10:55 / 24-02-2024
Yaşanmış faciə
10:52 / 24-02-2024
Xocalı Soyqırımı
Aprel döyüşləri şəhidlərimizi siz də tanıyın - SİYAHI - ƏTRAFLI MƏLUMAT

Aprel döyüşləri şəhidlərimizi siz də tanıyın - SİYAHI - ƏTRAFLI MƏLUMAT


Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Aprel döyüşlərinin başlanmasından 5 il ötür.
Belə ki, 2016-cı ilin mart ayının ortalarından ermənilər atəşkəsi intensiv pozmağa başlayıblar. Aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq isə bütün cəbhə boyu Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Nəticədə ermənilər aprel ayının 2-dən 5-dək qoşunların təmas xəttində silahlı təxribatlar törədiblər. Təxribatlar zamanı dinc əhaliyə də hücumlar olub. Bu hadisələr nəticəsində Azərbaycan Ordusu şəhid verib, həmçinin mülki əhali arasında da ölən və yaralananlar olub.

Döyüşlər zamanı Azərbaycan Ordusu da ermənilərin mövqelərinə cavab zərbələri endirib, həyata keçirilən sürətli əks-həmlə zamanı 2 000 hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarət altına keçib. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan Ordusunun nəzarətinə keçib. Bu döyüşlər nəticəsində 320 erməni hərbçisi məhv edilib, 500-dən artığı isə yaralanıb.

2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin 3 üzvü "Azərbaycanın Milli Qəhrəmanı", 7 üzvü "Azərbaycan Bayrağı" ordeni, 1 üzvü 2-ci dərəcəli və 4 üzvü 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 üzvü "Vətən uğrunda" medalı, 43 üzvü "İgidliyə görə" medalı, 45 üzvü "Hərbi xidmətlərə görə" medalı, 2 üzvü "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılıb.

Allah Şəhidlərimizə rəhmət etsin!

Aprel döyüşləri zamanı şəhid olan hərbçilərimiz:

Rütbə    Adı, soyadı    Təvəllüdü    Dəfn tarixi    Dəfn olunduğu yer
Polkovnik    Vüqar Nurəddin oğlu Yusifov    1976    6 aprel 2016    Şəmkir rayonu, Şiştəpə kəndi
Polkovnik-leytenant    Raquf Cahangir oğlu Orucov    1972    5 aprel 2016    Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı
Murad Telman oğlu Mirzəyev    1976    11 aprel 2016    Bakı, II Fəxri Xiyaban
Mayor    Təbriz Tariyel oğlu Musazadə    1981    11 aprel 2016    Bakı, II Fəxri Xiyaban
Urfan Üzeyir oğlu Vəlizadə    1978    11 aprel 2016    Bakı, II Fəxri Xiyaban
Rasim Əbdül oğlu Məmmədov    1977    5 aprel 2016    Naxçıvan şəhəri
Elnur Adil oğlu Əliyev    1976    3 aprel 2016    Füzuli rayonu
Samit Gülağa oğlu İmanov    1981    9 aprel 2016    Neftçala rayonu, Həsənabad qəsəbəsi, Şəhidlər Xiyabanı
Kapitan    İnqilab Çingiz oğlu Quliyev    1983    5 aprel 2016    Gəncə şəhəri, Şəhidlər xiyabanı
Mühid Qurban oğlu Orucov    1984    9 aprel 2016    Qazax rayonu, Fərəhli kəndi
Vaqif Dilqəm oğlu Bayramov    1979    11 aprel 2016    Naftalan şəhəri
Nəcməddin Akif oğlu Savalanov    1985    9 may 2016    İmişli rayonu, Göbəktala kəndi
Baş Leytenant    Əbu Bəkir Vüqar oğlu İsmayılov    1990    11 aprel 2016    Bakı, II Fəxri Xiyaban
Mirzə Sərvər oğlu Novruzov    1984    5 aprel 2016    Bakı, II Fəxri xiyaban
Rəşid Rövşən oğlu Mehdiyev    1990    5 aprel 2016    Salyan rayonu, Xələc kəndi
Ziya Niyazi oğlu Həsənov    1989    6 aprel 2016    Bərdə şəhəri, Şəhidlər Xiyabanı
Elvin Məmməd oğlu Namazov    1990    9 aprel 2016    Qazax rayonu, Yuxarı Salahlı kəndi
Cavid Gülbala oğlu Dədəkişiyev    1989    11 aprel 2016    İmişli rayonu, Qaralar kəndi
Elnur İsgəndər oğlu İsgəndərov    1989    11 aprel 2016    Şəki rayonu, Şəki şəhəri
Leytenant    Sahil Həsrət oğlu Şirinov    1992    6 aprel 2016    Qəbələ rayonu, Bum qəsəbəsi
Qabil Əbdüləli oğlu Orucəliyev    1991    02 aprel 2016    Naxçıvan şəhəri
Gizir    Dilsuz Məmmədağa oğlu Qarayev    1990    4 aprel 2016    Ağcabədi rayonu, Hindarx qəsəbəsi
Elimdar Səlimxan oğlu Səfərov    1992    4 aprel 2016    Neftçala rayonu, Aşağı Qaramanlı kəndi
Orxan Kazım oğlu Hümbətov    1992    5 aprel 2016    Şəki rayonu, Kiş kəndi
Orxan Ələsgər oğlu Müstəcəbov    1993    5 aprel 2016    Qobustan rayonu, Bədəlli kəndi
Məhəbbət Zaman oğlu Mirzəyev    1994    12 aprel 2016    Beyləqan rayonu, Dünyamalılar kəndi
Nurlan Rasim oğlu Abdullayev    1994    5 aprel 2016    Zərdab rayonu, Böyük Dəkkə kəndi
Ravil Elman oğlu Novruzov    1986    4 aprel 2016    Xızı rayonu, Giləzi qəsəbəsi
Rusif İbrahim oğlu Ağayev    1987    7 aprel 2016    Lənkəran rayonu, Hirkan qəsəbəsi
Teymur Sabir oğlu Qasımov    1992    9 aprel 2016    Mingəçevir, Şəhidlər Xiyabanı
Murad Vaqif oğlu Məmmədov    1989    5 aprel 2016    Sumqayıt şəhəri, Şəhidlər Xiyabanı
Bəxtiyar Rəfael oğlu Hüseynov    1995    9 aprel 2016    Goranboy rayonu, Qızılhacılı qəsəbəsi
Toğrul Habil oğlu Fərəczadə    1993    9 aprel 2016    Ağsu rayonu, Bico kəndi
Şahin Yaşar oğlu Cavadzadə    1994    9 aprel 2016    Beyləqan rayonu, Beyləqan şəhəri
Pəncəli Nurməmməd oğlu Teymurov    1981    11 aprel 2016    Astara rayonu, Azaru kəndi
Tural Gülşad oğlu Qurbanov    1992    11 aprel 2016    Kürdəmir rayonu, Sığırlı kəndi
Mirsalam Təvəkkül oğlu Cəfərov    1994    11 aprel 2016    Tovuz rayonu, Bayramlı kəndi
Seymur Qulamhüseyn oğlu Baxışov    1987    20 aprel 2016    Sumqayıt şəhəri, Sumqayıt Şəhidlər Xiyabanı
Kiçik gizir    Babək Vəfadar oğlu Abidov    1992    9 aprel 2016    Şabran rayonu, Zeyvə kəndi
Çavuş    Təbriz Hamlet oğlu Əsgərov    1993    6 aprel 2016    Şəmkir rayonu, Morul kəndi
Elvin Sədrəddin oğlu Qayıbov    1989    5 aprel 2016    Xaçmaz rayonu, Əbilyataq kəndi
MAXE hərbi qulluqçu    Ruhin Əşrəf oğlu Qəhrəmanov    1997    3 aprel 2016    Biləsuvar rayonu, 2 saylı məcburi köçkün qəsəbəsi
Nurlan Bayram oğlu Əsgərov    1995    5 aprel 2016    Masallı rayonu, Kalinovka kəndi
Rahim Qara oğlu Tağıyev    1979    11 iyul 2016    Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Nicat Bəhruz oğlu İsgəndərov    1989    3 aprel 2016    Tərtər rayonu, Tərtər şəhəri
Səbuhi Rəfayıl oğlu Musayev    1988    7 aprel 2016    Bərdə rayonu, Mustafaağalı kəndi
Adil Kamran oğlu Adilzadə[94]    1993    11 aprel 2016    Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Rüstəm Oruc oğlu Əhmədov    1983    14 aprel 2016    Mingəçevir şəhəri, Şəhidlər Xiyabanı
Əsgər    Rəvan İsmayıl oğlu Nurayev    1997    3 aprel 2016    Zaqatala rayonu, Muxax kəndi
Orxan Məhəmməd oğlu Əliyev    1996    3 aprel 2016    Qazax rayonu, Aslanbəyli kəndi
Sarvan Natiq oğlu Mehrəliyev    1997    3 aprel 2016    Ağdam rayonu, Üçoğlan kəndi. (Bəzi mənbə:Ballar)
Samir Ziyəddin oğlu Qaçayev    1994    3 aprel 2016    Şamaxı rayonu, Məlhəm kəndi
Fərahim Adışirin oğlu Novruzov    1996    4 aprel 2016    Biləsuvar rayonu, Səmədabad kəndi
Nürəddin Etimad oğlu Mirzəyev    1996    4 aprel 2016    Yardımlı rayonu, Honuba kəndi
Sərxan Azər oğlu Bağırov    1997    4 aprel 2016    Göygöl rayonu, Əlimədədli kəndi
Hüseyn Zeynal oğlu Dəmirli    1993    5 aprel 2016    Biləsuvar rayonu, Biləsuvar şəhəri
Ömər Məzahir oğlu Cəbrayılov    1997    5 aprel 2016    Ağdaş rayonu, Şəkili kəndi
Vüqar Natiq oğlu Süleymanov    1993    5 aprel 2016    Şəki rayonu, Böyük Dəhnə kəndi
Teymur Mikayıl oğlu Qasımov    1996    5 aprel 2016    Göyçay rayonu, Çaxırlı kəndi
Rizvan Telman oğlu Muradov    1996    4 aprel 2016    Sabirabad rayonu, Çiçəkli kəndi
Müşviq Arif oğlu Orucov    1996    5 aprel 2016    Bakı, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Dədə Qorqud” qəbristanlığı
Cabbarxan İlham oğlu Hacıağayev    1996    5 aprel 2016    Bakı, Binəqədi rayonu, Xocəsən qəsəbəsi
Nurlan Cəmil oğlu Qasımov    1997    5 aprel 2016    Şəmkir rayonu, Tatarlı kəndi
Xaliq Həsən oğlu Əzizzadə    1996    6 aprel 2016    Bakı, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi
Emin İmran oğlu Bağırov    1996    6 aprel 2016    Bakı, Binəqədi rayonu, Binəqədi qəsəbəsi
Kamran Faiq oğlu Şirəliyev    1994    6 aprel 2016    Bakı, Suraxanı rayonu, Suraxanı qəsəbəsi
Əlizaman Fərrux oğlu İslamov    1997    6 aprel 2016    Lənkəran rayonu, Cil kəndi
Ülvin Cəmaləddin oğlu Məmmədov    1996    7 aprel 2016    Ağcabədi rayonu, Laçından olan məcburi köçkünlərin “Taxta körpü” qəsəbəsi
Şulan Bayram oğlu Bayramov    1996    7 aprel 2016    Sumqayıt şəhəri
Fəxrəddin Seyfəddin oğlu Qurbanlı    1994    9 aprel 2016    Bakı, Sabunçu rayonu, Pirşağı qəsəbəsi
Firdovsi Əliş oğlu Bağırzadə    1996    9 aprel 2016    Masallı rayonu, Güllütəpə kəndi
Mahir Sabir oğlu Mirzəyev    1994    9 aprel 2016    Abşeron rayonu, Mehdiabad qəsəbəsi
Röyal İmran oğlu Nəsirov    1997    9 aprel 2016    Cəlilabad rayonu, Məlikqasımlı kəndi
Altun Fərman oğlu Dəmirli    1997    9 aprel 2016    Şəmkir rayonu, Düyərli kəndi
Elşən Səlim oğlu Səmədov    1997    9 aprel 2016    Şamaxı rayonu, Göylər kəndi
Vüsal İlham oğlu Alıyev    1996    9 aprel 2016    Şəmkir rayonu, Kür qəsəbəsi
Mikayıl Yaqub oğlu Vahabzadə    1993    9 aprel 2016    İsmayıllı rayonu, Maçaxı kəndi
Mahir Qədir oğlu Quliyev    1993    9 aprel 2016    Bakı, III Fəxri Xiyaban
Nazim Nadir oğlu Zəkarayev    1997    9 aprel 2016    Şamaxı rayonu, Şamaxı şəhəri, Şəhidlər Xiyabanı
Yalçın Namiq oğlu Osmanov    1997    9 aprel 2016    Qusar rayonu, Qusar şəhəri
Elvin Azadxan oğlu Mirzəyev    1994    9 aprel 2016    Xaçmaz rayonu
Əmiraslan Xəlil oğlu Xeyirbəyov    1996    9 aprel 2016    Qusar rayonu, Caqarqışlaq kəndi
Elvin Azadxan oğlu Mirzəyev    1994    9 aprel 2016    Xaçmaz rayonu, Xaçmaz şəhəri
Əbdülməcid Nadirşah oğlu Axundov    1993    9 aprel 2016    Sumqayıt şəhəri
Mahmud Azər oğlu İbrahimov    1997    9 aprel 2016    Bakı, Mehdiabad qəsəbəsi
Sərxan Oqtay oğlu Bayramov    1993    11 aprel 2016    Zaqatala rayonu
Əmrah Aydın oğlu Yüzbəyov    1997    4 may 2016    Xaçmaz rayonu, Hacıməmmədoba kəndi
Əli İntiqam oğlu Heydərov    1997    9 may 2016    Abşeron rayonunu, Qobu qəsəbəsi
Natiq Namiq oğlu Tahirli    1997    18 may 2016    Lerik rayonu, Almu kəndi

Tarix: 2-04-2021, 11:03 Oxunub: 96


Bölməyə aid digər xəbərlər