı durumda olmaları, uşaq bağçalarında çalışan insanların peşəkarlıq səviyəsi kimi məsələlərə biganə yanaşmanın mümkünsüzlüyündən qaynaqlanır. Əlbəttə, respublika üzrə fəaliyyətində müəyyən nöqsanların müşahidə olunduğu uşaq bağçalarının olmadığını iddia etmək qətiyyən düzgün olmazdı. Lakin etiraf etmək lazımdır ki, son illər bu sahədə açıq-aşkar bir çox irəliləyişlərə nail olunub və bu gün ölkəmizdə nümunəvi fəaliyyətilə seçilən uşaq məktəbəqədər təhsil müəssisələri üstünlük təşkil edir.
Elə bu gün haqqında söhbət açdığımız Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası da məhz belə müəssisələrdəndir. Qeyd edək ki, bu müəssisə barədə material hazırlamaq fikri də bizdə təsadüfən yaranmayıb. Əslində bu yazının ərsəyə gəlməsinin səbəbkarı həmin bağçada məktəbəqədər təhsil alan uşaqlardan birinin valideyni olub. Məsələ bundadır ki, həmin valideyn bu gün redaksiyamızın elektron poçtuna məktubla müraciət edərək Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasının fəaliyyətinə dair sosial şəbəkələrdə qərəzli münasibət sərgilənən materialların paylaşımların edilməsindən şikayətlənmişdi. Valideynin sözlərinə görə, bu paylaşımları özünü təhsil üzrə ekspert kimi təqdim edən bir nəfər etmişdir və dərc olunan materiallar həqiqəti qətiyyən əks etdirmir. Valideyn yazır: “Gərək yaxşı işləyəni də ruhdan-həvəsdən salsınlar? Lalə Qədəşova Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasına 2019-cu ildən müdir təyin olunub. Təəssüflər olsun ki, pandemiya səbəbilə bağçalar bağlandığına görə Lalə xanımı həmin vaxt yaxından tanıya bilmədik. Amma bağçalar açılandan sonra hər şey öz yerini aldı. Artıq neçə müddətdir ki, uşaqlarımız bu bağçaya gedirlər. Yeməkləri keyfiyyətli, hər yer gül-çiçək kimi, işçilər də əsl peşəkarlardır. Görəsən həmin ekspert bunları görməyib, yoxsa görmək istəməyib?”
Təbii ki, mövzu bizi də maraqlandırdı və biz də həmin bağçanın fəaliyyətilə bağlı kiçik bir araşdırma apardıq. İlk növbədə bunu deməliyik ki, hazırda Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında 5 qrup fəaliyyət göstərir və bu qruplarda ümumilikdə 95 nəfər uşaq təlim-tərbiyə alır. Araşdırmamızın gedişində, sözügedən təhsil ekspertindən başqa, nə bağçanın özü, nə də müəssisənin müdiri Lalə Qədəşova barədə heç bir mənfi rəyə rast gəlmədik. Əksinə, müəyyən etdik ki, təkcə bu ilin aprel ayında Regional Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu bağçada artıq iki dəfə monitorinq aparılıb və hər iki dəfə çox müsbət nəticələr əldə olunub. İstər uşaqlar üçün tədarük olunan ərzağın və hazırlanan qidanın keyfiyyəti, istər bağçada gözlənilən ümumi sanitar-gigiyenik vəziyyət, istərsə də əməkdaşların peşəkar hazırlığı bütün tələb və normalara ən yüksək səviyyədə cavab verir. Beləliklə, əminliklə demək olar ki, Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası həqiqətən də bölgənin aparıcı uşaq məktəbəqədər təhsil müəssisələrindən biridir.
Belə olan halda isə, biz də həmin müəssisə barədə qərəzli məlumatlar paylaşan təhsil ekspertinə tövsiyyə edərdik ki, bu kimi yoxlanılmamış və əslində həqiqəti əks etdirməyən materialların yayımlanmasına bir daha qətiyyən yol verməsin. Çünki belə düşünülməmiş addımlar hələ heç kəsə baş ucalığı gətirməyib.
Elbrus Bağırov
Bölməyə aid digər xəbərlər

Tarix: 25-05-2022, 21:05 Oxunub: 293
Bölməyə aid digər xəbərlər
4-03-2021, 15:30
Böyük Qələbə sayəsində Azərbaycan daha cəlbedici investisiya ölkəsinə çevrilib — Prezidentə yazırlar
24-10-2020, 11:06
Prezident İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib